Redaktor
"Tarqovu"da məşhur italyan restoranı icarəyə verilir
Bakının ən işlək və məşhur ərazilərindən biri olan Tarqovuda yerləşən CAFEIN restoranı icarəyə verilir.
Valyuta.az xəbər verir ki, restoran artıq 4 ildir fəaliyyət göstərir və İtaliya mətbəxi konsepsiyası ilə müştərilərinə xidmət göstərir. Bu müddət ərzində məkan özünə məxsus daimi müştəri bazası formalaşdırıb.
Restoranın üstünlüklərindən biri də qarşısında yerləşən geniş terras hissəsinin olmasıdır. Bundan əlavə, məkan korporativ tədbirlərin, işgüzar görüşlərin, ad günü və digər xüsusi tədbirlərin keçirilməsi üçün də əlverişli şəraitə malikdir.
Məlumata görə, restoranın hazırlanmasına ümumilikdə 170 min manat investisiya qoyulub. Hazır vəziyyətdə fəaliyyət göstərən məkanın aylıq icarə haqqı 2 500 manat təşkil edir.
Sərvanə Rəmixanova