Redaktor
"Forbes"ə görə dünyanın ən çox qazanan 10 kontent yaradıcısı
Sosial media artıq təkcə əyləncə platforması deyil, həm də milyardlarla dollarlıq biznesə çevrilib. Dünyanın ən məşhur kontent yaradıcıları (creator) milyonlarla izləyici toplamaqla yanaşı, öz media şirkətlərini qurur, məhsul istehsal edir və müxtəlif sahələrə investisiya yatırırlar.
Valyuta.az xəbər verir ki, "Forbes" 2026-cı il üzrə dünyanın ən güclü və ən çox qazanan 10 kontent yaradıcısının reytinqini açıqlayıb.
Reytinqə daxil olan şəxslərin 2025-ci ilin martından 2026-cı ilin martına qədər əldə etdiyi ümumi gəlir 1,02 milyard dollar təşkil edib. Bu göstərici ötən illə müqayisədə 20%, 2022-ci ildə dərc olunan ilk reytinqlə müqayisədə isə 80% çoxdur.
"Forbes"in məlumatına görə, kontent yaradıcıları artıq təkcə sosial şəbəkələrdə video paylaşmır. Onlar yüzlərlə əməkdaşın çalışdığı studiyalar qurur, reklam kampaniyalarına rəhbərlik edir, film və seriallar istehsal edir, texnologiya şirkətlərinə investisiya yatırır və öz brendlərini yaradırlar.
Məsələn, "YouTube" fenomeni MrBeast (Jimmy Donaldson) media, qida məhsulları, analitika və lisenziyalaşdırma bizneslərini birləşdirən Beast Industries şirkətini idarə edir. Şirkətin bazar dəyərinin təxminən 5 milyard dollar olduğu bildirilir. Bu il şirkət yeniyetmələr üçün investisiya və maliyyə savadlılığı tətbiqi olan Step-i də satın alıb.
Reytinqin ikinci pilləsində Dhar Mann qərarlaşıb. Onun komandası həftə ərzində təxminən 300 milyon baxış toplayan rəqəmsal məzmun hazırlayır. Üçüncü yerdə isə podkast, media və investisiya biznesi ilə tanınan Steven Bartlett yer alıb.
Forbes-in 2026-cı il üzrə ən çox qazanan ilk 10 kontent yaradıcısı:
| Sıra | Ad | Gəlir |
|---|---|---|
| 1 | MrBeast | 300 milyon dollar |
| 2 | Dhar Mann | 65 milyon dollar |
| 3 | Steven Bartlett | 52 milyon dollar |
| 4 | Markiplier | 38 milyon dollar |
| 5 | Rhett & Link | 37 milyon dollar |
| 6 | Charli D’Amelio | 18 milyon dollar |
| 7 | Druski | 20 milyon dollar |
| 8 | IShowSpeed | 30 milyon dollar |
| 9 | Mark Rober | 30 milyon dollar |
| 10 | Codie Sanchez | 31 milyon dollar |
| 30.06.2026 |
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər40 ölkədən 5 bazara keçən qəhvə brendi rekord nəticə göstərdi
30.06.2026Fidelity: Kriptovalyutalarda yeni yüksəliş dalğasının başlayacağına heç kim zəmanət verə bilməz
30.06.2026Son dərəcə sürətli internet aktivləşdirildi - Performans rekordlar qırır
30.06.2026Agentliyin avtomobilləri 1 800 manatdan satışa çıxarılır
30.06.2026"Google"un yeni insan təsdiqləmə sistemi ilk sınaqlarda uğursuz oldu
30.06.2026AYİB-in istiqrazları üzrə hər istiqraza 1 643,06 manat kupon ödəniləcək
30.06.2026Startapların investisiya cəlb etməsinə təsir edən 5 maraqlı amil
30.06.2026“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu: Kiberpolisdən əməliyyat - VİDEO
30.06.2026Mərkəzi Bank virus və kibertəhdidlərə qarşı sistem üçün 625 min manat xərcləyəcək
30.06.2026"Forbes"ə görə dünyanın ən çox qazanan 10 kontent yaradıcısı
30.06.2026Davamlı inkişaf reytinqi açıqlandı: Şimali Avropa yenə zirvədə - TOP-20
30.06.2026İri sahibkarlığa verilən kreditlər 12,9 milyon manat artıb
30.06.2026Qovunun kilosu 1,2 manatdan 1,7 manata qədər dəyişib
30.06.2026“Derya” 1,1 milyon dollar investisiya alıb
30.06.2026Səyahət üçün büdcəni pozmadan pul yığmağın 8 yolu
30.06.2026"Strategy" 1,25 milyardlıq "Bitcoin" satışı edə bilər
30.06.2026