Redaktor
"Trendyol"un hər 1 lirəlik fəaliyyəti Türkiyə iqtisadiyyatına təxminən 7 lirə təsir edir
"Hər 1 türk lirəsi dəyərində iqtisadi fəaliyyət Türkiyə iqtisadiyyatında 6,94 türk lirəsi təsir formalaşdırır".
Valyuta.az xəbər verir ki, bu sözləri "Trendyol Group"un baş icraçı direktoru (CEO) Erdem İnan bildirib.
Onun sözlərinə görə, "Trendyol" yerli istehsalçılar, kiçik sahibkarlar və KOBİ-lərlə birlikdə ölkə iqtisadiyyatına hər gün daha çox dəyər qatır. Platforma Türkiyənin müxtəlif bölgələrində fəaliyyət göstərən biznes tərəfdaşlarının məhsullarını təkcə daxili bazarda deyil, Avropa və Asiyada milyonlarla istifadəçiyə çatdırır.
İnan qeyd edib ki, "Trendyol" üzərindən həyata keçirilən ticarət yalnız platformadakı satışlarla məhdudlaşmır, istehsal, logistika, pərakəndə ticarət, tekstil və geyim sənayesi kimi bir çox sahədə məşğulluq və gəlir yaradır.
CEO vurğulayıb ki, "Trendyol KOBİ"lər üçün inkişaf və elektron ixrac imkanlarını genişləndirərək Anadolu istehsalının qlobal bazarlara çıxmasına dəstək verir.
Qeyd edək ki, Erdem İnan 2023-cü ilin avqust ayından "Trendyol Group"un baş icraçı direktoru vəzifəsini icra edir.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Nağdsız ödənişlər iqtisadiyyatı necə dəyişir?
10.07.2026"Trendyol"un hər 1 lirəlik fəaliyyəti Türkiyə iqtisadiyyatına təxminən 7 lirə təsir edir
10.07.2026BOKT-lar yalnız üç islam maliyyəsi məhsulu təqdim edəcək - AMB
10.07.2026Süni intellekt 12 yaşlı qıza öz startapını yaratmağa kömək edib
10.07.20261000 manat maaşın nə qədəri xərclənməli, nə qədəri yığılmalıdır?
10.07.2026Oyun startapı "Bold Games" 6 milyon dollar investisiya cəlb edib
09.07.2026"UniCredit" Almaniyanın "Commerzbank"ı üzərində nəzarəti gücləndirir
09.07.2026Məhsulu olmadan milyonlarla dollar investisiya alan 7 startap
09.07.2026Raket mühərriki istehsal edən startap 90 milyonluq investisiya cəlb edib
09.07.2026