Yaponiyada kriptovalyutalar maliyyə məhsulu statusu aldı

Redaktor

15.07.2026 17:00
34

Yaponiyada kriptovalyutalar maliyyə məhsulu statusu aldı

Yaponiya hökuməti kriptovalyutaların tənzimlənməsi ilə bağlı mühüm dəyişiklik edib. 

Valyuta.az xəbər verir ki, yeni qaydalara əsasən, ölkədə kriptovalyutalar artıq maliyyə məhsulu kimi tənzimlənəcək və səhmlərlə digər maliyyə alətləri ilə eyni hüquqi statusa malik olacaq.

Məlumata görə, indiyədək kriptovalyutalar Ödəniş Xidmətləri Qanunu çərçivəsində tənzimlənirdisə, bundan sonra onlar Maliyyə Alətləri və Birja Qanununun əhatə dairəsinə daxil ediləcək. Bununla da kriptovalyutalar səhmlərə bənzər qaydada tənzimlənəcək.

Dəyişikliklərin diqqət çəkən məqamlarından biri də vergi sistemidir. Yeni qaydalara əsasən, kriptovalyuta əməliyyatlarından əldə olunan gəlirlərə təxminən 20% sabit vergi tətbiq olunacaq.

Hazırkı sistemlə müqayisədə bu dəyişiklik investorlar üçün daha əlverişli hesab edilir. Belə ki, əvvəllər fərdi kriptovalyuta gəlirləri bəzi hallarda gəlir vergisinə cəlb olunur və daha yüksək vergi dərəcələri tətbiq edilirdi. Yeni sistem isə investorlara sabit vergi yükü ilə daha proqnozlaşdırılan mühit təqdim edəcək.

Yeni qaydalar çərçivəsində zərərlərin vergidən çıxılması da mümkün olacaq. Üç illik hesablama dövrü əsasında tətbiq ediləcək sistemdə investor yalnız yekun xalis mənfəət üzrə vergi ödəyəcək. Məsələn, investor bir il ərzində 150 min dollar gəlir əldə edib, növbəti ildə 100 min dollar zərər edərsə, yalnız 50 min dollar üzrə vergi ödəyəcək.

Qanun layihəsi eyni zamanda kriptovalyuta ETF-ləri üçün də hüquqi çərçivə formalaşdıracaq. Bu isə gələcəkdə kriptovalyutalara əsaslanan investisiya fondlarının təsdiqlənməsi üçün yeni imkanlar yaradacaq.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Süni intellekt düşünür, bəs rəhbərlər nə edir?

15.07.2026

Yaponiyada kriptovalyutalar maliyyə məhsulu statusu aldı

15.07.2026

Birbank Invest: investisiyaya aparan rəqəmsal yol

15.07.2026

ABŞ şirkətində çalışmış azərbaycanlıya "Xalq Sığorta"da vəzifə verildi

15.07.2026

"Anthropic" "Claude"un istifadə olunan dilə görə fərqli davrandığını təsdiqlədi

15.07.2026
"Biznesdə varis olacaq şəxs öncədən buna hazırlanmalıdır”

"Biznesdə varis olacaq şəxs öncədən buna hazırlanmalıdır”

15.07.2026

"Azər Türk Bank"ın aktivləri artsa da, biznes kreditləri 32,6 milyon manat azalıb

15.07.2026

Azərbaycanda şagirdlər üçün süni intellekt həlli istifadəyə veriləcək

15.07.2026

Bu ildən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək

15.07.2026

Azərbaycan investorlara təkcə öz bazarına deyil, həm də regional bazara çıxış imkanı təklif edir - Mikayıl Cabbarov

15.07.2026

"Aktiv olmayan rəqəmsal ödəniş platforması əlavə xərc yaradır" - Ekspert izah edir

15.07.2026

Təhsilini yarımçıq qoyub 2,2 milyon pul topladı, qlobal layihə qurdu

15.07.2026

“Push30” 12 milyon dollar gəlirə çatıb - Tətbiq yeni xidmətlər istifadə verəcək (MÜSAHİBƏ) 

15.07.2026
"Almond”un reklamı niyə tənqid olundu?

"Almond”un reklamı niyə tənqid olundu? - Ekspert brendin əsas səhvini açıqladı

15.07.2026
Xalis mənfəətinə görə bankların

Xalis mənfəətinə görə bankların RENKİNQİ

15.07.2026

"Switch" 80 milyard dollarlıq dəyərləndirmə ilə IPO-ya hazırlaşır

15.07.2026

"Bank Respublika"nın xalis mənfəəti 23,71% artıb

15.07.2026

Vüsal Xəlilov: Banklar dövlət qurumlarından dataların alınmasına ötən il 24 mln. manat xərcləyib

15.07.2026

Sinqapurun Fintex nəhəngi ayFAST regional sərvət mühərrikinə necə çevrildi?

15.07.2026

AMB-nin sədr müavini: Sistem əhəmiyyətli banklarda 3 əməkdaşdan 1-i rəqəmsal sahədə çalışır

15.07.2026

Məzənnə

Yüklənir...