Redaktor
"Kredit borcuna görə maaşın 95%-i tutulub" - Bu mümkündürmü?
Vətəndaşın iki banka kredit borcu var. Onlardan biri maaş kartının olduğu bankdır və həmin bank hər ay maaş hesabından təxminən 405 manat məbləğində ödəniş tutur. Digər bank üzrə gecikmə yarandığı üçün məsələ icraya yönləndirilib və icra qərarı ilə vətəndaşın maaşının 50%-i tutulur. Nəticədə iki bank üzrə tutulmalar vətəndaşın demək olar ki, bütün maaşını əhatə edir. Vətəndaş qanunvericiliyə əsasən maaşdan tutulmaların ümumi məbləğin 50%-dən çox olmamalı olduğunu deyir. Bu səbəbdən icra orqanına etiraz ərizəsi ilə müraciət edilsə də, müraciət qəbul edilməyib və bildirilib ki, icra yalnız öz qərarı üzrə 50% tutur, digər banka olan kredit öhdəliyi nəzərə alınmır.
Qanunvericiliyə görə vətəndaşın əməkhaqqından tutulmaların maksimum həddi nə qədərdir və bir neçə bank qarşısında kredit öhdəliyi olduqda bu limit necə tətbiq edilir? Maaş kartının olduğu bankın hesabdan avtomatik ödəniş götürməsi ilə icra qərarı əsasında aparılan tutulmalar birlikdə əməkhaqqının hamısını əhatə etsə, bu hüquqi baxımdan düzgündür?
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Valyuta.az-a bildirib ki, bu, əslində geniş yayılmış bir problemdir. Məsələ vətəndaşın maaş kartı hansı bankdadırsa, həmin bank vəsaiti məhkəmə qərarı əsasında deyil, müqavilə şərtlərinə əsasən tutmasıdır:
"Yəni tutulma icra hərəkəti nəticəsində həyata keçirilmir. Vətəndaşın bankla bağladığı müqavilədə adətən belə bir bənd olur: borc vaxtında ödənilmədiyi halda bank müştərinin bank hesablarından, o cümlədən maaş kartından vəsait tuta bilər. Banklar da məhz bu bəndə əsaslanaraq vəsaiti tuturlar. Bu məsələyə həm Ali Məhkəmə, həm də Konstitusiya Məhkəməsi qiymət verib. Ali Məhkəmə bir qərarında bildirib ki, bank maaşdan 20%-dən artıq vəsait tuta bilməz. Konstitusiya Məhkəməsi isə qərarında qeyd edib ki, tutulma 50%-dən artıq ola bilməz. Buna baxmayaraq, banklar bu praktikanı davam etdirir və faktiki olaraq nə Ali Məhkəmənin, nə də Konstitusiya Məhkəməsinin mövqeyi nəzərə alınır. İcra məmurları tərəfindən isə, “İcra haqqında” qanuna görə icra sənədi əsasında maaşdan 50%-ə qədər tutulma mümkündür və onlar da həmin 50%-i tuturlar. Digər tərəfdən, bankın etdiyi tutulma icra hərəkəti hesab olunmadığı üçün icra məmuru buna müdaxilə etmədiyini deyir".

Ə.Həsənovun sözlərinə görə, belə vəziyyətdə məsələnin praktik həlli vətəndaşın işəgötürənə müraciət edərək maaşının başqa banka köçürülməsini tələb etməsidir:
"Eyni zamanda, əvvəlki bankda açılmış maaş kartı hesabını bağlatdırmalıdır. Qanunverciliyə görə bu, vətəndaşın hüququdur. Əmək Məcəlləsində göstərilir ki, işçi əməkhaqqını alma formasını özü müəyyən edir. Yəni vətəndaş istədiyi bank vasitəsilə əməkhaqqını ala bilər. Lakin praktikada bəzən işəgötürən və bank arasında razılaşma olduğu üçün bu hüquqa riayət edilmir: işəgötürən maaşı başqa banka köçürməkdən imtina edir, bank isə hesabı bağlamır. Belə hallarda vətəndaş məhkəməyə müraciət edə, həmçinin Mərkəzi Banka və Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət edə bilər ki, istehlakçı hüquqları pozulub".
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərYaponiyada kriptovalyutalar maliyyə məhsulu statusu aldı
15.07.2026Birbank Invest: investisiyaya aparan rəqəmsal yol
15.07.2026ABŞ şirkətində çalışmış azərbaycanlıya "Xalq Sığorta"da vəzifə verildi
15.07.2026"Anthropic" "Claude"un istifadə olunan dilə görə fərqli davrandığını təsdiqlədi
15.07.2026
"Biznesdə varis olacaq şəxs öncədən buna hazırlanmalıdır”
15.07.2026"Azər Türk Bank"ın aktivləri artsa da, biznes kreditləri 32,6 milyon manat azalıb
15.07.2026Azərbaycanda şagirdlər üçün süni intellekt həlli istifadəyə veriləcək
15.07.2026Bu ildən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək
15.07.2026Azərbaycan investorlara təkcə öz bazarına deyil, həm də regional bazara çıxış imkanı təklif edir - Mikayıl Cabbarov
15.07.2026"Aktiv olmayan rəqəmsal ödəniş platforması əlavə xərc yaradır" - Ekspert izah edir
15.07.2026Təhsilini yarımçıq qoyub 2,2 milyon pul topladı, qlobal layihə qurdu
15.07.2026“Push30” 12 milyon dollar gəlirə çatıb - Tətbiq yeni xidmətlər istifadə verəcək (MÜSAHİBƏ)
15.07.2026
"Almond”un reklamı niyə tənqid olundu? - Ekspert brendin əsas səhvini açıqladı
15.07.2026