Aİ rəsmiləri rəqəmsal avro üzrə danışıqların bərpasını dəstəkləyib

Redaktor

10.07.2026 11:24
47

Aİ rəsmiləri rəqəmsal avro üzrə danışıqların bərpasını dəstəkləyib

Avropa Parlamenti rəqəmsal avronun yaradılması üzrə danışıqların yenidən başlanmasını dəstəkləyib. Layihənin 2029-cu ildə tətbiq oluna biləcəyi bildirilir. Rəqəmsal avronun Avropanın ABŞ ödəniş sistemlərindən asılılığını azaltması nəzərdə tutulur.

Mənbə: “Deutsche Welle”
Tərcümə: Valyuta.Az

Avropa Parlamenti cümə günü blokun vahid valyutası olan avronun rəqəmsal versiyasının yaradılması üzrə danışıqların bərpasına dəstək verib.

Təxminən 416 deputat təklifin lehinə, 169 deputat əleyhinə səs verib, 22 deputat isə bitərəf qalıb. Parlament üzvləri konsepsiyanı müzakirə etmək üçün bu ayın sonunda üzv ölkələrin nümayəndələri ilə görüşəcəklər.

Aİ parlamenti və üzv ölkələr 2026-cı ilin sonunadək razılığa gəlməyi planlaşdırır. Razılıq əldə olunarsa, Avropa Mərkəzi Bankı rəqəmsal avronu 2029-cu ildə istifadəçilərə təqdim edə bilər.

Rəqəmsal avro Aİ-nin “Visa”, “Mastercard”, “Apple Pay” və “Google Pay” kimi ABŞ ödəniş sistemlərindən asılılığını azaltmaq vasitəsi kimi qiymətləndirilir.

Avropa Mərkəzi Bankının məlumatına görə, avrozonada kart əməliyyatlarının təxminən üçdə ikisi Avropaya məxsus olmayan, əsasən “Visa” və “Mastercard” şirkətləri tərəfindən həyata keçirilir.

Bundan əlavə, avrozonanın 21 ölkəsindən 13-də mağazalarda və onlayn alış-veriş zamanı istifadə oluna bilən milli kart sistemi mövcud deyil.

Rəqəmsal avro necə işləyəcək?

Rəqəmsal avronun dəyəri nağd avronun dəyərinə bərabər olacaq.

Ondan istifadə etmək üçün şəxs bankda, poçt şöbəsində və ya müvafiq dövlət qurumunda hesab açmalı, daha sonra həmin hesaba vəsait köçürməli və ya pul yatırmalıdır.

Rəqəmsal avro mağazalarda, internet üzərindən və şəxslər arasında kart, tətbiq və ya telefon vasitəsilə ödəniş etmək üçün istifadə oluna bilər.

Aİ rəsmilərinin sözlərinə görə, rəqəmsal avro istifadəçilərin şəxsi məlumatlarının qorunmasını və məxfiliyini təmin edəcək.

Rəqəmsal avronun oflayn rejimi də olacaq. Bildirilir ki, bu rejim nağd puldan istifadə zamanı mövcud olan məxfilik səviyyəsinə yaxın olacaq.

Rəqəmsal avro Avropada nağd pulun dövriyyədən çıxmasına səbəb olacaqmı?

Avropa Parlamentinin üzvü Fernando Navarrete Roxas (Fernando Navarrete Rojas) rəqəmsal avronun “idarəetmə vasitəsi” kimi istifadə ediləcəyi barədə iddiaları təkzib edib. O bildirib ki, sistemdə “ən yüksək məxfilik standartları” tətbiq olunacaq.

Mütəxəssislərin fikrincə, əsas məsələlərdən biri rəqəmsal avronun tamhüquqlu bank hesabına çevrilməsinin qarşısını almaqdır. Əks halda, banklardakı depozitlərin kütləvi şəkildə rəqəmsal avroya köçürülməsi, xüsusilə də bank sektorunda təşviş yarandığı dövrlərdə problemlərə səbəb ola bilər.

