Aşağı maaşı yaxşı iş mühiti kompensasiya edə bilərmi?

Redaktor

06.07.2026 12:49
272

Aşağı maaşı yaxşı iş mühiti kompensasiya edə bilərmi?

Əmək bazarında iş seçimi zamanı əməkhaqqı ilə iş mühitinin hansı dərəcədə rol oynadığı tez-tez müzakirə olunur. Bəzi əməkdaşlar daha yüksək maaş əvəzinə sağlam iş mühitinə üstünlük verir, digərləri isə aşağı əməkhaqqının uzunmüddətli perspektivdə motivasiyaya mənfi təsir etdiyini düşünür.

Bəs aşağı maaşı yaxşı iş mühiti kompensasiya edə bilərmi?

İnsan resursları üzrə menecer Röyal Əhmədov Valyuta.az-a bildirib ki, bu sualın tək bir cavabı yoxdur:

"Çünki əməkhaqqı və iş mühiti bir-birini tamamlayan, lakin tam əvəz etməyən iki fərqli amildir. Hər bir əməkdaşın prioritetləri fərqli olsa da, həm beynəlxalq araşdırmalar, həm də Azərbaycan əmək bazarındakı müşahidələr göstərir ki, uzunmüddətli iş məmnuniyyəti üçün yalnız maaş və ya yalnız yaxşı kollektiv kifayət etmir. İlk növbədə qeyd etmək lazımdır ki, sağlam iş mühiti insanın psixoloji vəziyyətinə, motivasiyasına və məhsuldarlığına ciddi təsir göstərir. Dəstəkləyici rəhbərlik, hörmətli münasibət, inkişaf imkanları, ədalətli yanaşma və güclü komanda ruhu olan şirkətlərdə əməkdaşlar daha uzun müddət işləməyə meylli olurlar. Dünyada aparılan araşdırmalar da göstərir ki, müsbət iş mədəniyyətinə malik təşkilatlarda əməkdaşların işdən ayrılmaq ehtimalı dəfələrlə aşağı olur və onların motivasiyası daha yüksək səviyyədə qalır. Lakin bu, o demək deyil ki, əməkhaqqının əhəmiyyəti azalır. Əgər maaş əməkdaşın əsas yaşayış xərclərini qarşılaya bilmirsə, müəyyən müddətdən sonra ən yaxşı kollektiv belə həmin insanı işdə saxlaya bilməyəcək. İnsan ilk növbədə maliyyə təhlükəsizliyini təmin etməyə çalışır. Buna görə də iş mühiti əməkhaqqını müəyyən həddə qədər kompensasiya edə bilər, lakin onu tam əvəz edə bilməz", – deyə Röyal Əhmədov qeyd edir.

R.Əhmədov deyir ki, Azərbaycan əmək bazarında bu mövzu bir qədər fərqli görünür:

"Çünki bir çox namizəd üçün əməkhaqqı hələ də əsas seçim meyarlarından biridir. Xüsusilə, inflyasiya, yaşayış xərclərinin artması və ailə məsuliyyətləri fonunda insanlar daha yüksək gəlir əldə etməyə çalışırlar. Digər tərəfdən, son illərdə gənc mütəxəssislər arasında iş mühitinə, rəhbərlik mədəniyyətinə, çevik iş rejiminə və inkişaf imkanlarına verilən önəm də artmaqdadır. Buna baxmayaraq, beynəlxalq göstəricələrlə müqayisədə Azərbaycanda işə bağlılıq səviyyəsi hələ də aşağıdır ki, bu da həm maaş, həm də iş mühiti ilə bağlı problemlərin mövcud olduğunu göstərir. Xarici ölkələrdə isə yanaşma bir qədər fərqlidir. Xüsusilə Skandinaviya ölkələri, Niderland, Almaniya, Kanada və digər inkişaf etmiş əmək bazarlarında əməkdaşlar yalnız yüksək maaşa deyil, iş-həyat balansına, psixoloji təhlükəsizliyə, karyera inkişafına və rəhbərlə münasibətlərə də böyük önəm verirlər. Bir çox hallarda insanlar cüzi maaş fərqinə görə sağlam iş mühitini tərk etmirlər. Çünki onlar anlayırlar ki, toksik mühit uzunmüddətli perspektivdə həm sağlamlığa, həm də karyeraya daha böyük zərər vurur. Digər tərəfdən, bəzi inkişaf etməkdə olan ölkələrdə, o cümlədən Cənubi Qafqaz və region ölkələrində isə maliyyə amili daha dominant rol oynayır. Burada insanlar bəzən daha yüksək maaş naminə daha ağır və stresli iş mühitini qəbul etməyə məcbur olurlar. Bu isə işdən ayrılma hallarını, tükənmişlik sindromunu və motivasiya problemlərini artırır".

