İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Redaktor

06.07.2026 14:25
170

İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarına dair statistik göstəricilərə, Avrozonada iqtisadi aktivliyin sabitləşməsinə, Yaxın Şərqdə geosiyasi proseslərə və OPEC+ ölkələrinin hasilat qərarına yönəldi. ABŞ-da gözləntilərdən zəif açıqlanan məşğulluq göstəriciləri FED-in yaxın iclaslarda faiz dərəcələrini artıracağına dair gözləntiləri zəiflədərkən, neft bazarında isə təklifin artacağına dair gözləntilər qiymətlər üzərində təzyiq yaratmağa davam etdi.

ABŞ əmək bazarı FED üzərindəki təzyiqi azaltdı

Həftənin ən mühüm hadisəsi ABŞ-da iyun ayı üzrə əmək bazarı statistikalarının açıqlanması oldu. Qeyri-kənd təsərrüfatı sektorunda yeni yaradılan iş yerlərinin sayı bazar proqnozlarından xeyli aşağı qaldı. Bununla yanaşı, əvvəlki ayın göstəricisi də aşağı istiqamətdə yenidən nəzərdən keçirildi. Bu məlumatlar ABŞ iqtisadiyyatında əmək bazarının tədricən soyumağa başladığını göstərərək investorların FED-in növbəti iclaslarda əlavə faiz artımına gedəcəyi ilə bağlı proqnozlarını zəiflətdi. Hazırda bazar iştirakçılarının əksəriyyəti iyul iclasında faiz dərəcəsinin dəyişməz saxlanılacağını ehtimal edir.

OPEC+ qərarı neft bazarında təklif risklərini artırdı

Enerji bazarında əsas diqqət OPEC+ ölkələrinin növbəti hasilat qərarına yönəldi. Alyans avqust ayından etibarən gündəlik hasilat kvotalarını əlavə 188 min barel artırmaq barədə razılığa gəlib. Beləliklə, aprel ayından bəri ümumi planlaşdırılan hasilat artımı təxminən 800 min barelə çatıb. Bununla yanaşı, Hörmüz boğazı vasitəsilə neft ixracının mərhələli şəkildə bərpası bazarda təkliflə bağlı narahatlıqları azaldıb. Nəticədə "Brent" markalı neft 72$ ətrafında sabitləşsə də, bazarda eniş təzyiqi hələ də qorunur.

Dollar güclü mövqeyini qorusa da, yüksəliş tempi zəiflədi

ABŞ-da zəif məşğulluq statistikası dolların əvvəlki həftələrdə müşahidə olunan güclü yüksəliş tempini məhdudlaşdırdı. Bununla belə, FED-in inflyasiya ilə bağlı ehtiyatlı mövqeyi və faiz dərəcələrinin yüksək səviyyədə qalacağına dair gözləntilər dollar indeksinin kəskin ucuzlaşmasının qarşısını aldı. Hazırda bazar iştirakçıları həm FED rəsmilərinin çıxışlarını, həm də bu həftə açıqlanacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksini (PMI) diqqətlə izləyirlər.

Avrozonada iqtisadi aktivlik sabitləşməyə başladı

Avrozonada xidmət sektorunda daralma davam etsə də, iyun ayında azalma tempi əhəmiyyətli dərəcədə zəifləyib. Xidmət sektoru üzrə PMI göstəricisinin 49.4 bəndə, Kompozit PMI-nin isə 50.0 bəndə yüksəlməsi iqtisadi aktivliyin sabitləşməyə başladığını göstərir. Eyni zamanda, inflyasiya təzyiqlərinin zəifləməsi Avropa Mərkəzi Bankının gələcək monetar siyasəti ilə bağlı bazar gözləntilərinə də təsir göstərib.

Səhm bazarlarında optimizm davam etsə də, investorlar yeni hesabat mövsümünə hazırlaşır

Ötən həftə ABŞ fond bazarlarında əsas diqqət əmək bazarına dair statistik göstəricilərə yönəldi. Gözləntilərdən zəif açıqlanan məşğulluq məlumatları ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) iyul ayında faiz dərəcələrini artıracağına dair ehtimalları əhəmiyyətli dərəcədə azaltdı. Bu isə səhm bazarlarında risk iştahını dəstəklədi və xüsusilə texnologiya sektorunda müsbət əhval-ruhiyyənin qorunmasına şərait yaratdı. Hazırda investorların diqqəti ikinci rüb üzrə maliyyə hesabatlarının açıqlanacağı mövsümə yönəlib. Analitiklər hesab edirlər ki, xüsusilə süni intellekt və yarımkeçirici sektorunda fəaliyyət göstərən şirkətlər güclü maliyyə nəticələri açıqlaya bilərlər.

Cari həftə investorların diqqəti ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) son iclasına dair protokolların açıqlanmasına yönələcək. Bazar iştirakçıları toplantı nəticələrindən FED üzvlərinin inflyasiya və gələcək faiz siyasəti ilə bağlı mövqeyinə dair əlavə siqnallar əldə etməyə çalışacaqlar. Bununla yanaşı, ABŞ-da Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, Avropa İttifaqında pərakəndə satışlar, Almaniyada sənaye istehsalı göstəriciləri və bir sıra digər makroiqtisadi məlumatlar bazarların diqqət mərkəzində olacaq. Həmçinin, FED İdarə Heyətinin üzvü Kristofer Uoller, Avropa Mərkəzi Bankının (ECB) sədri Kristin Laqard və digər mərkəzi bank rəsmilərinin çıxışları maliyyə bazarlarında volatilliyin artmasına səbəb ola bilər.

