Cənubi Koreyadan 1,2 trilyon dollar layihə

Redaktor

29.06.2026 16:11
63

Cənubi Koreyadan 1,2 trilyon dollar layihə

Asiyanın dördüncü ən böyük iqtisadiyyatına malik Cənubi Koreya yaxın illərdə yarımkeçirici istehsalı və süni intellekt sahəsində potensialını artırmaq məqsədilə təxminən 1,2 trilyon dollar həcmində investisiya proqramı həyata keçirəcəyini açıqlayıb.

Valyuta.az BBC-yə istinadən xəbər verir ki, təşəbbüs "Üç Meqa Layihə" proqramı çərçivəsində həyata keçiriləcək. Proqram yeni yarımkeçirici istehsalı mərkəzlərinin, süni intellekt məlumat mərkəzlərinin və robot texnologiyaları infrastrukturlarının yaradılmasını, eyni zamanda Seuldan kənar regionların sənaye inkişafının sürətləndirilməsini nəzərdə tutur.

Cənubi Koreya Prezidenti Li Ce Myon bildirib ki, proqramın əsas məqsədlərindən biri paytaxtdan kənar regionların iqtisadi inkişafını sürətləndirmək və sənaye fəaliyyətini ölkə üzrə daha balanslı şəkildə bölüşdürməkdir.

Prezident Li proqramın detallarını ölkənin ən böyük yarımkeçirici istehsalçıları olan "Samsung" və "SK Hynix" şirkətlərinin rəhbərlərinin iştirakı ilə keçirilən və televiziya vasitəsilə canlı yayımlanan tədbirdə açıqlayıb.

Dövlət başçısı çıxışında bildirib: "Biz süni intellektin əsas elementlərini bütün digər ölkələrdən daha sürətli təmin etməliyik".

O əlavə edib ki, yarımkeçiricilər, fiziki süni intellekt texnologiyaları və süni intellekt məlumat mərkəzləri ölkənin texnoloji inkişafının üç əsas istiqamətini təşkil edir.

Layihə çərçivəsində ölkənin cənub-qərbində "Samsung" və "SK Hynix"in iştirakı ilə yeni yarımkeçirici istehsalı kompleksi inşa ediləcək. Kompleksə 800 trilyon von (təxminən 520 milyard ABŞ dolları) həcmində investisiya yatırılması planlaşdırılır.

Hökumət növbəti 10 il ərzində süni intellekt məlumat mərkəzlərinin inkişafına yönəlmiş əlavə 1 kvadrilyon von (təxminən 650 milyard ABŞ dolları) həcmində investisiya proqramını da açıqlayıb.

Bundan başqa, Seuldan kənarda yeni süni intellekt infrastrukturu obyektlərinin tikintisi nəzərdə tutulur.

Prezident Li daha əvvəl yaydığı yazılı açıqlamada bildirib ki, sənayenin əsasən Seulda cəmləşməsi regionların inkişafdan geri qalmasına səbəb olur. O, proqramı ölkənin gələcəyi baxımından "həyatda qalma məsələsi" adlandırıb.

Layihələrin həyata keçirilməsi üçün böyük həcmdə su ehtiyatına ehtiyac yaranacaq. Prezidentin sözlərinə görə, aparılan qiymətləndirmələr regionun gündəlik 1 milyon ton sənaye suyu ilə təmin edilməsinin mümkün olduğunu göstərir.

Məlumata görə, "Google", "Amazon" və "Meta" da daxil olmaqla ABŞ-ın aparıcı texnologiya şirkətləri bu il süni intellekt texnologiyalarına ümumilikdə 650 milyard ABŞ dolları investisiya yatıracaqlarını açıqlayıblar.

Artan tələbat fonunda "SK Hynix"in bazar dəyəri may ayında 1 trilyon ABŞ dolları həddini ötüb. (**düzəliş edildi**)

Süni intellekt sistemlərində istifadə olunan çiplərə qlobal tələbatın sürətlə artması yarımkeçirici bazarında təchizat üzərində təzyiqi artırıb və qiymətlərin yüksəlməsinə səbəb olub. Bir sıra texnologiya şirkətləri də komponent xərclərinin artmasını əsas gətirərək məhsullarının qiymətlərini artırdıqlarını bildiriblər.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

ABŞ-də yüksək maaşlılar üçün yaşamaq ən sərfəli olan ştatlar açıqlandı

29.06.2026

Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır

29.06.2026

Azərbaycanın avtomobil bazarında qiymətlər maya dəyərindən aşağı düşüb

29.06.2026

Startaplar üçün 5 mühüm uğur amili

29.06.2026

Texnologiya tarixinin ən bahalı şirkət satınalmaları

29.06.2026

Qarabağ Universitetində 7,29 milyon manatlıq layihə həyata keçiriləcək

29.06.2026

"Google" "Meta"nın "Gemini" modellərinə çıxışını məhdudlaşdırdı

29.06.2026

"Meta"nın yeni planı üzə çıxdı: "Facebook"a mərc sistemi gələ bilər

29.06.2026

"Bitcoin"də iyul ayı gözləntiləri: Analitiklər kritik qiymət səviyyələrini açıqladı

29.06.2026

Cənubi Koreyadan 1,2 trilyon dollar layihə

29.06.2026

Niyə hələ milyonçu deyilsiniz? Hər gün 1000 nəfər bunu bacarır!

29.06.2026

“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!  ®

29.06.2026

6 minifutbol meydançasının təmiri üçün 1,24 milyon manatlıq layihə

29.06.2026

Sürücü hazırlığına investisiya niyə vacibdir?  ®

29.06.2026

"Instagram" istifadəçilərə alqoritmi dəyişmək imkanı verəcək

29.06.2026

İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

29.06.2026

Mağazalar sizi daha bahalı məhsul almağa necə razı salır?

29.06.2026

Azərbaycanda startap şirkəti 70 min manat maaşa işçi axtarır

29.06.2026

Azərbaycanda kriptoaktivlərlə bağlı metodologiya hazırlanıb

29.06.2026

Avtomobil sənayesində böhran dərinləşir: Avropalı istehsalçılar təzyiq altında

29.06.2026

Məzənnə

Yüklənir...