"Rəhbərin əziyyət çəkdiyini görən işçi heç vaxt orada işləmək istəməz"

Redaktor

30.06.2026 09:25
287

"Rəhbərin əziyyət çəkdiyini görən işçi heç vaxt orada işləmək istəməz"

İşçilərin iş vaxtından kənar işlədilməsi və bunun qanunvericiliyə uyğun olub-olmaması tez-tez müzakirə olunur. Lakin rəhbər vəzifədə çalışan şəxslərlə bağlı bu mövzu demək olar ki, gündəmə gəlmir.

Məsələn, 9-6 iş rejimini nəzərə alsaq, müdir və ya rəhbəri axşam saatlarında işlətmək olarmı? 

İnsan Resursları üzrə mütəxəssis Asim Həsənov Valyuta.az-a bildirib ki, Əmək Məcəlləsində işəgötürən və işçinin hüquq və vəzifələri aydın şəkildə müəyyən edilib: “İş vaxtı və normadan artıq işlə bağlı müddəalar bütün işçilərə şamil olunur. Qanunvericilikdə "işçi kateqoriyası əlavə iş saatına görə ödəniş alır, rəhbər vəzifədə çalışan şəxs isə almır" kimi ümumi istisna yoxdur. Əksinə, normadan artıq iş yalnız qanunvericiliyin müəyyən etdiyi hallarda tətbiq edilməli və bunun qarşılığında müvafiq kompensasiya ödənilməlidir”.

Ekspertin fikrincə, praktikada işdən sonra əlavə işləmək zərurəti əsasən 3 səbəbdən yaranır: işçi çatışmazlığı, layihələrin vaxtında tamamlanması zərurəti və ya iş bölgüsünün düzgün qurulmaması: "Xüsusilə sonuncu səbəb rəhbər heyəti üçün ən ciddi problemlərdən biridir. Layihələr düzgün planlaşdırılmadıqda, resurslar düzgün hesablanmadıqda və iş yükü balanslı bölüşdürülmədikdə, layihənin son mərhələsində rəhbərlər və əməkdaşlar əlavə saatlarla işləməyə məcbur olurlar. Davamlı olaraq normadan artıq işləmək həm fiziki, həm də psixoloji yorğunluğa səbəb olur, nəticədə məhsuldarlıq azalır və səhvlərin sayı artır".

“Müasir menecment sistemində rəhbərin əsas vəzifəsi bütün işləri özü görmək deyil, işi düzgün təşkil etməkdir. Təəssüf ki, bəzi rəhbərlər bütün məsuliyyəti və icranı öz üzərlərinə götürməyə çalışırlar. Bu isə güclü liderlik deyil, əksinə, idarəetmənin zəif olduğunun göstəricisidir.

Sağlam idarəetmə sistemində iş bölgüsü aydın olmalı, hər bir əməkdaş öz məsuliyyətini bilməli və komandanın ümumi məqsədinə doğru irəliləməlidir. Bunun üçün əsas performans göstəriciləri və bonus mexanizmləri düzgün qurulmalıdır. İşçi hiss etməlidir ki, daha yaxşı nəticə göstərdikcə həm maddi, həm də qeyri-maddi baxımdan bunun qarşılığını alacaq. Motivasiya sistemi düzgün qurulduqda rəhbərin işçilərin yerinə işləməsinə ehtiyac qalmır”, - deyə o əlavə edib.

A.Həsənov bildirib ki, əks hallarda rəhbərlər öz əsas funksiyalarından uzaqlaşır: “Rəhbərin işi qərar vermək, strategiya qurmaq, komandanı inkişaf etdirmək və nəzarət etməkdir. O isə qərarverici olmaq əvəzinə icraçıya çevrilir, ən xırda tapşırıqları belə özü yerinə yetirməyə başlayır. Bu, həm rəhbərin effektivliyini azaldır, həm də komandanın inkişafının qarşısını alır.

Digər tərəfdən, işçilər gələcəkdə rəhbər vəzifəsinə yüksəlmək istəyirlər. Əgər onlar öz rəhbərlərinin davamlı şəkildə gecələr işlədiyini, daim yorğun olduğunu və şəxsi həyatının demək olar ki, olmadığını görürlərsə, həmin vəzifəyə yüksəlmək istəkləri də azalır. Belə deyək, iş mühiti nə qədər ideal olsa da, rəhbərin əziyyət çəkdiyini görən işçi heç vaxt orada işləmək istəməz. Çünki onların gözündə rəhbər olmaq inkişaf deyil, daha çox yük və stress kimi görünür. Bu isə uzunmüddətli perspektivdə şirkətin lider yetişdirmə qabiliyyətinə mənfi təsir göstərir".

İşçi yaxşı işləsin deyə maaş istəyir, müdir maaş artırsın deyə yaxşı iş –  İlk addımı kim atmalıdır? | Valyuta.az

Ekspert hesab edir ki, əlavə iş saatlarının şirkətə təsiri yalnız həmin saatlara görə ödənilən əməkhaqqı ilə məhdudlaşmır: "Adi işçilərin normadan artıq işləməsi müəyyən maliyyət yaradırsa, rəhbər heyətinin davamlı olaraq əlavə saatlar işləməsi şirkət üçün daha böyük iqtisadi itkilərə səbəb olur. Çünki rəhbərlərin əsas vəzifəsi strateji qərarlar qəbul etməkdir. Onların yorğunluğu qərarvermənin keyfiyyətini aşağı salır, səhv qərarların sayını artırır və nəticədə şirkətin gəlirlərinə birbaşa təsir edir".

