Redaktor
Çinin "CXMT" şirkəti 4,3 milyard dollar cəlb etməyi planlaşdırır
Çinin ən böyük yaddaş çipi istehsalçısı olan "Changxin Memory Technologies" ("CXMT") Şanxay Fond Birjasında keçiriləcək ilkin kütləvi səhm təklifi (IPO) çərçivəsində 29,5 milyard yuan (təxminən 4,34 milyard ABŞ dolları) vəsait cəlb etməyi hədəfləyir.
Valyuta.az şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, sifariş kitabının formalaşdırılması prosesi iyulun 15-də başlayacaq, investorlardan sifarişlərin qəbulu isə iyulun 16-da həyata keçiriləcək.
Uzun müddətdir texnoloji baxımdan Cənubi Koreyanın "Samsung Electronics" və "SK Hynix" şirkətlərindən geri qaldığı hesab edilən "CXMT" son illərdə fəaliyyətini əhəmiyyətli dərəcədə genişləndirib.
Şirkətin IPO-su qlobal yaddaş çipi bazarında volatilliyin artdığı və texnologiya sektorunda investor fəallığının zəifləməyə başladığı bir dövrə təsadüf edir.
Analitiklər hesab edirlər ki, bu qədər böyük həcmli səhm yerləşdirilməsi Çin fond bazarında likvidliyə də müəyyən təsir göstərə bilər.
ABŞ tərəfindən qara siyahıya salınan "CXMT" emissiya prospektində bildirib ki, IPO vasitəsilə cəlb olunacaq vəsait istehsal güclərinin artırılmasına, istehsal xətlərinin modernləşdirilməsinə və yeni texnologiyaların tətbiqinə sərf ediləcək.
Şirkət hazırda təxminən 7,7 faiz bazar payı ilə dünyanın dördüncü ən böyük DRAM yaddaş çipi istehsalçısıdır. Son dövrdə yaddaş çiplərinə tələbatın artması "CXMT"nin maliyyə göstəricilərinə də müsbət təsir edib.
Şirkətin 2026-cı ilin birinci rübündə gəlirləri illik müqayisədə 700 faiz artaraq 50,8 milyard yuan təşkil edib.
Hesabat dövründə xalis mənfəət 25 milyard yuana yüksəlib. Müqayisə üçün qeyd edək ki, şirkət ötən ilin eyni dövrünü 1,6 milyard yuan zərərlə başa vurmuşdu.
"CXMT"nin IPO-su bu il Çin kapital bazarında ən iri səhm yerləşdirmələrindən biri hesab olunur.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərHindistan Mərkəzi Bankından kriptovalyutalara yeni qadağa çağırışı
09.07.2026Əmək qabiliyyətinin sığortası üzrə ödənişlər 78,6% geriləyib
09.07.2026Ən uğurlu komandalar niyə tükənmir?
09.07.2026Texnologiya nəhəngləri işçilərini sürətlə ixtisar edir
09.07.2026Rəşad Həsənov: Dövlət xidmətlərində süni intellekt həllərinin tətbiqinə başlanılıb
09.07.2026“Meta” məlumat mərkəzinə 13 milyard dollar yatırır
09.07.2026Süni intellekt üçün internet Bakcelldən ®
09.07.2026Azərbaycanda Süni İntellekt Akademiyası yaradılır: 500 mühəndis yetişdiriləcək
09.07.2026“Bank Melli İran”ın Bakı filialının mənfəəti 28%-ə yaxın azalıb
09.07.2026Bu ilin ilk yarısında 226,3 mln. manat məbləğində ipoteka krediti verilib
09.07.2026Hansı bank avtomobil krediti üçün sərfəlidir?
09.07.2026Corc Kamel qənaətli yaşamaq üçün 5 vacib məsləhət verib
09.07.2026Azərbaycanın iqtisadi rayonları üzrə bankomat və POS terminallarının sayı - CƏDVƏL
09.07.2026Təmir xərcləri ən aşağı olan 5 avtomobil açıqlanıb
09.07.2026Frilanserlər uğursuz əməkdaşlığı əvvəlcədən necə müəyyən edə bilər?
09.07.2026"OpenAI" "ChatGPT" üçün yeni səs modeli "GPT-Live"ı təqdim edib
09.07.2026Kapital Bank istiqrazlarına abunə yazılışı başladı: illik 10% gəlirlə investisiya edin ®
09.07.2026FED protokolları bazarlarda faiz artımı gözləntilərini gücləndirdi
09.07.2026