Redaktor
Nağdsız ödənişlər iqtisadiyyatı necə dəyişir?
Son illərdə Azərbaycanda və dünyada nağdsız ödənişlərin həcmi sürətlə artır. Kart ödənişləri, mobil bankçılıq, rəqəmsal cüzdanlar və elektron ticarətin genişlənməsi insanların gündəlik maliyyə davranışlarını dəyişməklə yanaşı, iqtisadiyyatın strukturuna da təsir göstərir. Bu proses həm dövlətin vergi yığımlarında, həm biznesin fəaliyyətində, həm də maliyyə sektorunun inkişafında mühüm rol oynayır.
İqtisadçı Xalid Kərimli Valyuta.az-a bildirib ki, nağdsız ödənişlərin əsas üstünlüklərindən biri iqtisadiyyatın daha şəffaf olmasına şərait yaratmasıdır:
“Nağdsız ödənişlər əməliyyatların izini saxlayır. Bu da kölgə iqtisadiyyatının azalmasına, vergidən yayınma hallarının məhdudlaşmasına və maliyyə intizamının güclənməsinə kömək edir. Eyni zamanda ödənişlər daha sürətli və operativ həyata keçirildiyi üçün iqtisadi səmərəlilik artır, şirkətlərin, sahibkarların və dövlətin əməliyyat xərcləri azalır”.
Onun sözlərinə görə, rəqəmsal ödənişlər elektron ticarətin inkişafını tamamlayan əsas məqamlardan biridir:
“Bu gün sahibkar məhsulunu sosial şəbəkələrdə reklam edir, internet üzərindən satır və ödənişi də elektron qaydada qəbul edir. Çatdırılma xidmətləri ilə birlikdə bütün proses rəqəmsal şəkildə həyata keçirilir. Əgər nağdsız ödəniş sistemi olmasa, bu zəncir tam şəkildə tamamlanmır. Buna görə də rəqəmsal ödənişlər iqtisadiyyatın ümumi rəqəmsallaşmasını sürətləndirir”.

X.Kərimli hesab edir ki, əməliyyatların şəffaflaşması dövlət büdcəsinin gəlirlərinə də müsbət təsir göstərir:
“Nağdsız əməliyyatları gizlətmək daha çətindir. Ödənişlər bank sistemi üzərindən keçdiyi üçün onların izi qalır və yoxlanılması asanlaşır. Bu isə vergi yığımlarının artmasına kömək edir. Nəticədə həm dövlətin gəlirləri artır, həm də bütün iştirakçıların vergi ödəməyə cəlb olunması rəqabət mühitinin sağlamlaşmasına şərait yaradır”.
Bununla yanaşı, ekspert vurğulayıb ki, vergilərin tam şəkildə rəsmiləşdirilməsi bəzi hallarda qiymətlərə də təsir göstərə bilər:
“Vergi məhsulun və ya xidmətin qiymətinin tərkib hissəsidir. Sahibkar vergini öz vəsaitindən deyil, satışdan əldə olunan gəlirdən ödəyir. Buna görə də iqtisadiyyatın şəffaflaşması ümumilikdə, müsbət proses olsa da, vergi yükünün qiymətlərdə müəyyən dərəcədə əks olunması da təbii haldır”.
Ekspertin fikrincə, nağdsız ödənişlər biznes üçün də ciddi üstünlüklər yaradır:
“Pulun daşınması, saxlanılması və inkassasiya ilə bağlı xərclər azalır. Ödənişlərin qəbulu sürətlənir, itkilər minimuma enir və şirkətlər vəsaitlərini daha səmərəli idarə edə bilirlər. Bundan əlavə, elektron ticarət, rəqəmsal xidmətlər və onlayn satış kimi yeni biznes modellərinin inkişafı məhz bu sistem sayəsində mümkün olur”.
X.Kərimli bildirib ki, bu prosesdən ən çox faydalanan sahələrdən biri bank sektorudur:
“Nağdsız ödənişlər zamanı vəsaitlər bank sistemi üzərindən hərəkət edir. Banklar ödəniş xidmətlərindən komissiya gəlirləri əldə edir, müştərilərə müxtəlif rəqəmsal xidmətlər təqdim edir və cəlb olunan vəsaitlərdən istifadə imkanları qazanırlar. Son illər mobil bankçılığın, rəqəmsal cüzdanların və digər elektron maliyyə xidmətlərinin sürətlə yayılması bank sektorunun böyüməsində mühüm rol oynayıb”.
O əlavə edib ki, rəqəmsal ödənişlərin inkişafı banklarla yanaşı, fintek şirkətlərinin də bazara daxil olmasına şərait yaradır:
“Artıq təkcə banklar deyil, müxtəlif fintek şirkətləri də elektron cüzdanlar və ödəniş xidmətləri təqdim edirlər. Bu, banklar arasında və banklarla finteklər arasında rəqabəti artırır. Rəqabətin güclənməsi isə xidmətlərin daha əlçatan və keyfiyyətli olmasına kömək edir ki, bundan əsas qazanan tərəf istehlakçılar olur”.
İqtisadçının sözlərinə görə, nağdsız ödənişlərin genişlənməsi uzunmüddətli perspektivdə həm iqtisadiyyatın şəffaflığına, həm biznes mühitinin inkişafına, həm də maliyyə sektorunun modernləşməsinə kömək edir. O hesab edir ki, rəqəmsal ödənişlərin artması yalnız texnoloji yenilik deyil, eyni zamanda iqtisadi münasibətlərin daha səmərəli və şəffaf modelə keçidinin göstəricisidir.
Rəfiqə Abdin
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"FED" iqtisadi islahatlar üçün 5 yeni işçi qrupu yaratdı
10.07.2026Füzuli və Qəbələdə qum-çınqıl yataqları hərraca çıxarılır - QİYMƏT
10.07.2026Hansı bank nə qədər və neçə faizlə nağd pul krediti verir?
10.07.2026“Startap” şəhadətnaməsi alan KOB-ların dövriyyəsi 2 dəfə artıb
10.07.2026"OpenAI" rəhbəri Fici Simo vəzifəsindən ayrılır
10.07.2026
Nağdsız ödənişlər iqtisadiyyatı necə dəyişir?
10.07.2026"Trendyol"un hər 1 lirəlik fəaliyyəti Türkiyə iqtisadiyyatına təxminən 7 lirə təsir edir
10.07.2026BOKT-lar yalnız üç islam maliyyəsi məhsulu təqdim edəcək - AMB
10.07.2026Süni intellekt 12 yaşlı qıza öz startapını yaratmağa kömək edib
10.07.20261000 manat maaşın nə qədəri xərclənməli, nə qədəri yığılmalıdır?
10.07.2026Oyun startapı "Bold Games" 6 milyon dollar investisiya cəlb edib
09.07.2026"UniCredit" Almaniyanın "Commerzbank"ı üzərində nəzarəti gücləndirir
09.07.2026Məhsulu olmadan milyonlarla dollar investisiya alan 7 startap
09.07.2026Raket mühərriki istehsal edən startap 90 milyonluq investisiya cəlb edib
09.07.2026