Redaktor
Ən uğurlu komandalar niyə tükənmir?
Yüksək nəticə əldə edən komandaların uğuru təkcə peşəkar əməkdaşlardan asılı deyil. Yeni araşdırma göstərir ki, düzgün təşkil olunan iş mühiti, effektiv vaxt idarəetməsi və açıq komanda mədəniyyəti yüksək performansın əsasını təşkil edir.
Valyuta.az xəbər verir ki, psixoloq və davranış elmləri üzrə mütəxəssis Ron Fridman "Superteams: The Science and Secrets of High-Performing Teams" kitabında yüksək performanslı komandaları fərqləndirən beş əsas amili açıqlayıb.
Müəllifin fikrincə, adi komandalar vaxtlarının böyük hissəsini iclaslara və yazışmalara sərf etdiyindən əməkdaşların əsas işlərinə kifayət qədər vaxt qalmır. Araşdırmaya görə, orta statistik əməkdaş həftədə 18 saatını iclaslarda, 11 saatını isə mesaj və elektron məktublara cavab verməklə keçirir. Bu isə uzunmüddətli perspektivdə tükənmişlik (burnout) riskini artırır.
Fridman qeyd edir ki, yüksək performanslı komandalar lazımsız iclaslardan qaçır, diqqəti yayındıran amilləri minimuma endirir və əməkdaşlara fasiləsiz işləmək üçün xüsusi vaxt ayırırlar. Bu komandalarda "Qərar yoxdursa, iclas da yoxdur" prinsipi tətbiq edilir və görüşlər mümkün qədər qısa keçirilir.
Araşdırmada həmçinin bildirilir ki, yüksək nəticə göstərən komandalarda motivasiyanın əsas mənbəyi rəhbər deyil, komanda üzvləridir.
Sorğu iştirakçılarının 94 faizi həmkarlarının onları daha yaxşı işləməyə həvəsləndirdiyini, 82 faizi isə rəhbəri deyil, komanda yoldaşlarını məyus etməkdən daha çox çəkindiyini bildirib.
Müəllifin sözlərinə görə, uğurlu komandalar davamlı inkişafı prioritet hesab edir. Onlar müntəzəm geribildirim mühiti yaradır, yeni ideyaları sınaqdan keçirir və adi komandalarla müqayisədə 50 faiz daha çox eksperiment aparırlar.
R.Fridman vurğulayır ki, yüksək performanslı komandaların rəhbərləri əməkdaşların səhv etməkdən qorxmadığı mühit formalaşdırırlar. Onlar öz səhvlərini açıq şəkildə etiraf edir, bilmədiklərini gizlətmir və əməkdaşları risk etməyə təşviq edirlər. Müəllif hesab edir ki, yüksək nəticələrin əsasında mükəmməllik deyil, davamlı öyrənmə, innovasiya və inkişaf dayanır.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərHindistan Mərkəzi Bankından kriptovalyutalara yeni qadağa çağırışı
09.07.2026Əmək qabiliyyətinin sığortası üzrə ödənişlər 78,6% geriləyib
09.07.2026Ən uğurlu komandalar niyə tükənmir?
09.07.2026Texnologiya nəhəngləri işçilərini sürətlə ixtisar edir
09.07.2026Rəşad Həsənov: Dövlət xidmətlərində süni intellekt həllərinin tətbiqinə başlanılıb
09.07.2026“Meta” məlumat mərkəzinə 13 milyard dollar yatırır
09.07.2026Süni intellekt üçün internet Bakcelldən ®
09.07.2026Azərbaycanda Süni İntellekt Akademiyası yaradılır: 500 mühəndis yetişdiriləcək
09.07.2026“Bank Melli İran”ın Bakı filialının mənfəəti 28%-ə yaxın azalıb
09.07.2026Bu ilin ilk yarısında 226,3 mln. manat məbləğində ipoteka krediti verilib
09.07.2026Hansı bank avtomobil krediti üçün sərfəlidir?
09.07.2026Corc Kamel qənaətli yaşamaq üçün 5 vacib məsləhət verib
09.07.2026Azərbaycanın iqtisadi rayonları üzrə bankomat və POS terminallarının sayı - CƏDVƏL
09.07.2026Təmir xərcləri ən aşağı olan 5 avtomobil açıqlanıb
09.07.2026Frilanserlər uğursuz əməkdaşlığı əvvəlcədən necə müəyyən edə bilər?
09.07.2026"OpenAI" "ChatGPT" üçün yeni səs modeli "GPT-Live"ı təqdim edib
09.07.2026Kapital Bank istiqrazlarına abunə yazılışı başladı: illik 10% gəlirlə investisiya edin ®
09.07.2026FED protokolları bazarlarda faiz artımı gözləntilərini gücləndirdi
09.07.2026