"Bank of Baku"nun mənfəəti artıb, amma vaxtı keçmiş kreditlərin həcmi 39.1 milyon manata çatıb

Redaktor

15.07.2026 10:10
203

"Bank of Baku"nun mənfəəti artıb, amma vaxtı keçmiş kreditlərin həcmi 39.1 milyon manata çatıb

"Bank of Baku" 2026-cı ilin ikinci rübündə 16,075.66 min manat xalis mənfəət əldə edib.

Valyuta.az xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövründəki 14,135.16 min manat ilə müqayisədə 1,940.50 min manat və ya 13.73% artıb.

Maliyyə hesabatına əsasən, bankın faiz gəlirləri 2026-cı ilin ikinci rübündə 105,332.28 min manat olub. Bu, 2025-ci ilin ikinci rübündə qeydə alınmış 83,626.05 min manat ilə müqayisədə 21,706.23 min manat və ya 25.96% çoxdur.

Faiz xərcləri isə 46,276.61 min manata yüksəlib. Ötən ilin müvafiq dövründə bu göstərici 32,099.14 min manat olub. Beləliklə, faiz xərcləri 14,177.47 min manat və ya 44.17% artıb. Artım əsasən depozitlər üzrə faiz xərclərinin yüksəlməsi hesabına baş verib. Belə ki, depozitlər üzrə faiz xərcləri 2025-ci ilin ikinci rübündəki 30,383.94 min manatdan 2026-cı ilin ikinci rübündə 42,971.30 min manata yüksəlib.

Bankın qeyri-faiz gəlirləri hesabat dövründə artaraq 11,248.65 min manat, qeyri-faiz xərcləri isə 2025-ci ilin ikinci rübündəki 41,303.76 min manatdan 2026-cı ilin ikinci rübündə 46,905.96 min manata yüksəlib.

Hesabat dövrünün sonuna "Bank of Baku"nun aktivləri 1,391,561.63 min manat, öhdəlikləri isə 1,210,271.67 min manat təşkil edib. 

Bununla yanaşı, bankın vaxtı keçmiş kreditlərinin həcmi də yüksəlib. Belə ki, 2026-cı il iyunun 30-na vaxtı keçmiş kreditlər 39,093.10 min manat təşkil edib. 2025-ci il iyunun 30-da bu göstərici 35,245.27 min manat olub. Beləliklə, vaxtı keçmiş kreditlər 3,847.83 min manat və ya 10.92% artıb.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
"Biznesdə varis olacaq şəxs öncədən buna hazırlanmalıdır”

"Biznesdə varis olacaq şəxs öncədən buna hazırlanmalıdır”

15.07.2026

"Azər Türk Bank"ın aktivləri artsa da, biznes kreditləri 32,6 milyon manat azalıb

15.07.2026

Azərbaycanda şagirdlər üçün süni intellekt həlli istifadəyə veriləcək

15.07.2026

Bu ildən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək

15.07.2026

Azərbaycan investorlara təkcə öz bazarına deyil, həm də regional bazara çıxış imkanı təklif edir - Mikayıl Cabbarov

15.07.2026
"Aktiv olmayan rəqəmsal ödəniş platforması əlavə xərc yaradır"

"Aktiv olmayan rəqəmsal ödəniş platforması əlavə xərc yaradır" - Ekspert izah edir

15.07.2026

Təhsilini yarımçıq qoyub 2,2 milyon pul topladı, qlobal layihə qurdu

15.07.2026

“Push30” 12 milyon dollar gəlirə çatıb - Tətbiq yeni xidmətlər istifadə verəcək (MÜSAHİBƏ) 

15.07.2026
"Almond”un reklamı niyə tənqid olundu?

"Almond”un reklamı niyə tənqid olundu? - Ekspert brendin əsas səhvini açıqladı

15.07.2026
Xalis mənfəətinə görə bankların

Xalis mənfəətinə görə bankların RENKİNQİ

15.07.2026

"Switch" 80 milyard dollarlıq dəyərləndirmə ilə IPO-ya hazırlaşır

15.07.2026

"Bank Respublika"nın xalis mənfəəti 23,71 faiz artıb

15.07.2026

Vüsal Xəlilov: Banklar dövlət qurumlarından dataların alınmasına ötən il 24 mln. manat xərcləyib

15.07.2026

Sinqapurun Fintex nəhəngi ayFAST regional sərvət mühərrikinə necə çevrildi?

15.07.2026

AMB-nin sədr müavini: Sistem əhəmiyyətli banklarda 3 əməkdaşdan 1-i rəqəmsal sahədə çalışır

15.07.2026

Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib ®

15.07.2026

Vüsal Qasımlı: "Azərbaycan süni intellekt üzrə dünya reytinqlərində hələ orta mövqedədir"

15.07.2026

"Expressbank"ın faiz gəlirləri artsa da, qeyri-faiz gəlirləri 9,2 milyon manata enib

15.07.2026
"Bank of Baku"nun mənfəəti artıb, amma vaxtı keçmiş kreditlərin həcmi 39.1 milyon manata çatıb

"Bank of Baku"nun mənfəəti artıb, amma vaxtı keçmiş kreditlərin həcmi 39.1 milyon manata çatıb

15.07.2026

Vəsiyyətnamə olmadan mirasın bölüşdürülməsi qaydası - Qanun nə deyir?

15.07.2026

Məzənnə

Yüklənir...