Bununla yanaşı, enerji bazarında OPEC+ ölkələrinin hasilat strategiyası, ABŞ–İran münasibətlərində mümkün yeni inkişaflar və Yaxın Şərqdə geosiyasi vəziyyət də neft, qızıl və valyuta bazarlarında qiymət dinamikasına təsir edən əsas amillərdən biri olaraq qalacaq.

EUR

Ötən həftə avroya təsir edən əsas amillər ABŞ-da zəif əmək bazarı statistikası və Avrozonadan açıqlanan xidmət sektoru göstəriciləri oldu. ABŞ-da məşğulluğun gözləntilərdən aşağı artması dolların yüksəliş tempini zəiflədərək avronun təzyiq altında qalmasının qarşısını aldı. 
Ötən həftəyə 1.13880 səviyyəsində başlayan EURUSD məzənnəsi zəif ABŞ məşğulluq statistikası fonunda 1.14720 həddinədək yüksəldi və həftəni 1.14350 səviyyəsi ətrafında başa vurdu. 

GBP

Ötən həftə funt sterlinq əsasən dolların zəifləməsindən dəstək aldı. Bununla yanaşı, Böyük Britaniya iqtisadiyyatına dair mühüm makroiqtisadi göstəricilərin məhdud olması səbəbindən GBPUSD cütlüyündə əsas hərəkətverici amil yenə də ABŞ dollarının dinamikası oldu. 
Ötən həftəyə 1.31990 səviyyəsində başlayan GBPUSD məzənnəsi həftə ərzində 1.33840 həddinədək yüksəldi və həftəni 1.33480 səviyyəsi ətrafında tamamladı. 

XAUUSD

Qızıl bazarında ötən həftə volatillik yüksək olaraq qaldı. ABŞ-da zəif əmək bazarı göstəriciləri FED-in yaxın müddətdə faiz artımına gedəcəyi ehtimalını azaltdığı üçün qızıl yenidən investorların maraq dairəsinə daxil oldu. 
Ötən həftəyə 4082$ səviyyəsində başlayan qızıl həftə ərzində 4200$ həddinə yaxınlaşaraq son iki həftənin maksimumunu yenilədi və həftəni 4166$ səviyyəsində tamamladı. 
Hazırda 4200–4300$ müqavimət zonası qızıl üçün əsas maneə olaraq qalır. Bu diapazonun yuxarı istiqamətdə qırılması yüksəliş meylini gücləndirə bilər. Əks halda, 4100$ səviyyəsinin aşağı qırılması korreksiyanın 4000$ zonasına qədər dərinləşməsi riskini artıra bilər.

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti

“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Uğurlu sahibkarların bəzi şəxsiyyət tipləri

06.07.2026

Ekspert: "Uğurlu brendlər kampaniyalar yox, davamlı hekayələr qurur"

06.07.2026

Nazirlik 3 000 manatdan başlayan qiymətlərlə avtomobillərini satışa çıxarır

06.07.2026

Böyük Britaniya süni intellekt modellərinin tənzimlənməsini nəzərdən keçirə bilər

06.07.2026

Şirkət 1 milyard dollar dəyərləndirmə ilə 150 milyon dollar investisiya aldı

06.07.2026

SK Hynix ABŞ-da 28 milyard dollarlıq birja yerləşdirilməsinə başlayıb

06.07.2026

Vəfa Abdullayeva "Azər Türk Bank"da şöbə rəhbəri vəzifəsinə təyin olundu

06.07.2026

"Alibaba" əməkdaşlarına "Claude Code"dan istifadəni qadağan etdi

06.07.2026

İpoteka kreditləşməsi bir ildə 303,6 milyon manat artıb

06.07.2026

Kart qalığına ən yüksək faiz verən bank kartları - SİYAHI

06.07.2026

Azərbaycanda startaplara sərmayə yatıran vençur fondları

06.07.2026

"Nvidia"nın təchizatçısı olan "Unimicron" GDS satışı ilə 1,4 milyard dollara qədər vəsait cəlb etmək istəyir

06.07.2026

İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

06.07.2026

Ən çox yığım edən sığorta şirkətləri - TOP 5

06.07.2026

“Azəralüminium”ın ixrac gəlirləri 50,4% artıb

06.07.2026

ABŞ-dakı məlumat mərkəzlərini enerji ilə təmin etmək üçün neçə nüvə elektrik stansiyası lazımdır?

06.07.2026

Ticarət və xidmət sektoruna kredit qoyuluşu 6 ildə necə dəyişib? - CƏDVƏL

06.07.2026

Aşağı maaşı yaxşı iş mühiti kompensasiya edə bilərmi?

06.07.2026

"Tarqovu"da məşhur italyan restoranı icarəyə verilir

06.07.2026

ABB süni intellekt əsaslı Fərdi Maliyyə Menecerini istifadəyə verib

06.07.2026

Məzənnə

Yüklənir...