"Ziraat Bank Azərbaycan"ın aktivləri artsa da, faiz xərcləri 83% yüksəlib

Redaktor

14.07.2026 16:25
89

"Ziraat Bank Azərbaycan"ın aktivləri artsa da, faiz xərcləri 83% yüksəlib

2026-cı ilin ikinci rübünün yekunlarına görə, "Ziraat Bank Azərbaycan" ASC-nin xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,35% artaraq 11 milyon 590,8 min manat təşkil edib.

Valyuta.az xəbər verir ki, bank 2025-ci ilin eyni dövründə 10 milyon 136,3 min manat xalis mənfəət əldə etmişdi.

Bankın maliyyə hesabatına əsasən, hesabat dövründə faiz və bu qəbildən olan gəlirlərin həcmi 57 milyon 710,2 min manat olub. Bu göstərici 2025-ci ilin ikinci rübündə qeydə alınmış 34 milyon 80,4 min manatla müqayisədə 23 milyon 629,8 min manat və ya 69,33% çoxdur.

Eyni zamanda, faizlər və onlara bağlı xərclər 12 milyon 391,8 min manat və ya 83,35% artaraq 27 milyon 259,3 min manata çatıb. Ötən ilin eyni dövründə bu qəbildən olan xərclər 14 milyon 867,5 min manat olub. 

Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 11 milyon 176,4 min manat təşkil edib. Bu göstərici 2025-ci ilin ikinci rübündə 10 milyon 695,2 min manat olub ki, nəticədə illik artım 481,2 min manat və ya 4,50% təşkil edib.

Qeyri-faiz xərcləri isə 16 milyon 226,6 min manata yüksəlib. Müqayisə üçün qeyd edək ki, bu göstərici ötən ilin eyni dövründə 13 milyon 986,3 min manat olub. 

Maliyyə hesabatına əsasən, 2026-cı ilin ikinci rübünün sonunda bankın cəmi aktivləri 1 milyard 559 milyon 974 min manat təşkil edib. 2025-ci ilin müvafiq dövrünün sonunda bu göstərici 1 milyard 68 milyon 531,61 min manat olub. Beləliklə, bankın aktivləri illik müqayisədə 491 milyon 442,39 min manat və ya 45,99% artıb.

Həmin tarixə bankın cəmi öhdəlikləri isə 461 milyon 951,64 min manat və ya 49,99% artaraq 1 milyard 386 milyon 79,44 min manat təşkil edib. Ötən ilin eyni dövründə bankın öhdəlikləri 924 milyon 127,80 min manat olub. 

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Disney+" bəzi məzmunlarını ödənişsiz təqdim etməyi planlaşdırır

14.07.2026

"ABB"nin faiz gəlirləri artıb, faiz xərcləri 220 milyon manata yaxınlaşıb

14.07.2026
“JPMorgan” ABŞ bankçılıq tarixində ən yüksək rüblük mənfəət əldə edib

“JPMorgan” ABŞ bankçılıq tarixində ən yüksək rüblük mənfəət əldə edib

14.07.2026

"Baku Central Hospital" rəqabət qanunvericiliyini pozdu - iş məhkəmədədir

14.07.2026

"Bank Avrasiya"nın xalis mənfəəti 79%-ə yaxın azalıb, aktivləri 23,3 milyon manat artıb

14.07.2026

"Neomotors"a maliyyə sanksiyası tətbiq edilib

14.07.2026

"Ziraat Bank Azərbaycan"ın aktivləri artsa da, faiz xərcləri 83% yüksəlib

14.07.2026

"Unibank"ın mənfəəti artıb, faiz xərcləri isə 29,8% yüksəlib

14.07.2026

"İnsanın özünə etdiyi investisiya gələcək uğurlarının əsasını təşkil edir"

14.07.2026

"Goldman Sachs" 1 trilyonluq birləşmə və satınalma həddini keçən ilk investisiya bankı oldu

14.07.2026

Ay, asteroid və orbit üçün texnologiya hazırlayan 10 startap

14.07.2026

"m10" aktiv olmayan hesablardan aylıq 5 manat xidmət haqqı tutacaq

14.07.2026

Dünya investorlarının əhval-ruhiyyəsi fevraldan bəri ən yüksək səviyyəyə çatıb

14.07.2026

Böyük Britaniyada kapital tələbləri yumşaldılır: “Nationwide” 40 milyard funt əlavə kredit ayıra bilər

14.07.2026
Dolunun evlərə vurduğu zərəri kim qarşılamalıdır?

Dolunun evlərə vurduğu zərəri kim qarşılamalıdır?

14.07.2026

"PAŞA Həyat Sığorta"nın səhmdarları növbədənkənar ümumi yığıncaqda toplanacaq

14.07.2026

"Texnologiya sahəsində qadınların az olması yalnız Azərbaycana məxsus problem deyil"

14.07.2026

Nigar Həsənli: "Cəmiyyətdəki gender stereotipləri süni intellektə də ötürülür"

14.07.2026
Hansı sığorta şirkəti topladığı hər 100 manatın daha çoxunu müştərilərinə geri ödəyir?

Hansı sığorta şirkəti topladığı hər 100 manatın daha çoxunu müştərilərinə geri ödəyir? – CƏDVƏL

14.07.2026

"AccessBank" mənfəət artımı açıqlayıb, faiz xərcləri 19% yüksəlib

14.07.2026

Məzənnə

Yüklənir...