"Almond”un reklamı niyə tənqid olundu?

Redaktor

15.07.2026 13:24
369

"Almond”un reklamı niyə tənqid olundu? - Ekspert brendin əsas səhvini açıqladı

Son günlər aktyor və ssenarist Taleh Yüzbəyovun rol aldığı, "Almond Cake & Bakery" brendinin təbii dondurmalarını tanıdan reklam çarxı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Reklamın estetik əməliyyat etdirmiş qadınlara qarşı stereotipləri gücləndirdiyi və alçaldıcı məzmun daşıdığı iddia edilib. İctimai tənqidlərdən sonra şirkət reklam çarxını rəsmi səhifələrindən silib. Daha sonra Taleh Yüzbəyov videonu şəxsi hesabında yenidən paylaşıb.

Bəs belə hallarda brendlər necə davranmalıdır?

Marketoloq Anar Rüstəmli Valyuta.az-a bildirib ki, bu hadisədə yaranan ictimai reaksiya reklamın özündən daha böyük müzakirəyə çevrilib:

"Reklamın əsas məqsədi hər hansı qadını və ya estetik müdaxilə etdirən insanları alçaltmaq deyil, məhsulun “təbii” olmasını yumor vasitəsilə vurğulamaq idi. Yumor isə mahiyyət etibarilə müəyyən davranışları, sosial tendensiyaları və stereotipləri şişirdərək təqdim edir. Hər yumor nümunəsini birbaşa təhqir və ya ayrı-seçkilik kimi qiymətləndirmək reklam yaradıcılığının sərhədlərini həddindən artıq daralda bilər".

A.Rüstəmli hesab edir ki, ictimai narazılıq yarandıqda şirkətlər hər reaksiyaya avtomatik uyğunlaşmamalıdır: 

"Sosial şəbəkədə səs-küylü görünən hər reaksiya bütün cəmiyyətin mövqeyi demək deyil. Brend əvvəlcə narazılığın miqyasını, əsaslandırılmasını, öz hədəf auditoriyasının münasibətini və reputasiya riskini qiymətləndirməlidir. Tənqid əsaslıdırsa, kommunikasiya və ya məzmun düzəldilə bilər. Lakin təzyiq artdığı üçün dərhal geri çəkilmək gələcəkdə brendin mövqeyini zəiflədə və onun hər sosial media kampaniyasından sonra qərar dəyişən tərəf kimi görünməsinə səbəb ola bilər".

Ekspertin fikrincə, reklamın tamamilə silinməsi ən optimal qərar deyildi:

"Şirkət reklamı saxlayaraq ona izahlı açıqlama əlavə edə, müzakirəni daha sağlam istiqamətə yönəldə və auditoriyanın narahatlığını dinlədiyini göstərə bilərdi". 

A.Rüstəmli vurğulayıb ki, belə risklərin qarşısını reklam yayımlanmadan əvvəl də almaq mümkündür.

"Reklam hazırlanarkən mesajın yalnız yaradıcı komandanın deyil, müxtəlif auditoriya qruplarının baxışı ilə də qiymətləndirilməlidir. Məhsulun təbiiliyini insanın xarici görünüşü ilə müqayisə etmək yanlış anlaşılma riskini əvvəlcədən yaradırdı. Bu cür risk fokus qrupları, daxili etik qiymətləndirmə və reputasiya analizi vasitəsilə müəyyən edilə bilərdi".

Ekspertin sözlərinə görə, bu hadisədə şirkətin əsas problemi böhran kommunikasiya planının olmaması idi:

"Şirkətin əsas səhvi reklamı hazırlaması deyil, mümkün reaksiyalara qarşı əvvəlcədən kommunikasiya planının olmaması və təzyiq yarandıqda dərhal geri addım atması idi. Brend həm yaradıcı mövqeyini müdafiə etməli, həm də auditoriyanın narahatlığını təhqir etmədən dinlədiyini göstərməli idi. Ən doğru yanaşma nə kor-koranə üzr istəmək, nə də bütün tənqidləri əsassız saymaqdır. Əsas məsələ məqsədi izah edən, məsuliyyəti anlayan və mövqeyini qoruyan balanslı kommunikasiya qurmaqdır".

Rəfiqə Abdin 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
"Biznesdə varis olacaq şəxs öncədən buna hazırlanmalıdır”

"Biznesdə varis olacaq şəxs öncədən buna hazırlanmalıdır”

15.07.2026

"Azər Türk Bank"ın aktivləri artsa da, biznes kreditləri 32,6 milyon manat azalıb

15.07.2026

Azərbaycanda şagirdlər üçün süni intellekt həlli istifadəyə veriləcək

15.07.2026

Bu ildən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək

15.07.2026

Azərbaycan investorlara təkcə öz bazarına deyil, həm də regional bazara çıxış imkanı təklif edir - Mikayıl Cabbarov

15.07.2026
Niyə banklar qalığa gəlir verir, "m10" isə xidmət haqqı tutur?

Niyə banklar qalığa gəlir verir, "m10" isə xidmət haqqı tutur? - Ekspert izah edir

15.07.2026

Təhsilini yarımçıq qoyub 2,2 milyon pul topladı, qlobal layihə qurdu

15.07.2026

“Push30” 12 milyon dollar gəlirə çatıb - Tətbiq yeni xidmətlər istifadə verəcək (MÜSAHİBƏ) 

15.07.2026
"Almond”un reklamı niyə tənqid olundu?

"Almond”un reklamı niyə tənqid olundu? - Ekspert brendin əsas səhvini açıqladı

15.07.2026
Xalis mənfəətinə görə bankların

Xalis mənfəətinə görə bankların RENKİNQİ

15.07.2026

"Switch" 80 milyard dollarlıq dəyərləndirmə ilə IPO-ya hazırlaşır

15.07.2026

"Bank Respublika"nın xalis mənfəəti 23,71 faiz artıb

15.07.2026

Vüsal Xəlilov: Banklar dövlət qurumlarından dataların alınmasına ötən il 24 mln. manat xərcləyib

15.07.2026

Sinqapurun Fintex nəhəngi ayFAST regional sərvət mühərrikinə necə çevrildi?

15.07.2026

AMB-nin sədr müavini: Sistem əhəmiyyətli banklarda 3 əməkdaşdan 1-i rəqəmsal sahədə çalışır

15.07.2026

Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib ®

15.07.2026

Vüsal Qasımlı: "Azərbaycan süni intellekt üzrə dünya reytinqlərində hələ orta mövqedədir"

15.07.2026

"Expressbank"ın faiz gəlirləri artsa da, qeyri-faiz gəlirləri 9,2 milyon manata enib

15.07.2026
"Bank of Baku"nun mənfəəti artıb, amma vaxtı keçmiş kreditlərin həcmi 39.1 milyon manata çatıb

"Bank of Baku"nun mənfəəti artıb, amma vaxtı keçmiş kreditlərin həcmi 39.1 milyon manata çatıb

15.07.2026

Vəsiyyətnamə olmadan mirasın bölüşdürülməsi qaydası - Qanun nə deyir?

15.07.2026

Məzənnə

Yüklənir...