"Strategy" 1,25 milyardlıq "Bitcoin" satışı edə bilər

Redaktor

30.06.2026 14:35
83

"Strategy" 1,25 milyardlıq "Bitcoin" satışı edə bilər

Dünyanın ən böyük korporativ "Bitcoin" sahibi olan "Strategy" (keçmiş MicroStrategy) bu dəfə bazarın gözləntilərinə uyğun addım atıb.

Valyuta.az xəbər verir ki, şirkət yeni "Bitcoin" alışı etməyib və eyni zamanda 1,25 milyard dollara qədər "Bitcoin" sata biləcəyini açıqlayıb.

Şirkət bununla yanaşı, "Rəqəmsal Kredit Kapital Planı"nı (Digital Credit Capital Plan) təqdim edib və nağd pul ehtiyatını 1,4 milyard dollardan 2,55 milyard dollara yüksəldib.

"Strategy" bildirib ki, 2,55 milyard dollarlıq ehtiyat yalnız dividend və faiz ödənişlərinin maliyyələşdirilməsi üçün istifadə olunacaq. Şirkət eyni zamanda ən azı 12 aylıq ödəniş qabiliyyətini qorumağı hədəfləyir.

Yeni plan çərçivəsində ehtiyac yaranacağı təqdirdə, nağd vəsait ehtiyatını gücləndirmək məqsədilə 1,25 milyard dollara qədər "Bitcoin" satışı həyata keçirilə bilər. Satışdan əldə olunacaq vəsait dividend və faiz ödənişlərinin maliyyələşdirilməsinə yönəldilə bilər.

Bundan əlavə, "Strategy" bazardakı qeyri-sabitliyi əsas gətirərək 2 milyard dollarlıq səhm geri alışı proqramı elan edib. Proqrama əsasən, şirkət 1 milyard dollara qədər STRC və digər rəqəmsal kredit məhsullarını, həmçinin 1 milyard dollara qədər MSTR səhmlərini geri ala biləcək.

Şirkət həmçinin STRC səhmləri üzrə dividend gəlirliliyini 11,5%-dən 12%-ə qaldırdığını açıqlayıb. Bu addım bazar iştirakçıları tərəfindən uzun müddətdir gözlənilən qərarlardan biri hesab olunurdu.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

40 ölkədən 5 bazara keçən qəhvə brendi rekord nəticə göstərdi

30.06.2026

Fidelity: Kriptovalyutalarda yeni yüksəliş dalğasının başlayacağına heç kim zəmanət verə bilməz

30.06.2026

Son dərəcə sürətli internet aktivləşdirildi - Performans rekordlar qırır

30.06.2026

Agentliyin avtomobilləri 1 800 manatdan satışa çıxarılır

30.06.2026

"Google"un yeni insan təsdiqləmə sistemi ilk sınaqlarda uğursuz oldu

30.06.2026

AYİB-in istiqrazları üzrə hər istiqraza 1 643,06 manat kupon ödəniləcək

30.06.2026

Startapların investisiya cəlb etməsinə təsir edən 5 maraqlı amil

30.06.2026

“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu: Kiberpolisdən əməliyyat - VİDEO

30.06.2026

Mərkəzi Bank virus və kibertəhdidlərə qarşı sistem üçün 625 min manat xərcləyəcək

30.06.2026

"Forbes"ə görə dünyanın ən çox qazanan 10 kontent yaradıcısı

30.06.2026

Davamlı inkişaf reytinqi açıqlandı: Şimali Avropa yenə zirvədə - TOP-20

30.06.2026

İri sahibkarlığa verilən kreditlər 12,9 milyon manat artıb

30.06.2026

Qovunun kilosu 1,2 manatdan 1,7 manata qədər dəyişib

30.06.2026

“Derya” 1,1 milyon dollar investisiya alıb

30.06.2026

Səyahət üçün büdcəni pozmadan pul yığmağın 8 yolu

30.06.2026

"Strategy" 1,25 milyardlıq "Bitcoin" satışı edə bilər

30.06.2026
Xalq Bankın təmir krediti şərtləri

Xalq Bankın təmir krediti şərtləri - 250.000 manatadək

30.06.2026

Kiçik bizneslər böyük şirkətlərlə kadr yarışında necə qalib gələ bilər?

30.06.2026

Daşınmaz əmlakın icbari sığortasında 39 milyonluq geriləmə

30.06.2026

Oyun şirkətinin CEO-su 35 milyard dollarlıq mükafat paketindən niyə imtina etdi?

30.06.2026

Məzənnə

Yüklənir...