Redaktor
İş yerində stresi azaltmağın 5 effektiv yolu
İş yerində artan stress təkcə əməkdaşların psixoloji və fiziki sağlamlığına deyil, həm də şirkətlərin məhsuldarlığına mənfi təsir göstərir. Düzgün iş mühiti formalaşdırmaqla bu riskləri əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.
Valyuta.az xəbər verir ki, "CoreHealth Technologies" tərəfindən yayımlanan araşdırmada iş yerində stressi azaltmağın beş əsas yolu açıqlanıb.
Araşdırmaya görə, "Mental Health America" təşkilatının sorğusunda stressli iş mühitində çalışan əməkdaşların 81%-i bunun psixi sağlamlıqlarına mənfi təsir göstərdiyini bildirib.
Belə ki, yüksək iş yükü, qısa son tarixlər və daim əlçatan olmaq tələbi iş yerində xroniki stressin əsas səbəblərindəndir. Bundan əlavə, əməkdaşların fikirlərinin nəzərə alınmaması, həddindən artıq nəzarət (mikromenecment), yüksək gözləntilər fonunda qərarvermə imkanlarının məhdud olması da iş mühitini daha gərgin edir.
Araşdırmada stressin azaldılması üçün şirkətlərə aşağıdakı addımlar tövsiyə olunur:
1. Fiziki aktivliyi təşviq edin
Müntəzəm idman edən insanların daha az narahatlıq keçirdiyi, diqqətini daha yaxşı cəmlədiyi və özünü daha enerjili hiss etdiyi bildirilir. Şirkətlərdə sağlamlıq proqramlarının tətbiqi əməkdaşların fiziki aktivliyini artırır.
2. Vaxtın düzgün idarə olunmasını dəstəkləyin
Vaxtın effektiv planlaşdırılması işçilərin tapşırıqları daha rahat yerinə yetirməsinə, tələskənlik və gərginliyin azalmasına kömək edir. Bunun üçün əməkdaşlara vaxtın idarə olunması üzrə təlimlər keçirmək, fasilələri təşviq etmək və məzuniyyət hüququna hörmətlə yanaşmaq tövsiyə edilir.
3. Mindfulness (şüurlu fərqindəlik) təcrübələrindən istifadə edin
Meditasiya, nəfəs məşqləri və diqqətin indiki ana yönəldilməsi kimi üsulların stressin azalmasına müsbət təsir göstərdiyi qeyd olunur. Mütəxəssislər bu təcrübələrin ilk növbədə rəhbərlər tərəfindən təşviq edilməsinin vacib olduğunu bildirirlər.
4. İş və şəxsi həyat balansını qoruyun
Araşdırmada çevik iş qrafiki, psixi sağlamlığa dəstək və əməkdaşların istirahət etməsinə şərait yaradılmasının tükənmişlik (burnout) riskini azaltdığı vurğulanır.
5. Dəstəkləyici korporativ mədəniyyət formalaşdırın
Ekspertlərin fikrincə, açıq ünsiyyət, şəffaflıq və əməkdaşlara qarşı empatik yanaşma iş yerində sağlam mühitin formalaşmasına kömək edir. Sağlamlıq proqramlarının tətbiqi isə işçilərin rifahına verilən önəmin göstəricisi hesab olunur.
Araşdırmada həmçinin qeyd edilir ki, rəqəmsal sağlamlıq platformaları və korporativ sağlamlıq proqramları əməkdaşların fiziki və psixoloji rifahını izləməyə, sağlam vərdişlər formalaşdırmağa və iş yerində stressin idarə olunmasını daha effektiv təşkil etməyə imkan verir. Bu da uzunmüddətli perspektivdə daha motivasiyalı, sağlam və məhsuldar işçi qüvvəsinin formalaşmasına töhfə verir.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Amazon"un robotaksisi tüstü səbəbindən çaşdı - "Zoox" 105 avtomobili geri çağırdı
17.07.2026Bəzi şəxslər üçün baş mühasib olma qaydası asanlaşdırıldı
17.07.2026İş yerində stresi azaltmağın 5 effektiv yolu
17.07.2026"Alibaba"nın dəstəklədiyi startap yeni süni intellekt modelini təqdim edib
17.07.2026"Bakı Metropoliteni" 5,2 milyon manatlıq tender elan edib
17.07.2026Sığorta şirkətləri avtomobillər üzrə hər ay nə qədər ödəniş edib?
17.07.2026Si Cinpin süni intellekt sahəsində ABŞ-yə meydan oxuyur
17.07.2026"SpaceX" 1 trilyon dollarlıq bazar dəyərini itirdi
17.07.2026Azərbaycanda şirkət nizamnamə kapitalını 380 min manat azaldıb
17.07.2026Qazaxıstan Dünya Süni İntellekt Əməkdaşlıq Təşkilatının təsisçiləri sırasına daxil olub
17.07.2026
Müştərilərə ən çox kredit verən banklar - RENKİNQ
17.07.2026"Moody's" Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
17.07.2026Sosial mediadakı məzmunun nə qədəri süni intellekt tərəfindən yaradılır?
17.07.2026Tələbəsi ilə layihə qurdu, dünyanın ən məşhur platformalarından birini yaratdı
17.07.2026Həddindən artıq sərfəli görünən tətil təkliflərin arxasındakı təhlükə
17.07.2026“Paşa Bank”ın mənfəəti 26% azalıb, aktivləri 9,5 milyard manatı ötüb
17.07.2026Bazar dəyərinə görə dünyanın ən böyük kosmetika şirkətləri - TOP 10
17.07.2026"Coca-Cola"nın törəməsi istehsalı dayandırdı
17.07.2026Bolt Azərbaycan üzrə yeni Baş meneceri İlkin Zeynallı: “Beynəlxalq təhsil və təcrübə yerli bazarın inkişafı üçün vacib alətdir” ®
17.07.2026