Redaktor
Azərbaycanda startap şirkəti 70 min manat maaşa işçi axtarır
Azərbaycanın ilk smart parking platforması olan Paride LLC "Operations Manager" (Əməliyyatlar üzrə menecer) vakansiyası elan edib.
Valyuta.az xəbər verir ki, şirkət bu vəzifə üzrə illik 70 min manat əməkhaqqı və nəticəyə əsaslanan bonus təklif edir. Bu isə aylıq hesabla təxminən 5 833 manat, yəni 6 min manata yaxın maaş deməkdir.
Vəzifə tələblərində bildirilir ki, vakansiya üzrə seçilən namizəd satış, əməliyyat və texniki komandaların fəaliyyətini koordinasiya etməli, proseslərin qurulması və optimallaşdırılması ilə məşğul olmalı, KPI-ları izləməli və nəticəyönümlü idarəetməni təmin etməli, böyüyən texnologiya platformasının əməliyyatlarını idarə etməli, həmçinin performansın təhlili və hesabatlılığına cavabdeh olmalıdır.
Eyni zamanda şirkətin tələblərinə əsasən, namizədlərin əməliyyat və ya rəhbərlik sahəsində minimum 3-5 il iş təcrübəsi, texnologiya və ya startap mühitində işləmək bacarığı, güclü liderlik və komanda idarəetmə bacarıqları, Azərbaycan dilini bilməsi, həmçinin CRM və analitika sistemləri ilə iş təcrübəsi olmalıdır.
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Sərvanə Rəmixanova