Redaktor
Corc Kamel qənaətli yaşamaq üçün 5 vacib məsləhət verib
Maliyyə üzrə ekspert, müəllif və podkast aparıcısı Corc Kamel bir çox insanın maliyyə sabitliyi yaratmasını çətinləşdirdiyini bildirib.
Valyuta.az xəbər verir ki, o, "YouTube" kanalında izləyicilərinin qənaətli həyat tərzi ilə bağlı suallarını cavablandıraraq pula qənaət etməyin beş əsas yolunu açıqlayıb.
Kamel ilk növbədə yeməklərin əvvəlcədən hazırlanmasını tövsiyə edib. Onun sözlərinə görə, həftəlik menyunun planlaşdırılması və yeməklərin öncədən hazırlanması büdcədən artıq xərclərin qarşısını almağa kömək edir.
Ekspert hesab edir ki, qəfil istəklərə uyğun plan qurmaq sonradan lazımsız alış-veriş etməmək baxımından daha səmərəlidir.
ABŞ Əmək Statistikası Bürosunun məlumatına görə, ərzaq xərcləri illik istehlak xərclərinin orta hesabla 12,9 faizini təşkil edir və mənzil, eləcə də nəqliyyatdan sonra ən böyük xərc maddəsidir.
Daşınmaz əmlaka investisiya məsələsinə toxunan Kamel bu sahəyə kreditlə deyil, nağd vəsait hesabına yatırım etməyi məsləhət görüb.
O bildirib ki, ikinci əmlakı almadan əvvəl əsas yaşayış evinin ipoteka borcu tam ödənilməlidir.
Ekspert yeni investorların kiçik məbləğlərlə başlamasını, səhm bazarına maraq göstərənlərin isə pensiya hesabı olmayan broker platformalarında indeks fondlarına üstünlük verməsini tövsiyə edib.
"Redfin"in mütəxəssisləri də daşınmaz əmlaka investisiya zamanı peşəkar komanda formalaşdırmağın, vergiləri nəzərə almağın və sığorta təminatı əldə etməyin vacibliyini vurğulayırlar.
Kamel borclarını tam bağlayan şəxslərə büdcələrində əyləncə üçün ayrıca xərc maddəsi ayırmağı da məsləhət görüb.
Onun sözlərinə görə, istirahət və ya səyahət kimi məqsədlər üçün əvvəlcədən xüsusi yığım fondu yaratmaq həm maliyyə intizamını qorumağa, həm də qənaət hədəflərindən yayınmamağa imkan verir.
Ekspert valideyn evindən ayrılmaq istəyən gənclərə də əvvəlcə real büdcə planı hazırlamağı tövsiyə edib.
O bildirib ki, bu qərar yalnız maliyyə imkanları düzgün qiymətləndirildikdən sonra verilməlidir.
Corc Kamel fövqəladə hallar fondundan istifadəyə də aydın meyarlar müəyyənləşdirib.
Onun sözlərinə görə, belə vəsait yalnız gözlənilməz, zəruri və təxirəsalınmaz hallarda xərclənməlidir.
Ekspert fövqəladə hallar fondunu "borca düşməmək üçün sığorta" adlandırıb.
Bu kateqoriyaya qəfil avtomobil təmiri, sığortanın qarşılamadığı zəruri tibbi müdaxilələr və ya su borularında yaranan nasazlıqlar kimi gözlənilməz xərclər daxildir.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərHindistan Mərkəzi Bankından kriptovalyutalara yeni qadağa çağırışı
09.07.2026Əmək qabiliyyətinin sığortası üzrə ödənişlər 78,6% geriləyib
09.07.2026Ən uğurlu komandalar niyə tükənmir?
09.07.2026Texnologiya nəhəngləri işçilərini sürətlə ixtisar edir
09.07.2026Rəşad Həsənov: Dövlət xidmətlərində süni intellekt həllərinin tətbiqinə başlanılıb
09.07.2026“Meta” məlumat mərkəzinə 13 milyard dollar yatırır
09.07.2026Süni intellekt üçün internet Bakcelldən ®
09.07.2026Azərbaycanda Süni İntellekt Akademiyası yaradılır: 500 mühəndis yetişdiriləcək
09.07.2026“Bank Melli İran”ın Bakı filialının mənfəəti 28%-ə yaxın azalıb
09.07.2026Bu ilin ilk yarısında 226,3 mln. manat məbləğində ipoteka krediti verilib
09.07.2026Hansı bank avtomobil krediti üçün sərfəlidir?
09.07.2026Corc Kamel qənaətli yaşamaq üçün 5 vacib məsləhət verib
09.07.2026Azərbaycanın iqtisadi rayonları üzrə bankomat və POS terminallarının sayı - CƏDVƏL
09.07.2026Təmir xərcləri ən aşağı olan 5 avtomobil açıqlanıb
09.07.2026Frilanserlər uğursuz əməkdaşlığı əvvəlcədən necə müəyyən edə bilər?
09.07.2026"OpenAI" "ChatGPT" üçün yeni səs modeli "GPT-Live"ı təqdim edib
09.07.2026Kapital Bank istiqrazlarına abunə yazılışı başladı: illik 10% gəlirlə investisiya edin ®
09.07.2026FED protokolları bazarlarda faiz artımı gözləntilərini gücləndirdi
09.07.2026