Azərbaycanda startaplara sərmayə yatıran vençur fondları

Redaktor

06.07.2026 15:14
141

Azərbaycanda startaplara sərmayə yatıran vençur fondları

Azərbaycanda son illərdə startap ideyaları ilə çıxış edən təşəbbüskarların sayı artmaqdadır. Yeni biznes qurmaq istəyən innovativ komandalar üçün əsas məsələlərdən biri isə layihələrini inkişaf etdirmək və bazara çıxarmaq üçün maliyyə dəstəyi tapmaqdır. Bu baxımdan vençur fondları startapların ilkin və inkişaf mərhələlərində investisiya əldə edə biləcəyi əsas maliyyə mənbələrindən hesab olunur. Hazırda Azərbaycanda fəaliyyət göstərən bir neçə vençur fondu var.

Valyuta.az Azərbaycanda fəaliyyət göstərən əsas vençur fondlarını təqdim edir.

"Caucasus Ventures"

Azərbaycanda ilk vençur kapital fondu olan "Caucasus Ventures" 2022-ci il noyabrın 29-da İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, "PAŞA Holdinq" və fərdi investorların iştirakı ilə yaradılıb.

Fondun nizamnamə kapitalı 11,3 milyon manat təşkil edir. Bunun 5 milyon manatı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, 5 milyon manatı "PAŞA Holdinq", 1,3 milyon manatı isə fərdi investorlar tərəfindən təmin edilib.

"Caucasus Ventures" əsasən "post-seed" və "Series A" mərhələsində olan startaplara investisiya yatırır. Fond 2028-ci ilədək Azərbaycan, Gürcüstan, Türkiyə, Mərkəzi Asiya və Şərqi Avropadan ümumilikdə 50 startapa sərmayə qoymağı planlaşdırır. Büdcəsinin 60%-dən çoxunun Azərbaycan layihələrinə ayrılması nəzərdə tutulub.

"SABAH.fund"

Azərbaycanda fəaliyyət göstərən digər vençur fondlarından biri "SABAH.fund"dur.

Fond "SABAH.HUB" ekosistemi çərçivəsində fəaliyyət göstərir və əsasən pre-seed və seed mərhələsində olan startaplara investisiya yatırır.

SABAH.fund Cənubi Qafqaz, Mərkəzi Asiya və MENAPT+ regionunda fəaliyyət göstərən yüksək inkişaf potensialına malik startapları hədəfləyir.

Fondun prioritet istiqamətlərinə "FinTech", "EduTech", "CleanTech", "HealthTech", "AgriTech", "PropTech" və "LogisticsTech" daxildir.

"SABAH.HUB"un tərkibində fəaliyyət göstərən "SABAH.studio" isə venture studio modeli əsasında startapların inkişafına dəstək verir. Platformanın açıqladığı məlumata görə, indiyədək 4,7 milyon manat kənar investisiya cəlb olunub, 60 startap akselerasiya proqramından keçib, 15 startap investisiya əldə edib. Bundan başqa, 750-dən çox məzun startap komandası formalaşıb və 800-dən çox tələbə ekosistemdə iştirak edib.

"INMerge Venture Capital Fund"

Azərbaycanda fəaliyyət göstərən yeni vençur fondlarından biri də "INMerge Venture Capital Fund"dur.

Fond 2024-cü ilin oktyabrında keçirilən "INMerge İnnovasiya Zirvəsi" çərçivəsində təsis olunub.

Fondun təsisçiləri "PASHA Innovations", İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan İnvestisiya Şirkəti və "Trendyol Group"dur.

"INMerge Venture Capital Fund" Qafqaz, Mərkəzi Asiya, Mərkəzi və Şərqi Avropa, eləcə də Yaxın Şərq və Şimali Afrika regionlarında fəaliyyət göstərən perspektivli startaplara investisiya yatırmağı planlaşdırır.

"INMerge İnnovasiya Zirvəsi" isə 2022-ci ildən etibarən hər il keçirilən və investorları, startapları, texnologiya şirkətlərini, eləcə də innovasiya ekosisteminin digər iştirakçılarını bir araya gətirən beynəlxalq tədbirdir.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Uğurlu sahibkarların bəzi şəxsiyyət tipləri

06.07.2026

Ekspert: "Uğurlu brendlər kampaniyalar yox, davamlı hekayələr qurur"

06.07.2026

Nazirlik 3 000 manatdan başlayan qiymətlərlə avtomobillərini satışa çıxarır

06.07.2026

Böyük Britaniya süni intellekt modellərinin tənzimlənməsini nəzərdən keçirə bilər

06.07.2026

Şirkət 1 milyard dollar dəyərləndirmə ilə 150 milyon dollar investisiya aldı

06.07.2026

SK Hynix ABŞ-da 28 milyard dollarlıq birja yerləşdirilməsinə başlayıb

06.07.2026

Vəfa Abdullayeva "Azər Türk Bank"da şöbə rəhbəri vəzifəsinə təyin olundu

06.07.2026

"Alibaba" əməkdaşlarına "Claude Code"dan istifadəni qadağan etdi

06.07.2026

İpoteka kreditləşməsi bir ildə 303,6 milyon manat artıb

06.07.2026

Kart qalığına ən yüksək faiz verən bank kartları - SİYAHI

06.07.2026

Azərbaycanda startaplara sərmayə yatıran vençur fondları

06.07.2026

"Nvidia"nın təchizatçısı olan "Unimicron" GDS satışı ilə 1,4 milyard dollara qədər vəsait cəlb etmək istəyir

06.07.2026

İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

06.07.2026

Ən çox yığım edən sığorta şirkətləri - TOP 5

06.07.2026

“Azəralüminium”ın ixrac gəlirləri 50,4% artıb

06.07.2026

ABŞ-dakı məlumat mərkəzlərini enerji ilə təmin etmək üçün neçə nüvə elektrik stansiyası lazımdır?

06.07.2026

Ticarət və xidmət sektoruna kredit qoyuluşu 6 ildə necə dəyişib? - CƏDVƏL

06.07.2026

Aşağı maaşı yaxşı iş mühiti kompensasiya edə bilərmi?

06.07.2026

"Tarqovu"da məşhur italyan restoranı icarəyə verilir

06.07.2026

ABB süni intellekt əsaslı Fərdi Maliyyə Menecerini istifadəyə verib

06.07.2026

Məzənnə

Yüklənir...