"Anthropic" "Claude"un istifadə olunan dilə görə fərqli davrandığını təsdiqlədi

Redaktor

15.07.2026 16:20
30

"Anthropic" "Claude"un istifadə olunan dilə görə fərqli davrandığını təsdiqlədi

Süni intellekt şirkəti "Anthropic" hazırladığı "Claude" çat-botunun istifadəçilərlə ünsiyyət tərzinin seçilən modeldən və istifadə olunan dildən asılı olaraq dəyişə bildiyini göstərən yeni araşdırma dərc edib.

Valyuta.az xəbər verir ki, şirkət 300 min real "Claude" söhbətini təhlil edərək süni intellektin cavablarını dörd fərqli davranış xüsusiyyəti üzrə qiymətləndirib. Araşdırma göstərib ki, "Claude"un müxtəlif modelləri eyni suala fərqli yanaşma sərgiləyə bilir.

"Anthropic"in məlumatına görə, "Claude Opus 4.7" daha tənqidi və analitik yanaşma nümayiş etdirir. Model istifadəçilərin fikirlərindəki mümkün risk və çatışmazlıqları daha çox vurğulayır. "Claude Sonnet 4.6" isə daha sürətli və dəstəkləyici cavablar verməyə meyllidir.

Şirkət bildirir ki, hər iki yanaşma fərqli istifadə ssenarilərində üstünlük yarada bilər. Məsələn, biznes planındakı riskləri qiymətləndirmək istəyən istifadəçilər üçün daha tənqidi model uyğun hesab olunur. Sürətli redaktə və ya ideya inkişaf etdirmə proseslərində isə daha dəstəkləyici model daha faydalı ola bilər.

Araşdırmanın diqqət çəkən nəticələrindən biri də istifadə olunan dilin "Claude"un üslubuna təsir etməsi olub. "Anthropic"in təhlilinə əsasən, "Claude" hind və ərəb dillərində daha isti və dəstəkləyici cavablar verir. İngilis və rus dillərində aparılan söhbətlərdə isə daha analitik və tənqidi ton nümayiş etdirir.

Şirkət hələlik bu fərqlərin süni intellektin müxtəlif mədəni ünsiyyət formalarına uyğunlaşmaq cəhdindən, yoxsa modellərin davranışındakı uyğunsuzluqdan qaynaqlandığını dəqiq müəyyənləşdirə bilmədiyini bildirib.

"Anthropic"in fikrincə, araşdırma süni intellektdən vacib qərarların qəbulunda istifadə edənlər üçün mühüm nəticə ortaya qoyur. Belə ki, istifadəçinin aldığı ilk cavab yeganə düzgün qiymətləndirmə olmaya bilər. Eyni suala fərqli model və ya fərqli dildə müraciət etmək müxtəlif nəticələrin əldə olunmasına səbəb ola bilər.

Sərvanə Rəmixanova 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Süni intellekt düşünür, bəs rəhbərlər nə edir?

15.07.2026

Yaponiyada kriptovalyutalar maliyyə məhsulu statusu aldı

15.07.2026

Birbank Invest: investisiyaya aparan rəqəmsal yol

15.07.2026

ABŞ şirkətində çalışmış azərbaycanlıya "Xalq Sığorta"da vəzifə verildi

15.07.2026

"Anthropic" "Claude"un istifadə olunan dilə görə fərqli davrandığını təsdiqlədi

15.07.2026
"Biznesdə varis olacaq şəxs öncədən buna hazırlanmalıdır”

"Biznesdə varis olacaq şəxs öncədən buna hazırlanmalıdır”

15.07.2026

"Azər Türk Bank"ın aktivləri artsa da, biznes kreditləri 32,6 milyon manat azalıb

15.07.2026

Azərbaycanda şagirdlər üçün süni intellekt həlli istifadəyə veriləcək

15.07.2026

Bu ildən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək

15.07.2026

Azərbaycan investorlara təkcə öz bazarına deyil, həm də regional bazara çıxış imkanı təklif edir - Mikayıl Cabbarov

15.07.2026

"Aktiv olmayan rəqəmsal ödəniş platforması əlavə xərc yaradır" - Ekspert izah edir

15.07.2026

Təhsilini yarımçıq qoyub 2,2 milyon pul topladı, qlobal layihə qurdu

15.07.2026

“Push30” 12 milyon dollar gəlirə çatıb - Tətbiq yeni xidmətlər istifadə verəcək (MÜSAHİBƏ) 

15.07.2026
"Almond”un reklamı niyə tənqid olundu?

"Almond”un reklamı niyə tənqid olundu? - Ekspert brendin əsas səhvini açıqladı

15.07.2026
Xalis mənfəətinə görə bankların

Xalis mənfəətinə görə bankların RENKİNQİ

15.07.2026

"Switch" 80 milyard dollarlıq dəyərləndirmə ilə IPO-ya hazırlaşır

15.07.2026

"Bank Respublika"nın xalis mənfəəti 23,71% artıb

15.07.2026

Vüsal Xəlilov: Banklar dövlət qurumlarından dataların alınmasına ötən il 24 mln. manat xərcləyib

15.07.2026

Sinqapurun Fintex nəhəngi ayFAST regional sərvət mühərrikinə necə çevrildi?

15.07.2026

AMB-nin sədr müavini: Sistem əhəmiyyətli banklarda 3 əməkdaşdan 1-i rəqəmsal sahədə çalışır

15.07.2026

Məzənnə

Yüklənir...