Redaktor
"ABB"nin faiz gəlirləri artıb, faiz xərcləri 220 milyon manata yaxınlaşıb
“ABB” 2026-cı ilin ikinci rübünü 250,56 milyon manat xalis mənfəətlə başa vurub.
Valyuta.az xəbər verir ki, bu göstərici 2025-ci ilin ikinci rübündə qeydə alınmış 155,47 milyon manatla müqayisədə 95,08 milyon manat və ya 61,16 faiz artıb.
Hesabata əsasən, bankın faiz gəlirləri 2026-cı ilin ikinci rübündə 613,23 milyon manat təşkil edib. Bu göstərici 2025-ci ilin müvafiq dövründə 531,72 milyon manat olub. Beləliklə, faiz gəlirləri illik müqayisədə 81,51 milyon manat və ya 15,33 faiz artıb.
Artım əsasən müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərinin yüksəlməsi hesabına baş verib. Belə ki, bu gəlirlər 2025-ci ilin ikinci rübündə 423,39 milyon manat olduğu halda, 2026-cı ilin ikinci rübündə 499,11 milyon manata çatıb.
Faiz xərcləri isə 2026-cı ilin ikinci rübündə 219,72 milyon manata yüksəlib. Ötən ilin eyni dövründə bu göstərici 181,83 milyon manat təşkil edib. Nəticədə faiz xərcləri 37,89 milyon manat və ya 20,84 faiz artıb.
Faiz xərclərinin əsas hissəsini bankın müştəri hesabları üzrə faiz xərcləri təşkil edib. Bu istiqamətdə xərclər 138,99 milyon manatdan 177,69 milyon manata yüksəlib.
Qeyri-faiz gəlirləri hesabat dövründə 290,14 milyon manat olub. 2025-ci ilin ikinci rübündə bu göstərici 198,95 milyon manat təşkil edib. Beləliklə, qeyri-faiz gəlirləri 91,19 milyon manat və ya 45,84 faiz artıb.
Eyni zamanda, qeyri-faiz xərcləri 2026-cı ilin ikinci rübündə 316,79 milyon manat təşkil edib. Müqayisə dövründə bu göstərici 284,34 milyon manat olub. Nəticədə qeyri-faiz xərcləri 32,45 milyon manat və ya 11,42 faiz artıb.
2026-cı ilin ikinci rübünün sonuna “ABB”nin aktivləri 15,30 milyard manata çatıb. Bu göstərici 2025-ci ilin ikinci rübünün sonunda 14,05 milyard manat olub. Beləliklə, bankın aktivləri 1,25 milyard manat (düzəliş edildi) və ya 8,95 faiz artıb.
Bankın öhdəlikləri isə 2026-cı ilin ikinci rübünün sonuna 13,07 milyard manat təşkil edib. 2025-ci ilin müvafiq dövrünün sonunda bu göstərici 12,04 milyard manat olub.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər78 bank təşkilatı kripto qanununa dəyişiklik edilməsini tələb edib
14.07.2026"Disney+" bəzi məzmunlarını ödənişsiz təqdim etməyi planlaşdırır
14.07.2026"ABB"nin faiz gəlirləri artıb, faiz xərcləri 220 milyon manata yaxınlaşıb
14.07.2026
“JPMorgan” ABŞ bankçılıq tarixində ən yüksək rüblük mənfəət əldə edib
14.07.2026"Baku Central Hospital" rəqabət qanunvericiliyini pozdu - iş məhkəmədədir
14.07.2026"Bank Avrasiya"nın xalis mənfəəti 79%-ə yaxın azalıb, aktivləri 23,3 milyon manat artıb
14.07.2026"Neomotors"a maliyyə sanksiyası tətbiq edilib
14.07.2026"Ziraat Bank Azərbaycan"ın aktivləri artsa da, faiz xərcləri 83% yüksəlib
14.07.2026"Unibank"ın mənfəəti artıb, faiz xərcləri isə 29,8% yüksəlib
14.07.2026"İnsanın özünə etdiyi investisiya gələcək uğurlarının əsasını təşkil edir"
14.07.2026"Goldman Sachs" 1 trilyonluq birləşmə və satınalma həddini keçən ilk investisiya bankı oldu
14.07.2026Ay, asteroid və orbit üçün texnologiya hazırlayan 10 startap
14.07.2026"m10" aktiv olmayan hesablardan aylıq 5 manat xidmət haqqı tutacaq
14.07.2026Dünya investorlarının əhval-ruhiyyəsi fevraldan bəri ən yüksək səviyyəyə çatıb
14.07.2026Böyük Britaniyada kapital tələbləri yumşaldılır: “Nationwide” 40 milyard funt əlavə kredit ayıra bilər
14.07.2026
Dolunun evlərə vurduğu zərəri kim qarşılamalıdır?
14.07.2026"PAŞA Həyat Sığorta"nın səhmdarları növbədənkənar ümumi yığıncaqda toplanacaq
14.07.2026"Texnologiya sahəsində qadınların az olması yalnız Azərbaycana məxsus problem deyil"
14.07.2026Nigar Həsənli: "Cəmiyyətdəki gender stereotipləri süni intellektə də ötürülür"
14.07.2026