Redaktor
“JPMorgan” ABŞ bankçılıq tarixində ən yüksək rüblük mənfəət əldə edib
ABŞ-ın ən böyük bankı “JPMorgan Chase” (JPM) ölkə bankçılıq tarixində indiyədək qeydə alınmış ən yüksək rüblük mənfəəti açıqlayıb.
Valyuta.Az xəbər verir ki, bank 2025-ci ilin ikinci rübündə xalis mənfəətini ötən ilin eyni dövrü ilə müqayisədə 41 faiz artıraraq 21,2 milyard dollara çatdırıb. Bu, hər səhmə görə 7,70 dollar mənfəət deməkdir və analitiklərin proqnozlaşdırdığı 5,64 dolları əhəmiyyətli dərəcədə üstələyib. Ümumi xalis gəlir isə ötən ilin eyni dövründəki 45 milyard dollardan 28 faiz artaraq 57 milyard dollara yüksəlib.
“JPMorgan”ın icraçı direktoru Ceymi Daymon (Jamie Dimon) bildirib ki, rekord nəticələr “xüsusilə əlverişli bazar mühiti, yüksək bazar aktivliyi, səmərəli icra, uzun illər ərzində həyata keçirilən investisiyalar və düşünülmüş kapital yerləşdirilməsinin nəticəsidir”.
Onun sözlərinə görə, ABŞ iqtisadiyyatı bu il diqqətəlayiq dayanıqlılıq nümayiş etdirib. Daymon buna süni intellekt sahəsinə yönələn kapital qoyuluşlarını, fiskal stimullaşdırmanı və tənzimləmələrin yumşaldılmasını əsas amillər kimi göstərib.
Bununla yanaşı, o, geosiyasi risklərin artdığına da diqqət çəkib.
“Geosiyasi gərginliklər, müharibələr, davamlı yüksək inflyasiya, böyük qlobal fiskal kəsirlər və aktivlərin yüksək qiymətləndirilməsi də daxil olmaqla bir sıra risklər mövcuddur. Bu amillərin necə nəticələnəcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil”, – deyə Daymon bildirib.
Bank mənfəətdəki əhəmiyyətli artımı korporativ bölməsinin “Visa” səhmləri üzrə 4,6 milyard dollarlıq xalis gəliri və bəzi səhm investisiyalarından əldə olunan əlavə 1 milyard dollarlıq gəlirlə əlaqələndirib.
Bu birdəfəlik gəlirlər nəzərə alınmasa belə, “JPMorgan”ın 16,9 milyard dollarlıq xalis mənfəəti bazar gözləntilərini əhəmiyyətli dərəcədə üstələyib.
Analitiklərin fikrincə, “JPMorgan”ın nəticələri ABŞ-ın iri bankları üçün növbəti uğurlu maliyyə hesabatı mövsümünün başlanğıcına işarə edir. “Wall Street”də aktivliyin artması, xüsusilə investisiya bankçılığı və ticarət əməliyyatlarının canlanması sektorun maliyyə göstəricilərinə müsbət təsir göstərir.
“Bank of America”, “Citigroup”, “Wells Fargo” və “Goldman Sachs” da maliyyə nəticələrini açıqlayacaq.
Əlaqəli Xəbərlər
"Goldman Sachs" 1 trilyonluq birləşmə və satınalma həddini keçən ilk investisiya bankı oldu
Böyük Britaniyada kapital tələbləri yumşaldılır: “Nationwide” 40 milyard funt əlavə kredit ayıra bilər
HSBC yüksək riskli özəl kreditlərin maliyyələşdirilməsini dayandırıb
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər78 bank təşkilatı kripto qanununa dəyişiklik edilməsini tələb edib
14.07.2026"Disney+" bəzi məzmunlarını ödənişsiz təqdim etməyi planlaşdırır
14.07.2026"ABB"nin faiz gəlirləri artıb, faiz xərcləri 220 milyon manata yaxınlaşıb
14.07.2026
“JPMorgan” ABŞ bankçılıq tarixində ən yüksək rüblük mənfəət əldə edib
14.07.2026"Baku Central Hospital" rəqabət qanunvericiliyini pozdu - iş məhkəmədədir
14.07.2026"Bank Avrasiya"nın xalis mənfəəti 79%-ə yaxın azalıb, aktivləri 23,3 milyon manat artıb
14.07.2026"Neomotors"a maliyyə sanksiyası tətbiq edilib
14.07.2026"Ziraat Bank Azərbaycan"ın aktivləri artsa da, faiz xərcləri 83% yüksəlib
14.07.2026"Unibank"ın mənfəəti artıb, faiz xərcləri isə 29,8% yüksəlib
14.07.2026"İnsanın özünə etdiyi investisiya gələcək uğurlarının əsasını təşkil edir"
14.07.2026"Goldman Sachs" 1 trilyonluq birləşmə və satınalma həddini keçən ilk investisiya bankı oldu
14.07.2026Ay, asteroid və orbit üçün texnologiya hazırlayan 10 startap
14.07.2026"m10" aktiv olmayan hesablardan aylıq 5 manat xidmət haqqı tutacaq
14.07.2026Dünya investorlarının əhval-ruhiyyəsi fevraldan bəri ən yüksək səviyyəyə çatıb
14.07.2026Böyük Britaniyada kapital tələbləri yumşaldılır: “Nationwide” 40 milyard funt əlavə kredit ayıra bilər
14.07.2026
Dolunun evlərə vurduğu zərəri kim qarşılamalıdır?
14.07.2026"PAŞA Həyat Sığorta"nın səhmdarları növbədənkənar ümumi yığıncaqda toplanacaq
14.07.2026"Texnologiya sahəsində qadınların az olması yalnız Azərbaycana məxsus problem deyil"
14.07.2026Nigar Həsənli: "Cəmiyyətdəki gender stereotipləri süni intellektə də ötürülür"
14.07.2026