Redaktor
"Bank Avrasiya"nın xalis mənfəəti 79%-ə yaxın azalıb, aktivləri 23,3 milyon manat artıb
"Bank Avrasiya" 2026-cı ilin ikinci rübünü 939,08 min manat xalis mənfəətlə başa vurub.
Valyuta.az xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3 milyon 477,75 min manat və ya 78,74% azdır.
Ötən ilin müvafiq dövründə bankın xalis mənfəəti 4 milyon 416,83 min manat təşkil edib.
Bankın açıqladığı maliyyə hesabatına əsasən, faiz gəlirləri və bu qəbildən olan gəlirlərinin cəmi 8 milyon 716,39 min manat olub. Bu göstərici 2025-ci ilin ikinci rübü ilə müqayisədə 720,12 min manat və ya 9,01% artıb. Ötən ilin eyni dövründə faiz gəlirləri 7 996,27 min manat təşkil edib.
Faizlər və onlara bağlı xərclərin cəmi isə illik müqayisədə 415,19 min manat və ya 35,08% artaraq 1 milyon 598,64 min manata yüksəlib. 2025-ci ilin müvafiq dövründə bu göstərici 1 milyon 183,45 min manat olub.
Nəticədə bankın xalis faiz gəliri 6 817,50 min manat təşkil edib. Bu, ötən ilin eyni dövründəki 6 milyon 002,46 min manatla müqayisədə 815,04 min manat və ya 13,58% çoxdur.
Bankın qeyri-faiz gəlirlərinin cəmi 1 milyon 648,65 min manat olub. Bu göstərici 2025-ci ilin ikinci rübündə qeydə alınan 1 milyon 430,35 min manatla müqayisədə 218,30 min manat və ya 15,26% artıb.
Qeyri-faiz xərclərinin cəmi isə 5 milyon 652,31 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 873,13 min manat və ya 18,27% çoxdur. 2025-ci ilin ikinci rübündə bankın qeyri-faiz xərcləri 4 milyon 779,18 min manat olub.
"Bank Avrasiya"nın cəmi aktivləri 2026-cı ilin ikinci rübünün sonuna 218 milyon 528,06 min manata çatıb. Bu, bir il əvvəlki 195 milyon 235,50 min manatla müqayisədə 23 milyon 292,56 min manat və ya 11,93% artım deməkdir.
Hesabat dövrünün sonunda bankın cəmi öhdəlikləri 127 milyon 737,13 min manat təşkil edib. Bu göstərici 2025-ci ilin ikinci rübünün sonuna 106 milyon 268,01 min manat olub.
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Disney+" bəzi məzmunlarını ödənişsiz təqdim etməyi planlaşdırır
14.07.2026"ABB"nin faiz gəlirləri artıb, faiz xərcləri 220 milyon manata yaxınlaşıb
14.07.2026
“JPMorgan” ABŞ bankçılıq tarixində ən yüksək rüblük mənfəət əldə edib
14.07.2026"Baku Central Hospital" rəqabət qanunvericiliyini pozdu - iş məhkəmədədir
14.07.2026"Bank Avrasiya"nın xalis mənfəəti 79%-ə yaxın azalıb, aktivləri 23,3 milyon manat artıb
14.07.2026"Neomotors"a maliyyə sanksiyası tətbiq edilib
14.07.2026"Ziraat Bank Azərbaycan"ın aktivləri artsa da, faiz xərcləri 83% yüksəlib
14.07.2026"Unibank"ın mənfəəti artıb, faiz xərcləri isə 29,8% yüksəlib
14.07.2026"İnsanın özünə etdiyi investisiya gələcək uğurlarının əsasını təşkil edir"
14.07.2026"Goldman Sachs" 1 trilyonluq birləşmə və satınalma həddini keçən ilk investisiya bankı oldu
14.07.2026Ay, asteroid və orbit üçün texnologiya hazırlayan 10 startap
14.07.2026"m10" aktiv olmayan hesablardan aylıq 5 manat xidmət haqqı tutacaq
14.07.2026Dünya investorlarının əhval-ruhiyyəsi fevraldan bəri ən yüksək səviyyəyə çatıb
14.07.2026Böyük Britaniyada kapital tələbləri yumşaldılır: “Nationwide” 40 milyard funt əlavə kredit ayıra bilər
14.07.2026
Dolunun evlərə vurduğu zərəri kim qarşılamalıdır?
14.07.2026"PAŞA Həyat Sığorta"nın səhmdarları növbədənkənar ümumi yığıncaqda toplanacaq
14.07.2026"Texnologiya sahəsində qadınların az olması yalnız Azərbaycana məxsus problem deyil"
14.07.2026Nigar Həsənli: "Cəmiyyətdəki gender stereotipləri süni intellektə də ötürülür"
14.07.2026