Ekspertin sözlərinə görə, ideal iş yeri əməkdaşa seçim etdirməməlidir:

"Şirkət həm rəqabətədavamlı əməkhaqqı, həm də sağlam iş mühiti təqdim etməyə çalışmalıdır. Çünki yalnız yüksək maaş verən, lakin toksik mühitə malik şirkətlər uzunmüddətli perspektivdə əməkdaşlarını itirirlər. Eyni zamanda çox yaxşı kollektivə malik, lakin bazardan xeyli aşağı maaş təklif edən şirkətlər də peşəkar kadrları saxlamaqda çətinlik çəkirlər. Nəticə etibarilə, az maaş müəyyən müddət ərzində yaxşı iş mühiti ilə kompensasiya oluna bilər. Xüsusilə karyerasının əvvəlində olan, təcrübə qazanan və ya inkişaf imkanları əldə edən insanlar üçün bu məqbul seçim ola bilər. Ancaq uzunmüddətli perspektivdə əməkdaş həm öz əməyinin dəyərini görmək, həm də maddi ehtiyaclarını qarşılamaq istəyir. Buna görə də uğurlu iş münasibətinin əsas formulu nə yalnız yüksək maaşdır, nə də yalnız yaxşı kollektiv. Ən dayanıqlı nəticə bu iki amilin balanslı şəkildə təqdim olunduğu təşkilatlarda əldə edilir", – deyə ekspert vurğulayır.

Tənzilə Ağabalayeva

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Uğurlu sahibkarların bəzi şəxsiyyət tipləri

06.07.2026

Ekspert: "Uğurlu brendlər kampaniyalar yox, davamlı hekayələr qurur"

06.07.2026

Nazirlik 3 000 manatdan başlayan qiymətlərlə avtomobillərini satışa çıxarır

06.07.2026

Böyük Britaniya süni intellekt modellərinin tənzimlənməsini nəzərdən keçirə bilər

06.07.2026

Şirkət 1 milyard dollar dəyərləndirmə ilə 150 milyon dollar investisiya aldı

06.07.2026

SK Hynix ABŞ-da 28 milyard dollarlıq birja yerləşdirilməsinə başlayıb

06.07.2026

Vəfa Abdullayeva "Azər Türk Bank"da şöbə rəhbəri vəzifəsinə təyin olundu

06.07.2026

"Alibaba" əməkdaşlarına "Claude Code"dan istifadəni qadağan etdi

06.07.2026

İpoteka kreditləşməsi bir ildə 303,6 milyon manat artıb

06.07.2026

Kart qalığına ən yüksək faiz verən bank kartları - SİYAHI

06.07.2026

Azərbaycanda startaplara sərmayə yatıran vençur fondları

06.07.2026

"Nvidia"nın təchizatçısı olan "Unimicron" GDS satışı ilə 1,4 milyard dollara qədər vəsait cəlb etmək istəyir

06.07.2026

İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

06.07.2026

Ən çox yığım edən sığorta şirkətləri - TOP 5

06.07.2026

“Azəralüminium”ın ixrac gəlirləri 50,4% artıb

06.07.2026

ABŞ-dakı məlumat mərkəzlərini enerji ilə təmin etmək üçün neçə nüvə elektrik stansiyası lazımdır?

06.07.2026

Ticarət və xidmət sektoruna kredit qoyuluşu 6 ildə necə dəyişib? - CƏDVƏL

06.07.2026

Aşağı maaşı yaxşı iş mühiti kompensasiya edə bilərmi?

06.07.2026

"Tarqovu"da məşhur italyan restoranı icarəyə verilir

06.07.2026

ABB süni intellekt əsaslı Fərdi Maliyyə Menecerini istifadəyə verib

06.07.2026

Məzənnə

Yüklənir...