1000 manat maaşın nə qədəri xərclənməli, nə qədəri yığılmalıdır?

Redaktor

10.07.2026 08:30
135

1000 manat maaşın nə qədəri xərclənməli, nə qədəri yığılmalıdır?

Ayın sonuna pulunun çatmadığını deyənlərin sayı az deyil. Maliyyə mütəxəssisləri isə hesab edirlər ki, problemin səbəbi hər zaman maaşın az olması deyil, büdcənin plansız idarə olunması da buna təsir edir. Bu baxımdan ən çox tövsiyə edilən üsullardan biri 50-30-20 büdcə qaydasıdır.

Valyuta.az xəbər verir ki, bu metod aylıq gəlirin üç əsas hissəyə bölünməsini nəzərdə tutur və həm gündəlik xərcləri nəzarətdə saxlamağa, həm də gələcək üçün maliyyə ehtiyatı yaratmağa kömək edir.

Qaydaya əsasən, aylıq gəlirin:

50 faizi zəruri ehtiyaclara ayrılmalıdır. Buraya kirayə və ya ipoteka ödənişi, kommunal xərclər, ərzaq, nəqliyyat, internet və digər vacib ödənişlər daxildir.
30 faizi şəxsi istəklər üçün nəzərdə tutulur. Restoranlar, alış-veriş, əyləncə, səyahət, kino və müxtəlif abunə xidmətləri bu kateqoriyaya daxildir.
20 faizi isə gələcək üçün ayrılmalıdır. Bu məbləğ əmanət, investisiya və ya kredit borclarının vaxtından əvvəl ödənilməsi üçün istifadə oluna bilər.

Məsələn, aylıq gəliri 1000 manat olan şəxs bu qaydaya uyğun olaraq:

500 manatı zəruri xərclərə;
300 manatı şəxsi istəklərinə;
200 manatı isə yığım və ya investisiyaya ayıra bilər.

Mütəxəssislər bildirirlər ki, ilk addım gəlirin deyil, xərclərin hesablanmasıdır. Bunun üçün son iki-üç ay ərzində edilən bütün ödənişlər nəzərdən keçirilməli, daha sonra isə onların hansı kateqoriyaya aid olduğu müəyyən edilməlidir. Bu üsul lazımsız xərcləri görməyə və qənaət imkanlarını üzə çıxarmağa kömək edir.

Onların sözlərinə görə, hər kəsin maliyyə vəziyyəti fərqli olduğundan 50-30-20 qaydasına tam əməl etmək həmişə mümkün olmur. Xüsusilə kirayə və ya kredit ödənişləri yüksək olan şəxslərdə zəruri xərclərin payı daha çox ola bilər. Buna baxmayaraq, ekspertlər gəlirin az da olsa bir hissəsinin mütləq yığım və ya investisiyaya yönəldilməsini tövsiyə edirlər.

Maliyyə mütəxəssisləri hesab edirlər ki, büdcənin planlı idarə olunması təkcə qənaət etməyə deyil, gözlənilməz xərclər zamanı borclanma riskini azaltmağa da kömək edir. Bu səbəbdən 50-30-20 qaydası dünyada şəxsi maliyyənin idarə edilməsində ən sadə və praktik üsullardan biri hesab olunur.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
Nağdsız ödənişlər iqtisadiyyatı necə dəyişir?

Nağdsız ödənişlər iqtisadiyyatı necə dəyişir?

10.07.2026

"Trendyol"un hər 1 lirəlik fəaliyyəti Türkiyə iqtisadiyyatına təxminən 7 lirə təsir edir

10.07.2026

BOKT-lar yalnız üç islam maliyyəsi məhsulu təqdim edəcək - AMB

10.07.2026

Süni intellekt 12 yaşlı qıza öz startapını yaratmağa kömək edib

10.07.2026

1000 manat maaşın nə qədəri xərclənməli, nə qədəri yığılmalıdır?

10.07.2026

Oyun startapı "Bold Games" 6 milyon dollar investisiya cəlb edib

09.07.2026

"UniCredit" Almaniyanın "Commerzbank"ı üzərində nəzarəti gücləndirir

09.07.2026

Məhsulu olmadan milyonlarla dollar investisiya alan 7 startap

09.07.2026

Raket mühərriki istehsal edən startap 90 milyonluq investisiya cəlb edib

09.07.2026
OpenAI GPT-5.6 modelini və ChatGPT Work agentini təqdim etdi

OpenAI GPT-5.6 modelini və ChatGPT Work agentini təqdim etdi

09.07.2026

Hindistan Mərkəzi Bankından kriptovalyutalara yeni qadağa çağırışı

09.07.2026

Əmək qabiliyyətinin sığortası üzrə ödənişlər 78,6% geriləyib

09.07.2026

Ən uğurlu komandalar niyə tükənmir?

09.07.2026

Texnologiya nəhəngləri işçilərini sürətlə ixtisar edir

09.07.2026

Rəşad Həsənov: Dövlət xidmətlərində süni intellekt həllərinin tətbiqinə başlanılıb

09.07.2026

“Meta” məlumat mərkəzinə 13 milyard dollar yatırır

09.07.2026

Süni intellekt üçün internet Bakcelldən ®

09.07.2026

Azərbaycanda Süni İntellekt Akademiyası yaradılır: 500 mühəndis yetişdiriləcək

09.07.2026

“Bank Melli İran”ın Bakı filialının mənfəəti 28%-ə yaxın azalıb

09.07.2026

Bu ilin ilk yarısında 226,3 mln. manat məbləğində ipoteka krediti verilib

09.07.2026

Məzənnə

Yüklənir...