Böyük Britaniya süni intellekt modellərinin tənzimlənməsini nəzərdən keçirə bilər

Redaktor

06.07.2026 17:54
35

Böyük Britaniya süni intellekt modellərinin tənzimlənməsini nəzərdən keçirə bilər

Böyük Britaniya istehlakçıların maliyyə qərarlarına təsiri artan ümumi təyinatlı süni intellekt modellərinin tənzimlənməsi imkanını qiymətləndirə bilər.

Valyuta.az xəbər verir ki, bunu Böyük Britaniyanın Maliyyə Davranışına Nəzarət İdarəsinin (FCA) icraçı direktoru Şeldon Mills bildirib.

Onun sözlərinə görə, "ChatGPT", "Claude" və "Gemini" kimi dil modellərindən maliyyə məsləhəti almaq üçün istifadə sürətlə artır. Araşdırmaya əsasən, Böyük Britaniyada istehlakçıların dörddə birindən çoxu bu alətlərə etibar edir. Lakin onların müəyyən hissəsi bu xidmətlərin tənzimlənən maliyyə xidmətlərinə tətbiq olunan hüquqi müdafiə mexanizmlərinə daxil olmadığını bilmir.

Mills hesab edir ki, FCA qarşıdakı 3-6 ay ərzində mövcud tənzimləmə çərçivəsindən kənarda qalan ümumi təyinatlı süni intellekt modellərinin miqyasını, təsirini və yaratdığı riskləri qiymətləndirərək tənzimləmə sərhədlərinin genişləndirilməsini nəzərdən keçirməlidir.

FCA-nın sədri Eşli Alder isə bildirib ki, qurum sürətlə dəyişən texnoloji mühitə uyğunlaşaraq süni intellekt sahəsində prinsiplərə əsaslanan və nəticəyönümlü yanaşmanı davam etdirəcək.

Həmçinin vurğulanır ki, maliyyə sektorunda şirkətlərin məhdud sayda texnologiya və bulud xidmətləri təminatçılarından asılılığının artması sistem üzrə yeni risklər yarada bilər. Eyni süni intellekt modelləri və texnoloji infrastrukturdan geniş istifadə bazar iştirakçılarının oxşar qərarlar verməsinə və mümkün ümumi uğursuzluq nöqtələrinin formalaşmasına səbəb ola bilər.

Qeyd edək ki, son sorğunun nəticələrinə görə, dünya üzrə maliyyə şirkətlərinin 81 faizi müəyyən səviyyədə süni intellektdən istifadə edir, 40 faizi isə bu texnologiyanı genişmiqyaslı şəkildə biznes proseslərinə inteqrasiya edib. Hazırda süni intellekt əsasən arxa ofis funksiyalarında tətbiq olunsa da, maliyyə şirkətləri onu şikayətlərin idarə olunması və investisiya üzrə tövsiyələrin verilməsi kimi müştəri ilə birbaşa əlaqəli sahələrdə də daha geniş istifadə etməyə başlayıblar.

Rəfiqə Abdin

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Uğurlu sahibkarların bəzi şəxsiyyət tipləri

06.07.2026

Ekspert: "Uğurlu brendlər kampaniyalar yox, davamlı hekayələr qurur"

06.07.2026

Nazirlik 3 000 manatdan başlayan qiymətlərlə avtomobillərini satışa çıxarır

06.07.2026

Böyük Britaniya süni intellekt modellərinin tənzimlənməsini nəzərdən keçirə bilər

06.07.2026

Şirkət 1 milyard dollar dəyərləndirmə ilə 150 milyon dollar investisiya aldı

06.07.2026

SK Hynix ABŞ-da 28 milyard dollarlıq birja yerləşdirilməsinə başlayıb

06.07.2026

Vəfa Abdullayeva "Azər Türk Bank"da şöbə rəhbəri vəzifəsinə təyin olundu

06.07.2026

"Alibaba" əməkdaşlarına "Claude Code"dan istifadəni qadağan etdi

06.07.2026

İpoteka kreditləşməsi bir ildə 303,6 milyon manat artıb

06.07.2026

Kart qalığına ən yüksək faiz verən bank kartları - SİYAHI

06.07.2026

Azərbaycanda startaplara sərmayə yatıran vençur fondları

06.07.2026

"Nvidia"nın təchizatçısı olan "Unimicron" GDS satışı ilə 1,4 milyard dollara qədər vəsait cəlb etmək istəyir

06.07.2026

İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

06.07.2026

Ən çox yığım edən sığorta şirkətləri - TOP 5

06.07.2026

“Azəralüminium”ın ixrac gəlirləri 50,4% artıb

06.07.2026

ABŞ-dakı məlumat mərkəzlərini enerji ilə təmin etmək üçün neçə nüvə elektrik stansiyası lazımdır?

06.07.2026

Ticarət və xidmət sektoruna kredit qoyuluşu 6 ildə necə dəyişib? - CƏDVƏL

06.07.2026

Aşağı maaşı yaxşı iş mühiti kompensasiya edə bilərmi?

06.07.2026

"Tarqovu"da məşhur italyan restoranı icarəyə verilir

06.07.2026

ABB süni intellekt əsaslı Fərdi Maliyyə Menecerini istifadəyə verib

06.07.2026

Məzənnə

Yüklənir...