Onun fikrincə, heç bir şirkətdə davamlı əlavə iş saatları normal idarəetmə modeli hesab edilə bilməz. Biznes yalnız bugünkü nəticələr üçün fəaliyyət göstərmir. Əsas məqsəd uzunmüddətli və davamlı inkişafdır. Əgər bugünkü uğurlar insanların tükənməsi hesabına əldə olunursa, bu model gələcəkdə davamlı olmayacaq.

A.Həsənov əlavə edib ki, əgər hər hansı bir işçi və ya rəhbər normadan artıq çalışırsa, bunun qarşılığında qanunvericiliyə və şirkətin daxili qaydalarına uyğun şəkildə kompensasiya almalıdır. İşçi gördüyü əlavə işin qarşılığını aldıqda təşkilata olan etimadı artır və düşünür ki, yaratdığı dəyər obyektiv şəkildə qiymətləndirilir. Beləliklə, işçi ilə işəgötürən arasında münasibətlər məcburiyyət üzərində deyil, qarşılıqlı dəyər yaratmaq prinsipi üzərində qurulur.

Ekspert sonda qeyd edib ki, rəhbərlərin normadan artıq işləməsinin qarşısını almağın ən effektiv yolu şirkətdə düzgün optimallaşdırma və səmərəli idarəetmə sisteminin qurulmasıdır: “İş yükü komanda üzvləri arasında balanslı şəkildə bölüşdürülməli, hər bir əməkdaş öz məsuliyyətini bilməli və qərarların keyfiyyətli icrasına fokuslanmalıdır. Rəhbər isə operativ işlərlə deyil, strategiya, planlaşdırma və inkişafla məşğul olmalıdır. Bunun ən vacib elementlərindən biri liderlərin davamçılarının yetişdirilməsidir. Güclü şirkət yalnız güclü rəhbərlərlə deyil, eyni zamanda onları əvəz edə biləcək peşəkar komanda üzvləri ilə formalaşır. Rəhbərin olmadığı hallarda belə sistem işləməyə davam etməlidir. İşlərin bir nəfərdən asılı olması sağlam idarəetmə modeli deyil.

Güclü lider bütün işi özü görən insan deyil. Güclü lider elə bir sistem quran şəxsdir ki, özü işdə olmasa belə komanda effektiv işləyir, qərarlar qəbul edilir və biznes dayanmır. Əlavə iş saatlarının minimuma endirilməsi, düzgün planlaşdırma, ədalətli əmək münasibətləri, güclü motivasiya sistemi və liderlərin davamçılarının yetişdirilməsi uzunmüddətli və dayanıqlı biznesin əsas prinsipləridir".

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

40 ölkədən 5 bazara keçən qəhvə brendi rekord nəticə göstərdi

30.06.2026

Fidelity: Kriptovalyutalarda yeni yüksəliş dalğasının başlayacağına heç kim zəmanət verə bilməz

30.06.2026

Son dərəcə sürətli internet aktivləşdirildi - Performans rekordlar qırır

30.06.2026

Agentliyin avtomobilləri 1 800 manatdan satışa çıxarılır

30.06.2026

"Google"un yeni insan təsdiqləmə sistemi ilk sınaqlarda uğursuz oldu

30.06.2026

AYİB-in istiqrazları üzrə hər istiqraza 1 643,06 manat kupon ödəniləcək

30.06.2026

Startapların investisiya cəlb etməsinə təsir edən 5 maraqlı amil

30.06.2026

“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu: Kiberpolisdən əməliyyat - VİDEO

30.06.2026

Mərkəzi Bank virus və kibertəhdidlərə qarşı sistem üçün 625 min manat xərcləyəcək

30.06.2026

"Forbes"ə görə dünyanın ən çox qazanan 10 kontent yaradıcısı

30.06.2026

Davamlı inkişaf reytinqi açıqlandı: Şimali Avropa yenə zirvədə - TOP-20

30.06.2026

İri sahibkarlığa verilən kreditlər 12,9 milyon manat artıb

30.06.2026

Qovunun kilosu 1,2 manatdan 1,7 manata qədər dəyişib

30.06.2026

“Derya” 1,1 milyon dollar investisiya alıb

30.06.2026

Səyahət üçün büdcəni pozmadan pul yığmağın 8 yolu

30.06.2026

"Strategy" 1,25 milyardlıq "Bitcoin" satışı edə bilər

30.06.2026
Xalq Bankın təmir krediti şərtləri

Xalq Bankın təmir krediti şərtləri - 250.000 manatadək

30.06.2026

Kiçik bizneslər böyük şirkətlərlə kadr yarışında necə qalib gələ bilər?

30.06.2026

Daşınmaz əmlakın icbari sığortasında 39 milyonluq geriləmə

30.06.2026

Oyun şirkətinin CEO-su 35 milyard dollarlıq mükafat paketindən niyə imtina etdi?

30.06.2026

Məzənnə

Yüklənir...