Redaktor
Trendyol və PAŞA Holding Uşaqların Beynəlxalq Müdafiəsi Gününü region məktəbliləri ilə qeyd edib
Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri Trendyol şirkəti PAŞA Holding ilə birlikdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü bir qrup Şabran məktəbliləri ile qeyd edib.
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə Şabran rayonunun Qazbabalı kəndində yaşayan və qonşu kəndlərdə təhsil alan uşaqlar valideynləri ilə birlikdə Bakıya dəvət olunublar. Onlar robotexnika üzrə master-klasslarda iştirak edib, uşaqlar üçün nəzərdə tutulan əyləncə mərkəzində vaxt keçirib, İçərişəhər turunda Azərbaycanın tarixi-mədəni irsi ilə yaxından tanış olublar.
Proqramın əsas hissəsini təşkil edən robotexnika master-klassında məktəblilər sadə robotların hazırlanması, sensor texnologiyaları və kodlaşdırmanın əsasları ilə tanış olublar. İnteraktiv sessiyalar zamanı onlar texnologiyanı praktiki şəkildə sınayaraq yeni bacarıqlar əldə edib, təlimçilərin dəstəyi ilə robotlar hazırlayıblar.
Təşəbbüsün məqsədi ucqar kənd və regionlarda yaşayan uşaqların texnologiya, yaradıcılıq və yeni təcrübələrlə tanışlığını dəstəkləmək, onların gələcəyin bacarıqlarına marağını artırmaq və inkişaf imkanlarını genişləndirməkdir.
Trendyol PAŞA Holding ilə birgə regionlarda rəqəmsal bacarıqların inkişafına yönəlmiş layihələr həyata keçirib. Bu çərçivədə Gəncə və Mingəçevirdə 4 günlük AI düşərgəsi, Xankəndidə isə məktəbli qızlar üçün “İKT-də qızlar” 12-ci Regional Konfransı keçirilib.
Bunlar “Trendyol”un Azərbaycanda inklüziv rəqəmsal mühitin inkişafına verdiyi töhfənin nümunələridir. Şirkət bu istiqamətdə PAŞA Holding ilə birgə davamlı layihələr həyata keçirir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"FED" iqtisadi islahatlar üçün 5 yeni işçi qrupu yaratdı
10.07.2026Füzuli və Qəbələdə qum-çınqıl yataqları hərraca çıxarılır - QİYMƏT
10.07.2026Hansı bank nə qədər və neçə faizlə nağd pul krediti verir?
10.07.2026“Startap” şəhadətnaməsi alan KOB-ların dövriyyəsi 2 dəfə artıb
10.07.2026"OpenAI" rəhbəri Fici Simo vəzifəsindən ayrılır
10.07.2026
Nağdsız ödənişlər iqtisadiyyatı necə dəyişir?
10.07.2026"Trendyol"un hər 1 lirəlik fəaliyyəti Türkiyə iqtisadiyyatına təxminən 7 lirə təsir edir
10.07.2026BOKT-lar yalnız üç islam maliyyəsi məhsulu təqdim edəcək - AMB
10.07.2026Süni intellekt 12 yaşlı qıza öz startapını yaratmağa kömək edib
10.07.20261000 manat maaşın nə qədəri xərclənməli, nə qədəri yığılmalıdır?
10.07.2026Oyun startapı "Bold Games" 6 milyon dollar investisiya cəlb edib
09.07.2026"UniCredit" Almaniyanın "Commerzbank"ı üzərində nəzarəti gücləndirir
09.07.2026Məhsulu olmadan milyonlarla dollar investisiya alan 7 startap
09.07.2026Raket mühərriki istehsal edən startap 90 milyonluq investisiya cəlb edib
09.07.2026