Redaktor
Niyə bütün blogerlər evlərini yeniləyir?
Bir çoxumuz fərqli mövzular üzrə kontent yaradan blogerləri izləyirik. Lakin diqqət çəkən məqamlardan biri odur ki, bu blogerlərin əksəriyyəti müəyyən mərhələdə eyni tipli kontentə – ev yeniləmə prosesinə müraciət edir. Maraqlıdır, niyə məhz ev yeniləmək blogerlər üçün bu qədər cəlbedici kontent formatına çevrilib?
Valyuta.az xəbər verir ki, bu mövzu ilə bağlı marketinq və kontent strategiyası üzrə fikirlərini bölüşən Fidan Lazımova bildirir ki, ev yeniləmə paylaşımlarının əsas məqsədi təkcə interyer dəyişikliyi deyil, izləyicini uzunmüddətli prosesə emosional şəkildə bağlamaqdır.
Onun sözlərinə görə, ev yeniləmə prosesi təbii olaraq mərhələlidir: "Bu proses ardıcıl mərhələlərdən ibarət olduğuna görə gündəlik paylaşımlar, xırda detallar və yarımçıq kadrlar vasitəsilə izləyicini sonda ortaya çıxacaq nəticəyə yönəldir, izləyicinin marağını daim canlı saxlayır. Çünki insan psixologiyası yarımçıq hekayələri sevmir və beynimiz avtomatik olaraq “davamı nə olacaq?” sualına cavab axtarır. İzləyici növbəti mərhələdə rəng seçimi, istifadə olunacaq mebel və markası, məkanın son halının necə olacağını maraqla gözləyir. Beləliklə, bloger hazır və real auditoriya ilə təkcə vizual deyil, emosional bağ da qurmuş olur".
"Bu modelin başqa bir üstünlüyü isə reklam və sponsorluq məzmununun daha təbii şəkildə təqdim edilməsidir. Çünki artıq izləyici prosesi izlədiyi üçün sponsorlu məhsul və ya xidmət kənardan zorla yerləşdirilmiş reklam kimi yox, məntiqi davam kimi qəbul olunur", - deyə o qeyd edib.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGöy üzündə yeni "savaş": "Rocket Lab" "Iridium"u satın alır
30.06.202640 ölkədən 5 bazara keçən qəhvə brendi rekord nəticə göstərdi
30.06.2026Fidelity: Kriptovalyutalarda yeni yüksəliş dalğasının başlayacağına heç kim zəmanət verə bilməz
30.06.2026Son dərəcə sürətli internet aktivləşdirildi - Performans rekordlar qırır
30.06.2026Agentliyin avtomobilləri 1 800 manatdan satışa çıxarılır
30.06.2026"Google"un yeni insan təsdiqləmə sistemi ilk sınaqlarda uğursuz oldu
30.06.2026AYİB-in istiqrazları üzrə hər istiqraza 1 643,06 manat kupon ödəniləcək
30.06.2026Startapların investisiya cəlb etməsinə təsir edən 5 maraqlı amil
30.06.2026“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu: Kiberpolisdən əməliyyat - VİDEO
30.06.2026Mərkəzi Bank virus və kibertəhdidlərə qarşı sistem üçün 625 min manat xərcləyəcək
30.06.2026"Forbes"ə görə dünyanın ən çox qazanan 10 kontent yaradıcısı
30.06.2026Davamlı inkişaf reytinqi açıqlandı: Şimali Avropa yenə zirvədə - TOP-20
30.06.2026İri sahibkarlığa verilən kreditlər 12,9 milyon manat artıb
30.06.2026Qovunun kilosu 1,2 manatdan 1,7 manata qədər dəyişib
30.06.2026“Derya” 1,1 milyon dollar investisiya alıb
30.06.2026Səyahət üçün büdcəni pozmadan pul yığmağın 8 yolu
30.06.2026"Strategy" 1,25 milyardlıq "Bitcoin" satışı edə bilər
30.06.2026