Redaktor
"İnsanın özünə etdiyi investisiya gələcək uğurlarının əsasını təşkil edir"
İT sahəsində karyeraya başlayan qadınlar öz bilik və bacarıqlarını davamlı inkişaf etdirməli, yeni imkanlardan maksimum yararlanmalıdırlar.
Valyuta.az xəbər verir ki, bunu Rabitəbankın Təlim və İnkişaf üzrə rəhbəri Nərminə Sultanova "TechSHEroes IV" tədbirində çıxışı zamanı deyib.
O qeyd edib ki, bu sahədə uğur qazanmaq üçün aktiv olmaq və öyrənməkdən çəkinməmək vacibdir: "Ətrafınızda təcrübəsindən faydalana biləcəyiniz insanlardan məsləhət alın, kurslarda, tədbirlərdə və müxtəlif layihələrdə fəal iştirak edin. Bilik və ya təcrübənizin az olduğunu düşünərək özünüzü geri çəkməyin".
Nərminə Sultanova bildirib ki, müasir dövrdə informasiya əldə etmək əvvəlkindən daha asandır:
"Hazırda süni intellekt dövründə yaşayırıq və internet vasitəsilə çox geniş bilik əldə etmək mümkündür. Mövcud imkanlardan istifadə edin, öyrənin və öyrəndiklərinizi praktikada tətbiq edin".
O vurğulayıb ki, ilk uğursuzluqlar insanı ruhdan salmamalıdır: "Bir yerdə alınmırsa, bu o demək deyil ki, başqa yerdə də alınmayacaq. Bir neçə yerə müraciət edib yalnız birindən müsbət cavab almaq tam normaldır. Ola bilər ki, bir şirkət üçün uyğun olmayasınız, amma başqa bir şirkət sizin potensialınızı qiymətləndirsin".
N.Sultanovanın sözlərinə görə, insanın özünə etdiyi investisiya gələcək uğurlarının əsasını təşkil edir: "Müəyyən bir dövr var ki, həmin vaxt özünüzü nə qədər inkişaf etdirsəniz, gələcəkdə bunun nəticəsini görəcəksiniz. Aktiv olun və "bacarmazsan", "alınmaz" kimi fikirlərə əhəmiyyət verməyin".
Əlaqəli Xəbərlər
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Disney+" bəzi məzmunlarını ödənişsiz təqdim etməyi planlaşdırır
14.07.2026"ABB"nin faiz gəlirləri artıb, faiz xərcləri 220 milyon manata yaxınlaşıb
14.07.2026
“JPMorgan” ABŞ bankçılıq tarixində ən yüksək rüblük mənfəət əldə edib
14.07.2026"Baku Central Hospital" rəqabət qanunvericiliyini pozdu - iş məhkəmədədir
14.07.2026"Bank Avrasiya"nın xalis mənfəəti 79%-ə yaxın azalıb, aktivləri 23,3 milyon manat artıb
14.07.2026"Neomotors"a maliyyə sanksiyası tətbiq edilib
14.07.2026"Ziraat Bank Azərbaycan"ın aktivləri artsa da, faiz xərcləri 83% yüksəlib
14.07.2026"Unibank"ın mənfəəti artıb, faiz xərcləri isə 29,8% yüksəlib
14.07.2026"İnsanın özünə etdiyi investisiya gələcək uğurlarının əsasını təşkil edir"
14.07.2026"Goldman Sachs" 1 trilyonluq birləşmə və satınalma həddini keçən ilk investisiya bankı oldu
14.07.2026Ay, asteroid və orbit üçün texnologiya hazırlayan 10 startap
14.07.2026"m10" aktiv olmayan hesablardan aylıq 5 manat xidmət haqqı tutacaq
14.07.2026Dünya investorlarının əhval-ruhiyyəsi fevraldan bəri ən yüksək səviyyəyə çatıb
14.07.2026Böyük Britaniyada kapital tələbləri yumşaldılır: “Nationwide” 40 milyard funt əlavə kredit ayıra bilər
14.07.2026
Dolunun evlərə vurduğu zərəri kim qarşılamalıdır?
14.07.2026"PAŞA Həyat Sığorta"nın səhmdarları növbədənkənar ümumi yığıncaqda toplanacaq
14.07.2026"Texnologiya sahəsində qadınların az olması yalnız Azərbaycana məxsus problem deyil"
14.07.2026Nigar Həsənli: "Cəmiyyətdəki gender stereotipləri süni intellektə də ötürülür"
14.07.2026