Nigar Həsənli: "Cəmiyyətdəki gender stereotipləri süni intellektə də ötürülür"

Redaktor

14.07.2026 12:50
74

Nigar Həsənli: "Cəmiyyətdəki gender stereotipləri süni intellektə də ötürülür"

Cəmiyyətdə mövcud olan gender stereotipləri süni intellekt sistemlərinin yaratdığı nəticələrdə də özünü göstərir.

Valyuta.az xəbər verir ki, bunu "Matrix Academy"nin "Girls Code" layihəsinin rəhbəri Nigar Həsənli "TechSHEroes IV" tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, süni intellekt alətlərində "proqramçı" obrazı yaradılarkən əksər hallarda kişi təsvirləri təqdim olunur: 

"Claude, ChatGPT və digər süni intellekt alətlərinə proqramçı şəkli yaratmaq tapşırığı verdikdə qarşımıza əsasən kompüter arxasında əyləşmiş kişilər çıxır. Bunun səbəbi odur ki, AI bizdən öyrənir. Cəmiyyətdə mövcud olan peşə stereotipləri rəqəmsal mühitə də ötürülür".

Nigar Həsənli qeyd edib ki, aparılan araşdırmalara əsasən proqramlaşdırma ilə bağlı yaradılan vizualların 93%-də kişilər təsvir olunur: "Shutterstock" platformasının statistikalarına görə isə İT və texnologiya sahəsinə aid 210 mindən çox vizualın cəmi 14 minində qadınlar yer alır".

O əlavə edib ki, "Stanford Graduate School of Business"in araşdırmasına əsasən, 3 mindən çox peşə və sosial rolla bağlı şəkil, eləcə də milyonlarla Google News məlumatı təhlil edilib: 

"Nəticələr göstərir ki, texnologiya və süni intellektlə bağlı peşələrdə əsasən kişilər, qadınlar isə daha çox xidmət və sosial sahələrdə təmsil olunur".

"Girls Code" layihəsinin rəhbəri bildirib ki, layihə artıq 8 ildir korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirilir:

"Bu müddətdə layihələrimizə 20 mindən çox müraciət daxil olub, 100-dən artıq tədbir təşkil etmişik və 700-dən çox qadının rəqəmsal sahədə təhsil almasına dəstək vermişik. Məzunlarımızın 85%-i hazırda Azərbaycanın aparıcı şirkətlərində və beynəlxalq təşkilatlarda çalışır".

Nigar Həsənli vurğulayıb ki, layihə çərçivəsində indiyədək üç "TechSHEroes" tədbiri keçirilib, bu tədbirlərdə ümumilikdə 500-dən çox iştirakçı və 15-dən artıq sahə mütəxəssisi iştirak edib.

Onun sözlərinə görə, Matrix Academy İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə birlikdə regionlarda yaşayan qadınlar üçün UI/UX dizayn və data analitikası üzrə təlimlər keçirib, Azərbaycan Uşaqları İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində isə fiziki məhdudiyyətli və zorakılığa məruz qalmış yeniyetmələrin proqramlaşdırma bacarıqlarının inkişafına dəstək verir.

Nigar Həsənli qeyd edib ki, hazırda Rabitəbank ilə birgə həyata keçirilən "She Codes AI" layihəsində seçilmiş 100 qadın generativ süni intellekt və AI engineering istiqamətində təhsil alır. O əlavə edib ki, Matrix Academy ali təhsil müəssisələri ilə əməkdaşlığı da genişləndirir və xüsusilə UNEC-də həyata keçirilən "Code Camp" layihəsi çərçivəsində yüzlərlə müraciət qəbul olunub, onlarla iştirakçı məzun olub. Bununla yanaşı, universitet müəllimləri də süni intellekt, prompt engineering, SQL və deep learning istiqamətlərində ixtisasartırma təlimlərinə cəlb olunurlar.

Rəfiqə Abdin

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"ABB"nin faiz gəlirləri artıb, faiz xərcləri 220 milyon manata yaxınlaşıb

14.07.2026
“JPMorgan” ABŞ bankçılıq tarixində ən yüksək rüblük mənfəət əldə edib

“JPMorgan” ABŞ bankçılıq tarixində ən yüksək rüblük mənfəət əldə edib

14.07.2026

"Baku Central Hospital" rəqabət qanunvericiliyini pozdu - iş məhkəmədədir

14.07.2026

"Bank Avrasiya"nın xalis mənfəəti 79%-ə yaxın azalıb, aktivləri 23,3 milyon manat artıb

14.07.2026

"Neomotors"a maliyyə sanksiyası tətbiq edilib

14.07.2026

"Ziraat Bank Azərbaycan"ın aktivləri artsa da, faiz xərcləri 83% yüksəlib

14.07.2026

"Unibank"ın mənfəəti artıb, faiz xərcləri isə 29,8% yüksəlib

14.07.2026

"İnsanın özünə etdiyi investisiya gələcək uğurlarının əsasını təşkil edir"

14.07.2026

"Goldman Sachs" 1 trilyonluq birləşmə və satınalma həddini keçən ilk investisiya bankı oldu

14.07.2026

Ay, asteroid və orbit üçün texnologiya hazırlayan 10 startap

14.07.2026

"m10" aktiv olmayan hesablardan aylıq 5 manat xidmət haqqı tutacaq

14.07.2026

Dünya investorlarının əhval-ruhiyyəsi fevraldan bəri ən yüksək səviyyəyə çatıb

14.07.2026

Böyük Britaniyada kapital tələbləri yumşaldılır: “Nationwide” 40 milyard funt əlavə kredit ayıra bilər

14.07.2026
Dolunun evlərə vurduğu zərəri kim qarşılamalıdır?

Dolunun evlərə vurduğu zərəri kim qarşılamalıdır?

14.07.2026

"PAŞA Həyat Sığorta"nın səhmdarları növbədənkənar ümumi yığıncaqda toplanacaq

14.07.2026

"Texnologiya sahəsində qadınların az olması yalnız Azərbaycana məxsus problem deyil"

14.07.2026

Nigar Həsənli: "Cəmiyyətdəki gender stereotipləri süni intellektə də ötürülür"

14.07.2026
Hansı sığorta şirkəti topladığı hər 100 manatın daha çoxunu müştərilərinə geri ödəyir?

Hansı sığorta şirkəti topladığı hər 100 manatın daha çoxunu müştərilərinə geri ödəyir? – CƏDVƏL

14.07.2026

"AccessBank" mənfəət artımı açıqlayıb, faiz xərcləri 19% yüksəlib

14.07.2026

Startaplar xaricdən cəlb etdikləri valyutanı ölkəyə məhdudiyyətsiz gətirə biləcək

14.07.2026

Məzənnə

Yüklənir...