İnsanlar smartfonlarını əslində nə qədər tez-tez dəyişir?

Redaktor

17.07.2026 21:36
26

İnsanlar smartfonlarını əslində nə qədər tez-tez dəyişir?

“Android Authority” portalı oxucuları arasında insanların smartfonlarını nə qədər tez-tez dəyişdirdiyini öyrənmək üçün sorğu keçirib. Nəticələr göstərib ki, bir çox istifadəçi cihazlardan uzun müddət istifadə etməyə üstünlük verir.

Valyuta.az xəbər verir ki, sorğuda 2 mindən çox insan iştirak edib. Onların yalnız 4 faizi hər il yeni smartfon aldığını bildirib. İki ildən bir cihaz dəyişənlərin payı 13,6 faiz, üç ildən bir dəyişənlərin payı isə 16 faiz təşkil edib.

Respondentlərin böyük hissəsi – 66 faizi smartfonlarını 4 ildən bir və ya daha gec dəyişdirdiyini açıqlayıb. Bu istifadəçilər cihaz işlək vəziyyətdə qaldığı müddətdə ondan istifadə etməyə üstünlük verirlər.

İyun ayında keçirilən digər bir sorğuda da 4000 iştirakçının 72 faizi telefonlarını üç ildən tez-tez yeniləmədiyini bildirib.

“Android Authority” bu tendensiyanı bir neçə amillə izah edir. Müasir smartfon modelləri nəsildən-nəslə əvvəlki qədər nəzərəçarpan yeniliklər əldə etmir. Eyni zamanda istehsalçılar proqram təminatına dəstəyi uzatmağa başlayıblar. Bəzi flaqman modellər üçün yeddi ilə qədər yeniləmə dəstəyi təqdim olunur.

Bu isə istifadəçilərə cihazlardan ciddi məhdudiyyətlər olmadan daha uzun müddət yararlanmağa imkan verir.

Flaqman smartfonların qiymətlərinin davamlı artması da mühüm rol oynayır. Getdikcə daha çox alıcı əhəmiyyətli dəyişiklikləri gözləməyi və ya köhnə cihaz zəiflədikdə, yaxud təhlükəsizlik yeniləmələrini almağı dayandırdıqda yeni telefon almağı üstün tutur.

Bu arada süni intellekt bumunun elektronika qiymətlərinin artmasına təsir göstərməyə davam etdiyi bildirilir. Çip çatışmazlığının ən azı 2028-ci ilə qədər davam edəcəyi gözlənilir.

Nəticədə “Samsung”, “Xiaomi” və digər Android markaları smartfonlarının qiymətlərini artırıb. Həmçinin “iPhone 18 Pro” modelinin ilkin qiymətinin 300 dollar arta biləcəyi qeyd olunur.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Səyahət agentliyi 60 milyon dollar investisiya cəlb edib

17.07.2026

İnsanlar smartfonlarını əslində nə qədər tez-tez dəyişir?

17.07.2026

"Netflix" bu il 300-ə yaxın film və serial istehsalında süni intellektdən istifadə edib

17.07.2026

Mərkəzi Bankın 3,8 milyon manatlıq 5 tenderi gələn ay yekunlaşacaq

17.07.2026

"Amazon"un robotaksisi tüstü səbəbindən çaşdı - "Zoox" 105 avtomobili geri çağırdı

17.07.2026

Bəzi şəxslər üçün baş mühasib olma qaydası asanlaşdırıldı

17.07.2026

İş yerində stresi azaltmağın 5 effektiv yolu

17.07.2026

"Alibaba"nın dəstəklədiyi startap yeni süni intellekt modelini təqdim edib

17.07.2026

"Bakı Metropoliteni" 5,2 milyon manatlıq tender elan edib

17.07.2026

Sığorta şirkətləri avtomobillər üzrə hər ay nə qədər ödəniş edib?

17.07.2026

Si Cinpin süni intellekt sahəsində ABŞ-yə meydan oxuyur

17.07.2026

"SpaceX" 1 trilyon dollarlıq bazar dəyərini itirdi

17.07.2026

Azərbaycanda şirkət nizamnamə kapitalını 380 min manat azaldıb

17.07.2026

Qazaxıstan Dünya Süni İntellekt Əməkdaşlıq Təşkilatının təsisçiləri sırasına daxil olub

17.07.2026
Müştərilərə ən çox kredit verən banklar

Müştərilərə ən çox kredit verən banklar - RENKİNQ

17.07.2026

"Moody's" Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

17.07.2026

Sosial mediadakı məzmunun nə qədəri süni intellekt tərəfindən yaradılır?

17.07.2026

Tələbəsi ilə layihə qurdu, dünyanın ən məşhur platformalarından birini yaratdı

17.07.2026

Həddindən artıq sərfəli görünən tətil təkliflərin arxasındakı təhlükə

17.07.2026

“Paşa Bank”ın mənfəəti 26% azalıb, aktivləri 9,5 milyard manatı ötüb

17.07.2026

Məzənnə

Yüklənir...