Redaktor
"Texnologiya sahəsində qadınların az olması yalnız Azərbaycana məxsus problem deyil"
Media cəmiyyətin qərarvermə prosesinə birbaşa təsir göstərir və gənclər üçün rol modellərinin formalaşmasında mühüm rol oynayır.
Valyuta.az xəbər verir ki, bunu gender və media üzrə araşdırmaçı, "Kitabistan"ın təsisçisi Mələk Hacıyeva "TechSHEroes IV" tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, aparılan gender media monitorinqləri göstərir ki, media cəmiyyətə təqdim etdiyi obrazlar vasitəsilə insanların peşə seçiminə və dünyagörüşünə təsir edir:
"Uşaqlıqdan mediada gördüyümüz insanları özümüzə nümunə seçirik. Buna görə də medianın etikası və məsuliyyəti çox önəmlidir. Media cəmiyyətə kimləri və hansı formada təqdim etdiyini nəzərə almalıdır".
Mələk Hacıyeva qeyd edib ki, media yalnız müşahidəçi deyil, həm də ictimai rəyin formalaşmasında aktiv iştirakçıdır:
"Xüsusilə qadın ekspertlər haqqında materiallarda onların peşəkar fəaliyyəti əvəzinə ailə vəziyyəti və ya görünüşü müzakirə olunur. Halbuki ekspert genderindən asılı olmayaraq yalnız ixtisası və peşəkarlığı ilə təqdim edilməlidir".
O vurğulayıb ki, texnologiya sahəsində qadınların az təmsil olunması təkcə Azərbaycana məxsus problem deyil: "Dünyanın aparıcı texnologiya şirkətlərində rəhbər vəzifələrin böyük hissəsində kişilər çalışırlar. Bu mənzərə həm qlobal mediada, həm də yerli mediada öz əksini tapır və gənc qadınlara təsir göstərir".
Tədqiqatçı bildirib ki, qlobal statistikaya əsasən İT ixtisaslarında təhsil alanların təxminən 40%-ni qadınlar təşkil etsə də, sektorda çalışanların cəmi 12%-i qadındır:
"Bu, böyük insan resursu itkisidir və bunun həm sosial, həm də institusional səbəbləri var".
Onun sözlərinə görə, gender stereotipləri və işəgötürənlərin yanaşması bu fərqin əsas səbəblərindəndir: "Araşdırmalar göstərir ki, yüksək gəlirli və perspektivli hesab olunan İT sahəsində işəgötürənlər daha çox kişiləri seçməyə meylli olurlar. Bu isə cəmiyyətdə formalaşmış gender stereotiplərinin qərarvermə prosesinə təsirindən qaynaqlanır".
M.Hacıyeva əlavə edib ki, texnologiya sahəsində uğur qazanan qadınların mediada və sosial şəbəkələrdə daha çox görünməsi digər gənc qızlar üçün motivasiya yaradır:
"Bu sahədə uğur qazanan qadınlar görünəndə digər gənclər də özlərini həmin peşədə təsəvvür edə bilirlər. Rol modellərinin görünməsi qızların texnologiya sahəsinə marağının artması üçün mühüm amildir".
Rəfiqə Abdin
Əlaqəli Xəbərlər
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Disney+" bəzi məzmunlarını ödənişsiz təqdim etməyi planlaşdırır
14.07.2026"ABB"nin faiz gəlirləri artıb, faiz xərcləri 220 milyon manata yaxınlaşıb
14.07.2026
“JPMorgan” ABŞ bankçılıq tarixində ən yüksək rüblük mənfəət əldə edib
14.07.2026"Baku Central Hospital" rəqabət qanunvericiliyini pozdu - iş məhkəmədədir
14.07.2026"Bank Avrasiya"nın xalis mənfəəti 79%-ə yaxın azalıb, aktivləri 23,3 milyon manat artıb
14.07.2026"Neomotors"a maliyyə sanksiyası tətbiq edilib
14.07.2026"Ziraat Bank Azərbaycan"ın aktivləri artsa da, faiz xərcləri 83% yüksəlib
14.07.2026"Unibank"ın mənfəəti artıb, faiz xərcləri isə 29,8% yüksəlib
14.07.2026"İnsanın özünə etdiyi investisiya gələcək uğurlarının əsasını təşkil edir"
14.07.2026"Goldman Sachs" 1 trilyonluq birləşmə və satınalma həddini keçən ilk investisiya bankı oldu
14.07.2026Ay, asteroid və orbit üçün texnologiya hazırlayan 10 startap
14.07.2026"m10" aktiv olmayan hesablardan aylıq 5 manat xidmət haqqı tutacaq
14.07.2026Dünya investorlarının əhval-ruhiyyəsi fevraldan bəri ən yüksək səviyyəyə çatıb
14.07.2026Böyük Britaniyada kapital tələbləri yumşaldılır: “Nationwide” 40 milyard funt əlavə kredit ayıra bilər
14.07.2026
Dolunun evlərə vurduğu zərəri kim qarşılamalıdır?
14.07.2026"PAŞA Həyat Sığorta"nın səhmdarları növbədənkənar ümumi yığıncaqda toplanacaq
14.07.2026"Texnologiya sahəsində qadınların az olması yalnız Azərbaycana məxsus problem deyil"
14.07.2026Nigar Həsənli: "Cəmiyyətdəki gender stereotipləri süni intellektə də ötürülür"
14.07.2026