Redaktor
AMB-nin sədr müavini: Sistem əhəmiyyətli banklarda 3 əməkdaşdan 1-i rəqəmsal sahədə çalışır
Hazırda sistem əhəmiyyətli banklarda əməkdaşların 30%-dək hissəsi rəqəmsal sahədə fəaliyyət göstərir.
Valyuta.az "Apa"ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı sədrinin müavini Vüsal Xəlilov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda dəyirmi masada deyib.
Onun sözlərinə görə, maliyyə sektoru rəqəmsal transformasiyaya üç istiqamətdə – yeni texnologiyaların tətbiqi, rəqəmsal xidmətlərin genişləndirilməsi və insan kapitalının inkişafı ilə töhfə verir.
V.Xəlilov bildirib ki, rəqəmsal transformasiyada ən vacib amillərdən biri insan kapitalıdır. Hazırda sistem əhəmiyyətli banklarda əməkdaşların 30%-dək hissəsi proqram təminatı, süni intellekt, məhsul inkişafı və digər rəqəmsal istiqamətlər üzrə çalışır. Bu isə ölkədə formalaşan mühəndislik potensialının maliyyə sektorunda geniş tətbiq olunduğunu göstərir.
Mərkəzi Bank rəsmisi qeyd edib ki, son illərdə rəqəmsal bankçılıqdan istifadə də əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2018-ci ildə köçürmələrin cəmi 20%-i elektron bankçılıq vasitəsilə həyata keçirilirdisə, hazırda bu göstərici 82%-ə yüksəlib. Kartlarla aparılan nağdsız ödənişlərin ümumi kart əməliyyatlarındakı payı isə 17,8%-dən 67,7%-ə çatıb.
Onun sözlərinə görə, Ani Ödəniş Sistemi üzrə əməliyyatların sayı da sürətlə artır. Bu göstərici sistem istifadəyə verilən dövrdə 25 min idisə, hazırda 9,4 milyonu ötüb.
V.Xəlilov əlavə edib ki, süni intellekt həlləri maliyyə sektorunda yeni texnologiya deyil və uzun illərdir kredit skorinqi, risklərin modelləşdirilməsi, eləcə də müştərilərə fərdiləşdirilmiş məhsul təkliflərinin hazırlanması kimi istiqamətlərdə uğurla tətbiq olunur.
Əlaqəli Xəbərlər
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
"Biznesdə varis olacaq şəxs öncədən buna hazırlanmalıdır”
15.07.2026"Azər Türk Bank"ın aktivləri artsa da, biznes kreditləri 32,6 milyon manat azalıb
15.07.2026Azərbaycanda şagirdlər üçün süni intellekt həlli istifadəyə veriləcək
15.07.2026Bu ildən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək
15.07.2026Azərbaycan investorlara təkcə öz bazarına deyil, həm də regional bazara çıxış imkanı təklif edir - Mikayıl Cabbarov
15.07.2026
Niyə banklar qalığa gəlir verir, "m10" isə xidmət haqqı tutur? - Ekspert izah edir
15.07.2026Təhsilini yarımçıq qoyub 2,2 milyon pul topladı, qlobal layihə qurdu
15.07.2026“Push30” 12 milyon dollar gəlirə çatıb - Tətbiq yeni xidmətlər istifadə verəcək (MÜSAHİBƏ)
15.07.2026
"Almond”un reklamı niyə tənqid olundu? - Ekspert brendin əsas səhvini açıqladı
15.07.2026
Xalis mənfəətinə görə bankların RENKİNQİ
15.07.2026"Switch" 80 milyard dollarlıq dəyərləndirmə ilə IPO-ya hazırlaşır
15.07.2026"Bank Respublika"nın xalis mənfəəti 23,71 faiz artıb
15.07.2026Vüsal Xəlilov: Banklar dövlət qurumlarından dataların alınmasına ötən il 24 mln. manat xərcləyib
15.07.2026Sinqapurun Fintex nəhəngi ayFAST regional sərvət mühərrikinə necə çevrildi?
15.07.2026AMB-nin sədr müavini: Sistem əhəmiyyətli banklarda 3 əməkdaşdan 1-i rəqəmsal sahədə çalışır
15.07.2026Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib ®
15.07.2026Vüsal Qasımlı: "Azərbaycan süni intellekt üzrə dünya reytinqlərində hələ orta mövqedədir"
15.07.2026"Expressbank"ın faiz gəlirləri artsa da, qeyri-faiz gəlirləri 9,2 milyon manata enib
15.07.2026