Redaktor
ABŞ-də yüksək maaşlılar üçün yaşamaq ən sərfəli olan ştatlar açıqlandı
Yaşayış yeri seçimi, hətta yüksək gəlir əldə edən insanlar üçün belə, asan qərar deyil. Bu seçimə təsir göstərən bir çox amil mövcuddur.
"Redfin"in məlumatına görə, onların arasında ən vaciblərindən biri yaşayışın əlçatanlığıdır. Çünki yaşayış xərclərinin yüksək olduğu ştatlarda yüksək maaşlar belə öz təsirini itirir və insanların maliyyə məqsədlərinə çatmasını çətinləşdirir.
Ştat seçərkən nəzərə alınmalı digər mühüm amil isə məşğulluq imkanlarıdır. Müxtəlif sahələrdə davamlı iqtisadi inkişafın müşahidə olunduğu və ixtisaslı kadrlara tələbatın yüksək olduğu ştatlar insanlara peşəkar bacarıqlarını inkişaf etdirmək, eləcə də gəlirlərini artırmaq üçün daha geniş imkanlar yaradır.
"Affordable Contractors Insurance" şirkətinin apardığı son araşdırmada yaşayış xərcləri, əməkhaqqı artımı, orta illik əməkhaqqı, gəlir vergisi dərəcələri və əmək bazarı göstəriciləri əsasında yüksək gəlir əldə edən şəxslər üçün ən əlverişli 10 ştat müəyyən edilib:
Siyahıda yer alan ilk altı ştat aşağıdakılardır:
• "Florida" – Əlçatanlıq indeksi 66, orta illik əməkhaqqı 66 352 ABŞ dolları, orta əməkhaqqı artımı 5,1 faiz, ştat gəlir vergisi 0 faiz, məşğulluq səviyyəsi 96,2 faiz, əmək bazarında iştirak səviyyəsi 60 faiz, gəlir potensialı indeksi 99.
• "Kolorado" – Əlçatanlıq indeksi 95, orta illik əməkhaqqı 77 272 ABŞ dolları, əməkhaqqı artımı 4,2 faiz, ştat gəlir vergisi 4 faiz, məşğulluq səviyyəsi 95,8 faiz, əmək bazarında iştirak 68,8 faiz, gəlir potensialı indeksi 90.
• "Vaşinqton" – Əlçatanlıq indeksi 99, orta illik əməkhaqqı 92 612 ABŞ dolları, əməkhaqqı artımı 5,8 faiz, ştat gəlir vergisi 7 faiz, məşğulluq səviyyəsi 95,5 faiz, əmək bazarında iştirak 64,6 faiz, gəlir potensialı indeksi 88.
• "Şimali Dakota" – Əlçatanlıq indeksi 81, orta illik əməkhaqqı 65 364 ABŞ dolları, əməkhaqqı artımı 3,3 faiz, ştat gəlir vergisi 1,95–2,5 faiz, məşğulluq səviyyəsi 97,5 faiz, əmək bazarında iştirak 70,5 faiz, gəlir potensialı indeksi 87.
• "Texas" – Əlçatanlıq indeksi 92, orta illik əməkhaqqı 72 592 ABŞ dolları, əməkhaqqı artımı 3,1 faiz, ştat gəlir vergisi 0 faiz, məşğulluq səviyyəsi 95,9 faiz, əmək bazarında iştirak 64,2 faiz, gəlir potensialı indeksi 86.
• "Cənubi Dakota" – Əlçatanlıq indeksi 62, orta illik əməkhaqqı 57 304 ABŞ dolları, əməkhaqqı artımı 3 faiz, ştat gəlir vergisi 0 faiz, məşğulluq səviyyəsi 98,1 faiz, əmək bazarında iştirak 69 faiz, gəlir potensialı indeksi 85.
Araşdırma göstərir ki, yüksək gəlir əldə etmək üçün yalnız yüksək maaş kifayət etmir. Yaşayış xərclərinin aşağı olması, vergi yükünün azlığı və güclü əmək bazarı birlikdə insanların real gəlirlərini artıran əsas amillər hesab olunur. Bu baxımdan, xüsusilə gəlir vergisinin tətbiq edilmədiyi və əmək bazarının dinamik olduğu ştatlar yüksək gəlirli mütəxəssislər üçün daha cəlbedici seçim kimi qiymətləndirilir.
Tənzilə Ağabalayeva