Redaktor
"Switch" 80 milyard dollarlıq dəyərləndirmə ilə IPO-ya hazırlaşır
ABŞ-ın məlumat mərkəzləri operatoru "Switch" cari ilin dördüncü rübündə keçirilə biləcək ilkin kütləvi səhm təklifi (IPO) üçün investisiya banklarını seçib.
Valyuta.az xəbər verir ki, şirkətin IPO vasitəsilə 10 milyard dollara qədər vəsait cəlb edəcəyi, bazar dəyərinin isə borclar da daxil olmaqla 80 milyard dollara çata biləcəyi bildirilir.
IPO-nun aparıcı anderrayterləri kimi "Goldman Sachs" və "JPMorgan Chase" seçilib. Hazırda təklifin həcmi, keçirilmə vaxtı və yekun dəyərləndirmə ilə bağlı müzakirələr davam edir.
"Switch"in IPO-su son illərdə ABŞ fond bazarında həyata keçirilən ən iri ilkin kütləvi təkliflərdən biri ola bilər. Bu, investorların süni intellekt infrastrukturuna xidmət göstərən şirkətlərə marağının artdığını göstərir.
Məlumata görə, ABŞ-da bu ilin əvvəlindən IPO-lar vasitəsilə 155,5 milyard dollar vəsait cəlb olunub. Bu göstərici 2021-ci ildən bəri ən yüksək səviyyə hesab edilir.
Həmçinin "Switch" süni intellekt hesablamaları üçün tələb olunan enerji təchizatı, soyutma və yüksək sürətli bağlantı imkanları təqdim edən iri məlumat mərkəzləri şəbəkəsini idarə edir. Şirkətin infrastrukturundan bulud xidmətləri provayderləri və müəssisələr yüksək enerji sərf edən GPU klasterlərinin yerləşdirilməsi və AI modellərinin öyrədilməsi üçün istifadə edirlər.
Şirkətin müştəriləri sırasında "Nvidia", "Dell Technologies" və "FedEx" yer alır.
Qeyd edək ki, baş ofisi Las-Veqasda yerləşən "Switch" 2000-ci ildə Rob Roy tərəfindən təsis edilib. Şirkət 2022-ci ildə "DigitalBridge" və "IFM Investors" tərəfindən 11 milyard dollara özəlləşdirilib. 2016-cı ildən etibarən isə bütün məlumat mərkəzlərini bərpa olunan enerji ilə təmin edir.
Rəfiqə Abdin
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
"Biznesdə varis olacaq şəxs öncədən buna hazırlanmalıdır”
15.07.2026"Azər Türk Bank"ın aktivləri artsa da, biznes kreditləri 32,6 milyon manat azalıb
15.07.2026Azərbaycanda şagirdlər üçün süni intellekt həlli istifadəyə veriləcək
15.07.2026Bu ildən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək
15.07.2026Azərbaycan investorlara təkcə öz bazarına deyil, həm də regional bazara çıxış imkanı təklif edir - Mikayıl Cabbarov
15.07.2026
Niyə banklar qalığa gəlir verir, "m10" isə xidmət haqqı tutur? - Ekspert izah edir
15.07.2026Təhsilini yarımçıq qoyub 2,2 milyon pul topladı, qlobal layihə qurdu
15.07.2026“Push30” 12 milyon dollar gəlirə çatıb - Tətbiq yeni xidmətlər istifadə verəcək (MÜSAHİBƏ)
15.07.2026
"Almond”un reklamı niyə tənqid olundu? - Ekspert brendin əsas səhvini açıqladı
15.07.2026
Xalis mənfəətinə görə bankların RENKİNQİ
15.07.2026"Switch" 80 milyard dollarlıq dəyərləndirmə ilə IPO-ya hazırlaşır
15.07.2026"Bank Respublika"nın xalis mənfəəti 23,71 faiz artıb
15.07.2026Vüsal Xəlilov: Banklar dövlət qurumlarından dataların alınmasına ötən il 24 mln. manat xərcləyib
15.07.2026Sinqapurun Fintex nəhəngi ayFAST regional sərvət mühərrikinə necə çevrildi?
15.07.2026AMB-nin sədr müavini: Sistem əhəmiyyətli banklarda 3 əməkdaşdan 1-i rəqəmsal sahədə çalışır
15.07.2026Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib ®
15.07.2026Vüsal Qasımlı: "Azərbaycan süni intellekt üzrə dünya reytinqlərində hələ orta mövqedədir"
15.07.2026"Expressbank"ın faiz gəlirləri artsa da, qeyri-faiz gəlirləri 9,2 milyon manata enib
15.07.2026