ABB süni intellekt əsaslı Fərdi Maliyyə Menecerini istifadəyə verib

Redaktor

06.07.2026 12:01
52

ABB süni intellekt əsaslı Fərdi Maliyyə Menecerini istifadəyə verib

ABB mobil tətbiqində süni intellekt əsaslı Fərdi Maliyyə Meneceri xidmətini istifadəyə verib.

Valyuta.Az banka istinadla xəbər verir ki, yenilik ABB mobile tətbiqində fəaliyyət göstərən "AI-nur" və "AI-khan" süni intellekt köməkçilərinin funksiyalarını genişləndirir.

İstifadəçilər səsli və ya yazılı sorğular vasitəsilə gəlir və xərclərini təhlil edə, müxtəlif dövrlər üzrə maliyyə göstəricilərini müqayisə edə və şəxsi büdcələri ilə bağlı məlumat əldə edə biləcəklər.

Yeni funksiya müştərilərin əməliyyat tarixçəsi əsasında gəlir və xərclərin kateqoriyalar üzrə təhlilini aparır, məlumatları vizuallaşdırılmış formada təqdim edir və müxtəlif dövrlər üzrə müqayisələr etməyə imkan yaradır.

Bununla yanaşı, "AI-nur" və "AI-khan" vasitəsilə mobil rabitə ödənişlərinin həyata keçirilməsi, ABB və digər bank kartlarına köçürmələr, kartlar və hesablar arasında vəsait köçürülməsi, mobil nömrə ilə pul göndərilməsi, kartın bloklanması və yenidən aktivləşdirilməsi kimi əməliyyatları səsli komanda ilə yerinə yetirmək mümkündür.

Bankın məlumatına əsasən, istifadəçilər Visa kartları üzrə müxtəlif xidmətlərə abunəliklərin aktivləşdirilməsi və ləğv edilməsi əməliyyatlarını da süni intellekt köməkçiləri vasitəsilə icra edə bilərlər.

ABB bildirir ki, "AI-nur" və "AI-khan" ilə indiyədək 4 milyondan çox qarşılıqlı ünsiyyət qeydə alınıb.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Həyatın ölüm halından sığorta üzrə yığımlar 28,4% artıb

06.07.2026

Uğurlu sahibkarların bəzi şəxsiyyət tipləri

06.07.2026

Ekspert: "Uğurlu brendlər kampaniyalar yox, davamlı hekayələr qurur"

06.07.2026

Nazirlik 3 000 manatdan başlayan qiymətlərlə avtomobillərini satışa çıxarır

06.07.2026

Böyük Britaniya süni intellekt modellərinin tənzimlənməsini nəzərdən keçirə bilər

06.07.2026

Şirkət 1 milyard dollar dəyərləndirmə ilə 150 milyon dollar investisiya aldı

06.07.2026

SK Hynix ABŞ-da 28 milyard dollarlıq birja yerləşdirilməsinə başlayıb

06.07.2026

Vəfa Abdullayeva "Azər Türk Bank"da şöbə rəhbəri vəzifəsinə təyin olundu

06.07.2026

"Alibaba" əməkdaşlarına "Claude Code"dan istifadəni qadağan etdi

06.07.2026

İpoteka kreditləşməsi bir ildə 303,6 milyon manat artıb

06.07.2026

Kart qalığına ən yüksək faiz verən bank kartları - SİYAHI

06.07.2026

Azərbaycanda startaplara sərmayə yatıran vençur fondları

06.07.2026

"Nvidia"nın təchizatçısı olan "Unimicron" GDS satışı ilə 1,4 milyard dollara qədər vəsait cəlb etmək istəyir

06.07.2026

İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

06.07.2026

Ən çox yığım edən sığorta şirkətləri - TOP 5

06.07.2026

“Azəralüminium”ın ixrac gəlirləri 50,4% artıb

06.07.2026

ABŞ-dakı məlumat mərkəzlərini enerji ilə təmin etmək üçün neçə nüvə elektrik stansiyası lazımdır?

06.07.2026

Ticarət və xidmət sektoruna kredit qoyuluşu 6 ildə necə dəyişib? - CƏDVƏL

06.07.2026

Aşağı maaşı yaxşı iş mühiti kompensasiya edə bilərmi?

06.07.2026

"Tarqovu"da məşhur italyan restoranı icarəyə verilir

06.07.2026

Məzənnə

Yüklənir...