Redaktor
"Expressbank"ın faiz gəlirləri artsa da, qeyri-faiz gəlirləri 9,2 milyon manata enib
"Expressbank" 2026-cı ilin ikinci rübünü mənfəət artımı ilə başa vurub. Bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 72,12% və ya 3,100 milyon manat artaraq 2025-ci ilin ikinci rübündəki 4,298 milyon manatdan 2026-cı ilin ikinci rübündə 7,397 milyon manata yüksəlib.
Valyuta.az xəbər verir ki, bankın faiz gəlirləri 2025-ci ilin ikinci rübündə 39,630 milyon manat olduğu halda, 2026-cı ilin ikinci rübündə 45,872 milyon manata çatıb.
Beləliklə, göstərici illik müqayisədə 15,75% və ya 6,242 milyon manat artıb.
Faiz xərcləri isə 2025-ci ilin ikinci rübündə 13,486 milyon manat olduğu halda, 2026-cı ilin ikinci rübündə 16,949 milyon manat təşkil edib. Bu, illik müqayisədə 25,67% və ya 3,462 milyon manat artım deməkdir.
Faiz xərclərindəki artımın əsas hissəsi depozitlər üzrə ödənilən faizlərin hesabına formalaşıb. Belə ki, depozitlər üzrə faiz xərcləri 9,069 milyon manatdan 12,874 milyon manata yüksələrək 41,96% və ya 3,805 milyon manat artıb.
Hesabat dövründə qeyri-faiz gəlirləri 9,271 milyon manatdan 9,178 milyon manata enərək 1,01% və ya 93 min manat azalıb. Qeyri-faiz xərcləri isə 24,830 milyon manatdan 25,319 milyon manata yüksələrək 1,97% və ya 489 min manat artıb.
"Expressbank"ın 2025-ci ilin ikinci rübünün sonunda 13 milyon 093 min manat olan vaxtı keçmiş kreditlər 2026-cı ilin ikinci rübünün sonunda 23 milyon 085 min manata yüksəlib. Bu isə illik müqayisədə 9 milyon 992 min manat və ya 76,31% artım deməkdir.
2026-cı ilin ikinci rübünün sonuna vaxtı keçmiş kreditlərin 8 milyon 506 min manatı istehlak kreditlərinin, 13 milyon 810 min manatı biznes kreditlərinin, 769 min manatı isə daşınmaz əmlak kreditlərinin payına düşüb.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
"Biznesdə varis olacaq şəxs öncədən buna hazırlanmalıdır”
15.07.2026"Azər Türk Bank"ın aktivləri artsa da, biznes kreditləri 32,6 milyon manat azalıb
15.07.2026Azərbaycanda şagirdlər üçün süni intellekt həlli istifadəyə veriləcək
15.07.2026Bu ildən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək
15.07.2026Azərbaycan investorlara təkcə öz bazarına deyil, həm də regional bazara çıxış imkanı təklif edir - Mikayıl Cabbarov
15.07.2026
"Aktiv olmayan rəqəmsal ödəniş platforması əlavə xərc yaradır" - Ekspert izah edir
15.07.2026Təhsilini yarımçıq qoyub 2,2 milyon pul topladı, qlobal layihə qurdu
15.07.2026“Push30” 12 milyon dollar gəlirə çatıb - Tətbiq yeni xidmətlər istifadə verəcək (MÜSAHİBƏ)
15.07.2026
"Almond”un reklamı niyə tənqid olundu? - Ekspert brendin əsas səhvini açıqladı
15.07.2026
Xalis mənfəətinə görə bankların RENKİNQİ
15.07.2026"Switch" 80 milyard dollarlıq dəyərləndirmə ilə IPO-ya hazırlaşır
15.07.2026"Bank Respublika"nın xalis mənfəəti 23,71 faiz artıb
15.07.2026Vüsal Xəlilov: Banklar dövlət qurumlarından dataların alınmasına ötən il 24 mln. manat xərcləyib
15.07.2026Sinqapurun Fintex nəhəngi ayFAST regional sərvət mühərrikinə necə çevrildi?
15.07.2026AMB-nin sədr müavini: Sistem əhəmiyyətli banklarda 3 əməkdaşdan 1-i rəqəmsal sahədə çalışır
15.07.2026Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib ®
15.07.2026Vüsal Qasımlı: "Azərbaycan süni intellekt üzrə dünya reytinqlərində hələ orta mövqedədir"
15.07.2026"Expressbank"ın faiz gəlirləri artsa da, qeyri-faiz gəlirləri 9,2 milyon manata enib
15.07.2026