Redaktor
"Biznesdə varis olacaq şəxs öncədən buna hazırlanmalıdır”
Biznes şərikliyində nəsil dəyişikliyi və varislik şirkətin davamlı inkişafını və gələcəyini müəyyən edən əsas amillərdən biridir. Təsisçilərin biznesdən ayrılması və ya idarəetmənin növbəti nəslə ötürülməsi zamanı düzgün planlaşdırılmayan varislik prosesi şəriklər arasında fikir ayrılığına, idarəetmədə çətinliklərə və biznesin fəaliyyətinə mənfi təsir göstərə bilər. Bu baxımdan, mütəxəssislər varislik planının əvvəlcədən hazırlanmasının və hüquqi mexanizmlərin düzgün müəyyənləşdirilməsinin əhəmiyyətini vurğulayırlar.
Biznes şərikliyində nəsil dəyişikliyi və varislik prosesində ən çox rast gəlinən problemlər hansılardır və bu risklərin qarşısını almaq üçün hansı hüquqi və idarəetmə mexanizmləri tətbiq edilməlidir?
Valyuta.az-a açıqlamasında biznes konsultant Anar Bayramov bildirib ki, bu məsələyə sadəcə hüquqi baxımdan yanaşmaq olmaz.

“Bəzən səhv məsələyə sırf hüquqi cəhətdən yanaşılması olur. Düşünülür ki, hüquqi məsələlərin üzərində işlənsə, varislik həll olunacaq. Ancaq elə deyil. Burda korporativ mədəniyyət məsələsi çox önəmlidir. Önəmli olan gələcək varislərə, nümayəndələrə şirkətin hansı konteksdə ötürülməsidir. Onlara şirkətin dəyərləri, mədəniyyəti aşılanmalıdır. O dəyərlərin nə qədər paylaşılması vacibdir. Bu məsələlərə xüsusi diqqət yetirilərsə, hüquqi məsələlər də yerində olarsa, o zaman adətən, problem olmur. Burada əsas varisin mənəvi olaraq hazırlanmasıdır. Korporativ dəyərlər baxımından varis əmin olmalıdır ki, o bu dəyərləri qəbul edir. Çünki digər şərikin özü və varisi ilə təkcə hüquqi bərabərliyi yox, həmçinin ortaq dəyərləri paylaşmalıdırlar. Bu isə varis şəxsin öncədən hazırlanması ilə olur”.
Şəbnəm İbrahimxəlilova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBirbank Invest: investisiyaya aparan rəqəmsal yol
15.07.2026ABŞ şirkətində çalışmış azərbaycanlıya "Xalq Sığorta"da vəzifə verildi
15.07.2026"Anthropic" "Claude"un istifadə olunan dilə görə fərqli davrandığını təsdiqlədi
15.07.2026
"Biznesdə varis olacaq şəxs öncədən buna hazırlanmalıdır”
15.07.2026"Azər Türk Bank"ın aktivləri artsa da, biznes kreditləri 32,6 milyon manat azalıb
15.07.2026Azərbaycanda şagirdlər üçün süni intellekt həlli istifadəyə veriləcək
15.07.2026Bu ildən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək
15.07.2026Azərbaycan investorlara təkcə öz bazarına deyil, həm də regional bazara çıxış imkanı təklif edir - Mikayıl Cabbarov
15.07.2026"Aktiv olmayan rəqəmsal ödəniş platforması əlavə xərc yaradır" - Ekspert izah edir
15.07.2026Təhsilini yarımçıq qoyub 2,2 milyon pul topladı, qlobal layihə qurdu
15.07.2026“Push30” 12 milyon dollar gəlirə çatıb - Tətbiq yeni xidmətlər istifadə verəcək (MÜSAHİBƏ)
15.07.2026
"Almond”un reklamı niyə tənqid olundu? - Ekspert brendin əsas səhvini açıqladı
15.07.2026