Alternativdir, məcburiyyət deyil

Avropa Mərkəzi Bankının rəqəmsal avro üzrə direktorunun müşaviri Alessandro Covannini (Alessandro Giovannini) bildirib ki, rəqəmsal avro insanlara daha çox seçim imkanı verəcək və onların ödəniş üsulunu sərbəst seçmək hüququnu qoruyacaq.

O əlavə edib ki, rəqəmsal avro mövcud ödəniş vasitələrini əvəz etməyəcək. Nağd pul dövriyyədə qalacaq və insanlar özəl ödəniş sistemlərindən istifadəni davam etdirə biləcəklər.

Avropa Parlamentinin aparıcı danışıqçılarından biri olan Fernando Navarrete Roxas da rəqəmsal avronun “alternativ olduğunu, məcburiyyət olmadığını” bildirib.

Aİ rəsmiləri rəqəmsal avronun böhran vəziyyətlərində faydalı ola biləcəyini qeyd ediblər. Nümunə kimi ABŞ sanksiyaları səbəbindən Beynəlxalq Cinayət Məhkəməsinin hakimlərindən Nikolas Gilyonun ödəniş vasitələrinə çıxışının məhdudlaşdırılması göstərilib.

Alessandro Covannini bildirib ki, rəqəmsal avro Aİ-nin uzun illərdir mövcud olan xarici ödəniş sistemlərindən asılılığına son qoymaq üçün imkan yaradır.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Xalq Bank"ın "Proqress" əmanəti: faiz dərəcələri və şərtlər

10.07.2026

"Bitwise" 570 milyon dollarlıq fondunu yenilədi

10.07.2026

SK Hynix-in məsləhətçiləri "SpaceX"dən rekord həcmdə komissiya qazandılar

10.07.2026

"OpenAI" "Atlas" layihəsini dayandırdı

10.07.2026

Dənizkənarında çay içmək neçəyə başa gəlir? - Restoran qiymətləri

10.07.2026
Aİ rəsmiləri rəqəmsal avro üzrə danışıqların bərpasını dəstəkləyib

Aİ rəsmiləri rəqəmsal avro üzrə danışıqların bərpasını dəstəkləyib

10.07.2026

“Pul sadəcə yığılmamalıdır, işləməlidir” – Pərviz Qasımov AFB Bankın yeni yığım modelini izah edir ®

10.07.2026

"FED" iqtisadi islahatlar üçün 5 yeni işçi qrupu yaratdı

10.07.2026

Füzuli və Qəbələdə qum-çınqıl yataqları hərraca çıxarılır - QİYMƏT

10.07.2026

Hansı bank nə qədər və neçə faizlə nağd pul krediti verir?

10.07.2026

“Startap” şəhadətnaməsi alan KOB-ların dövriyyəsi 2 dəfə artıb

10.07.2026

"OpenAI" rəhbəri Fici Simo vəzifəsindən ayrılır

10.07.2026
Nağdsız ödənişlər iqtisadiyyatı necə dəyişir?

Nağdsız ödənişlər iqtisadiyyatı necə dəyişir?

10.07.2026

"Trendyol"un hər 1 lirəlik fəaliyyəti Türkiyə iqtisadiyyatına təxminən 7 lirə təsir edir

10.07.2026

BOKT-lar yalnız üç islam maliyyəsi məhsulu təqdim edəcək - AMB

10.07.2026

Süni intellekt 12 yaşlı qıza öz startapını yaratmağa kömək edib

10.07.2026

1000 manat maaşın nə qədəri xərclənməli, nə qədəri yığılmalıdır?

10.07.2026

Oyun startapı "Bold Games" 6 milyon dollar investisiya cəlb edib

09.07.2026

"UniCredit" Almaniyanın "Commerzbank"ı üzərində nəzarəti gücləndirir

09.07.2026

Məhsulu olmadan milyonlarla dollar investisiya alan 7 startap

09.07.2026

Məzənnə

Yüklənir...