Redaktor
Raket mühərriki istehsal edən startap 90 milyonluq investisiya cəlb edib
ABŞ-də fəaliyyət göstərən raket mühərriki istehsalçısı "Venus Aerospace" B seriyası investisiya mərhələsində 90 milyon dollar vəsait cəlb edib.
Valyuta.az xəbər verir ki, cəlb olunan vəsait yeni nəsil raket mühərrikinin sınaqlarının aparılmasına və potensial müştərilərlə birlikdə hazırlanacaq hipersəs uçuş aparatlarının inkişafına yönəldiləcək.
2020-ci ildə "Sassie Duggleby" və "Andrew Duggleby" tərəfindən yaradılan "Venus Aerospace" hipersəs təyyarələri və yüksək sürətli kosmik aparatlar üçün yeni nəsil raket mühərrikləri hazırlayır. Startap ənənəvi mühərriklərlə müqayisədə daha yüksək səmərəlilik və daha az yanacaq sərfiyyatı vəd edən Dönən Detonasiyalı Raket Mühərriki (RDRE) texnologiyası üzərində çalışır.
İlk illərdə ekoloji təmiz hipersəs sərnişin təyyarələri hazırlamağı hədəfləyən şirkət, uğurlu mühərrik sınaqlarından sonra fəaliyyətini müdafiə və kosmik sənaye istiqamətinə yönəldib. Hazırda "Venus Aerospace" əsasən hipersəs silah sistemləri, yüksək sürətli hərbi platformalar və yeni nəsil kosmik aparatlar üçün itki sistemləri hazırlayır.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərOyun startapı "Bold Games" 6 milyon dollar investisiya cəlb edib
09.07.2026"UniCredit" Almaniyanın "Commerzbank"ı üzərində nəzarəti gücləndirir
09.07.2026Məhsulu olmadan milyonlarla dollar investisiya alan 7 startap
09.07.2026Raket mühərriki istehsal edən startap 90 milyonluq investisiya cəlb edib
09.07.2026