Startapların investisiya cəlb etməsinə təsir edən 5 maraqlı amil

Redaktor

30.06.2026 17:20
52

Startapların investisiya cəlb etməsinə təsir edən 5 maraqlı amil

İnvestisiya cəlb etmək istəyən hər bir startap ilk növbədə güclü ideya, peşəkar komanda və dayanıqlı biznes modeli qurmağa çalışır. Ancaq araşdırmalar göstərir ki, investorların qərarına bəzən gözlənilməz amillər də təsir edir..

Valyuta.az xəbər verir ki, araşdırmalar startaplarda investisiya cəlb etməyə təsir edən 5 maraqlı tendensiyanı ortaya qoyub.

1. Fərqli adlara malik startaplar ilkin mərhələdə daha çox investisiya cəlb edir

"Venture Capital" jurnalında dərc olunan araşdırmaya görə, qeyri-adi və yadda qalan adlara malik startaplar investorların diqqətini daha çox çəkir. Xüsusilə biznesin ilk mərhələlərində fərqli ad şirkətin rəqiblər arasında seçilməsinə kömək edir.

2. Sonrakı mərhələlərdə fərqli ad üstünlük yaratmır

Şirkət böyüdükdən sonra investorlar artıq adla deyil, maliyyə nəticələri, gəlirlər və biznes modelinin dayanıqlılığı ilə maraqlanırlar. Araşdırmaya görə, bu mərhələdə qeyri-adi adlar hətta bəzi investorlar üçün mənfi təsir yarada bilər.

3. Kiçik şəhərlərdə fəaliyyət göstərən startaplar da böyük investisiyalar ala bilir

İnvestisiya almaq üçün mütləq San-Fransisko və ya Nyu-York kimi böyük şəhərlərdə fəaliyyət göstərmək vacib deyil. ABŞ-da Ostin, Plano və San Mateo kimi nisbətən kiçik şəhərlərdə də startaplar böyük həcmdə maliyyə cəlb edə bilirlər.

4. Böyük şəhərlərdə texnologiya startapları üstünlük təşkil edir

Araşdırmaya əsasən, iri şəhərlərdə investorlar əsasən texnologiya şirkətlərinə üstünlük verirlər. Kiçik şəhərlərdə isə texnologiyadan kənar sahələrdə fəaliyyət göstərən startaplar da daha çox maliyyələşmə əldə edə bilir.

5. Səhiyyə texnologiyaları investorların əsas diqqət mərkəzindədir

Xarici ölkələrdə biotexnologiya, əczaçılıq və digər səhiyyə texnologiyaları sahəsində fəaliyyət göstərən startaplar texnologiya sektorunda ən çox investisiya alan şirkətlər sırasında yer alır.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

40 ölkədən 5 bazara keçən qəhvə brendi rekord nəticə göstərdi

30.06.2026

Fidelity: Kriptovalyutalarda yeni yüksəliş dalğasının başlayacağına heç kim zəmanət verə bilməz

30.06.2026

Son dərəcə sürətli internet aktivləşdirildi - Performans rekordlar qırır

30.06.2026

Agentliyin avtomobilləri 1 800 manatdan satışa çıxarılır

30.06.2026

"Google"un yeni insan təsdiqləmə sistemi ilk sınaqlarda uğursuz oldu

30.06.2026

AYİB-in istiqrazları üzrə hər istiqraza 1 643,06 manat kupon ödəniləcək

30.06.2026

Startapların investisiya cəlb etməsinə təsir edən 5 maraqlı amil

30.06.2026

“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu: Kiberpolisdən əməliyyat - VİDEO

30.06.2026

Mərkəzi Bank virus və kibertəhdidlərə qarşı sistem üçün 625 min manat xərcləyəcək

30.06.2026

"Forbes"ə görə dünyanın ən çox qazanan 10 kontent yaradıcısı

30.06.2026

Davamlı inkişaf reytinqi açıqlandı: Şimali Avropa yenə zirvədə - TOP-20

30.06.2026

İri sahibkarlığa verilən kreditlər 12,9 milyon manat artıb

30.06.2026

Qovunun kilosu 1,2 manatdan 1,7 manata qədər dəyişib

30.06.2026

“Derya” 1,1 milyon dollar investisiya alıb

30.06.2026

Səyahət üçün büdcəni pozmadan pul yığmağın 8 yolu

30.06.2026

"Strategy" 1,25 milyardlıq "Bitcoin" satışı edə bilər

30.06.2026
Xalq Bankın təmir krediti şərtləri

Xalq Bankın təmir krediti şərtləri - 250.000 manatadək

30.06.2026

Kiçik bizneslər böyük şirkətlərlə kadr yarışında necə qalib gələ bilər?

30.06.2026

Daşınmaz əmlakın icbari sığortasında 39 milyonluq geriləmə

30.06.2026

Oyun şirkətinin CEO-su 35 milyard dollarlıq mükafat paketindən niyə imtina etdi?

30.06.2026

Məzənnə

Yüklənir...