Redaktor
Bu ildən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək
Azərbaycanda bu ilin sentyabrından məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək.
Valyuta.az "Report"a istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov Bakıda keçirilən Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda dəyirmi masada deyib.
O bildirib ki, hazırda rəqəmsal layihələrin 500 min əhatəni daha da genişləndirilməsi üzərində işlər görülür:
"Amma bunun üçün həm infrastruktur, həm də hazırlıqlı müəllim olmalıdır ki, biz bunları bütün ölkəyə tətbiq edək. Buna baxmayaraq, sentyabrdan, yəni yeni tədris ilindən etibarən beşinci sinifdən başlayaraq süni intellekt mövzularını da daxil etmişik. Eyni zamanda kibertəhlükəsizliklə bağlı beşinci sinifdən başlayaraq onuncu sinifə qədər hər sinifdə müəyyən mövzular tədris olunmağa başlayacaq. Bu istiqamətdə müəllimlərin təlimləri hazırda həyata keçirilir. 300 mindən çox şagird STEM üzrə təhsil alır. Bu istiqamətdə İT və mühəndislik bacarıqların tətbiqini dəstəkləyən bir təlim proqramıdır".
V.Xanlarov qeyd edib ki, ali təhsil müəssisələrində İT ixtisaslarına qəbul sayında kəskin artım var:
"2015-2025-ci illəri müqayisə etsək, biz İT ixtisasların qəbulunda beş dəfədən çox artım müşahidə edirik. Bu da bizi sevindirir və ali təhsil müəssisələrində bu qəbulun artımına dəstəkləyəcək müəllim kontingentinin artırılmasına töhfəsini verir.
Türkiyə, İtaliya və Fransa ilə birgə universitet və ikili diplom proqramları başlanılıb. Bu yaxınlarda çox əlamətdar bir layihə də başlanıb".
Əlaqəli Xəbərlər
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBirbank Invest: investisiyaya aparan rəqəmsal yol
15.07.2026ABŞ şirkətində çalışmış azərbaycanlıya "Xalq Sığorta"da vəzifə verildi
15.07.2026"Anthropic" "Claude"un istifadə olunan dilə görə fərqli davrandığını təsdiqlədi
15.07.2026
"Biznesdə varis olacaq şəxs öncədən buna hazırlanmalıdır”
15.07.2026"Azər Türk Bank"ın aktivləri artsa da, biznes kreditləri 32,6 milyon manat azalıb
15.07.2026Azərbaycanda şagirdlər üçün süni intellekt həlli istifadəyə veriləcək
15.07.2026Bu ildən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək
15.07.2026Azərbaycan investorlara təkcə öz bazarına deyil, həm də regional bazara çıxış imkanı təklif edir - Mikayıl Cabbarov
15.07.2026"Aktiv olmayan rəqəmsal ödəniş platforması əlavə xərc yaradır" - Ekspert izah edir
15.07.2026Təhsilini yarımçıq qoyub 2,2 milyon pul topladı, qlobal layihə qurdu
15.07.2026“Push30” 12 milyon dollar gəlirə çatıb - Tətbiq yeni xidmətlər istifadə verəcək (MÜSAHİBƏ)
15.07.2026
"Almond”un reklamı niyə tənqid olundu? - Ekspert brendin əsas səhvini açıqladı
15.07.2026