İpoteka kreditləşməsi bir ildə 303,6 milyon manat artıb

Redaktor

06.07.2026 15:52
105

İpoteka kreditləşməsi bir ildə 303,6 milyon manat artıb

2026-cı il mayın 31-nə Azərbaycanda bank sektorunun kredit portfeli 30 milyard 885,8 milyon manata çatıb. Kredit portfelinin strukturunda biznes, istehlak və ipoteka kreditləri üzrə illik artım qeydə alınıb.

Valyuta.az xəbər verir ki, hesabat dövründə biznes kreditlərinin həcmi 16 milyard 401,7 milyon manat təşkil edib.

Bu göstərici 2025-ci ilin mayın 31-i ilə müqayisədə 1 milyard 301,7 milyon manat və ya 8,62% artıb. Bununla da biznes kreditləri bankların ümumi kredit portfelində ən böyük paya malik seqment olaraq qalmaqdadır.

İstehlak kreditləri isə illik müqayisədə daha yüksək artım nümayiş etdirib. Belə ki, mayın sonuna istehlak kreditlərinin həcmi 9 milyard 775,9 milyon manata yüksəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 894 milyon manat və ya 10,06% çoxdur.

İpoteka kreditləşməsi də artım tendensiyasını davam etdirib. 2026-cı il mayın 31-nə ipoteka kreditlərinin həcmi 4 milyard 708,2 milyon manat olub. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 303,6 milyon manat və ya 6,89% artım deməkdir.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Uğurlu sahibkarların bəzi şəxsiyyət tipləri

06.07.2026

Ekspert: "Uğurlu brendlər kampaniyalar yox, davamlı hekayələr qurur"

06.07.2026

Nazirlik 3 000 manatdan başlayan qiymətlərlə avtomobillərini satışa çıxarır

06.07.2026

Böyük Britaniya süni intellekt modellərinin tənzimlənməsini nəzərdən keçirə bilər

06.07.2026

Şirkət 1 milyard dollar dəyərləndirmə ilə 150 milyon dollar investisiya aldı

06.07.2026

SK Hynix ABŞ-da 28 milyard dollarlıq birja yerləşdirilməsinə başlayıb

06.07.2026

Vəfa Abdullayeva "Azər Türk Bank"da şöbə rəhbəri vəzifəsinə təyin olundu

06.07.2026

"Alibaba" əməkdaşlarına "Claude Code"dan istifadəni qadağan etdi

06.07.2026

İpoteka kreditləşməsi bir ildə 303,6 milyon manat artıb

06.07.2026

Kart qalığına ən yüksək faiz verən bank kartları - SİYAHI

06.07.2026

Azərbaycanda startaplara sərmayə yatıran vençur fondları

06.07.2026

"Nvidia"nın təchizatçısı olan "Unimicron" GDS satışı ilə 1,4 milyard dollara qədər vəsait cəlb etmək istəyir

06.07.2026

İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

06.07.2026

Ən çox yığım edən sığorta şirkətləri - TOP 5

06.07.2026

“Azəralüminium”ın ixrac gəlirləri 50,4% artıb

06.07.2026

ABŞ-dakı məlumat mərkəzlərini enerji ilə təmin etmək üçün neçə nüvə elektrik stansiyası lazımdır?

06.07.2026

Ticarət və xidmət sektoruna kredit qoyuluşu 6 ildə necə dəyişib? - CƏDVƏL

06.07.2026

Aşağı maaşı yaxşı iş mühiti kompensasiya edə bilərmi?

06.07.2026

"Tarqovu"da məşhur italyan restoranı icarəyə verilir

06.07.2026

ABB süni intellekt əsaslı Fərdi Maliyyə Menecerini istifadəyə verib

06.07.2026

Məzənnə

Yüklənir...