Sürücü hazırlığına investisiya niyə vacibdir? 

Redaktor

29.06.2026 15:02
348

Sürücü hazırlığına investisiya niyə vacibdir?  ®

Yol hərəkətinin təhlükəsizliyi hər bir yol iştirakçısının məsuliyyətli davranışı, sürücülərin peşəkarlığı, müasir texnologiyaların tətbiqi və maarifləndirmə tədbirlərinin vəhdəti ilə formalaşır. Nəqliyyat vasitələrinin və infrastrukturun inkişafı ilə yanaşı, bu amillər daha təhlükəsiz yol mühitinin yaradılmasında mühüm rol oynayır. 

Rəqəmsal mobillik platformaları da təhlükəsizliyin artırılması üçün müxtəlif texnoloji həllər və maarifləndirmə təşəbbüsləri həyata keçirirlər. 

Təhlükəsizlik texnologiya ilə başlayır 

Müasir tətbiqlər istifadəçilərə səfər zamanı əlavə təhlükəsizlik imkanları təqdim edir. Məsələn, Bolt tətbiqində avtomobilə əyləşməzdən əvvəl sürücünün adı, şəkli, avtomobilin markası və dövlət qeydiyyat nişanını yoxlamaq mümkündür.

Bundan əlavə, tətbiqdə mövcud olan "Gedişin təsdiq kodu" (Pickup Code) funksiyası sərnişinin düzgün avtomobilə əyləşməsinə kömək edir. "Səfəri paylaş" funksiyası isə marşrutu ailə üzvləri və ya yaxınlarla bölüşməyə imkan verir. İstifadəçilər həmçinin tətbiqdə yerləşən təhlükəsizlik alətləri vasitəsilə zərurət yarandıqda operativ şəkildə dəstək ala və qarşılaşdıqları hər hansı qeyri-etik davranış barədə məlumat verə bilərlər. 

Lakin təhlükəsizliyin təmin olunması yalnız texnoloji həllərlə məhdudlaşmır. Ən vacib amillərdən biri peşəkar və məsuliyyətli sürücülərin hazırlanmasıdır.

Təhlükəsiz yollar peşəkar sürücülərlə başlayır 

Sürücülərin peşəkar hazırlığına töhfə vermək məqsədilə Bolt Azərbaycanda "Bolt Akademiyası" təşəbbüsünü həyata keçirir. 

Layihənin məqsədi platformada fəaliyyət göstərən sürücülərin peşəkar bilik və bacarıqlarını artırmaq, onların peşəkar sertifikat əldə etmələrinə dəstək olmaq və ümumilikdə yol hərəkəti təhlükəsizliyi mədəniyyətinin inkişafına töhfə verməkdir. 

Bolt Akademiyası çərçivəsində bu günədək Azərbaycanın beş şəhərində 3000-dən çox sürücü Bolt-un maliyyə dəstəyi ilə peşəkar hazırlıq keçərək sertifikat əldə etmək imkanı qazanıb. Bolt şirkətinin taksi xidməti üzrə Baş meneceri İlkin Zeynallı qeyd edib: “Yol təhlükəsizliyi yalnız texnologiya ilə təmin olunmur. Bunun üçün sürücülərin peşəkar hazırlığı, maarifləndirmə və bütün tərəflərin əməkdaşlığı vacibdir. Bolt olaraq inanırıq ki, təhlükəsiz mobillik ekosistemi yalnız uzunmüddətli investisiyalar və təhsil təşəbbüsləri ilə formalaşa bilər".

Yol təhlükəsizliyi maarifləndirmə ilə güclənir 

Yol təhlükəsizliyi istiqamətində həyata keçirilən təşəbbüslər yalnız sürücülərlə məhdudlaşmır. Bolt "Yol Təhlükəsizliyi" (Road Safety) proqramı çərçivəsində Xaçmaz, Qusar, Qəbələ və digər regionlarda məktəbləri ziyarət edərək şagirdlər üçün maarifləndirici sessiyalar keçirib. Proqram çərçivəsində təhlükəsiz yol davranışını təşviq etmək məqsədilə məktəblilər arasında yol təhlükəsizliyinə həsr olunmuş müsabiqə də təşkil olunub. Təşəbbüsün əsas məqsədi uşaq və yeniyetmələrdə yol hərəkəti qaydaları ilə bağlı biliklərin artırılması və erkən yaşlardan məsuliyyətli yol hərəkəti mədəniyyətinin formalaşdırılmasıdır. 

Yol təhlükəsizliyinin artırılması uzunmüddətli və birgə yanaşma tələb edir. Bu istiqamətdə texnoloji həllər, peşəkar sürücü hazırlığı və maarifləndirmə təşəbbüsləri bir-birini tamamlayan vacib elementlərdir. Bolt da bu istiqamətdə həyata keçirdiyi layihələrlə Azərbaycanda daha təhlükəsiz mobillik mühitinin formalaşmasına töhfə verməyi hədəfləyir. 

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

ABŞ-də yüksək maaşlılar üçün yaşamaq ən sərfəli olan ştatlar açıqlandı

29.06.2026

Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır

29.06.2026

Azərbaycanın avtomobil bazarında qiymətlər maya dəyərindən aşağı düşüb

29.06.2026

Startaplar üçün 5 mühüm uğur amili

29.06.2026

Texnologiya tarixinin ən bahalı şirkət satınalmaları

29.06.2026

Qarabağ Universitetində 7,29 milyon manatlıq layihə həyata keçiriləcək

29.06.2026

"Google" "Meta"nın "Gemini" modellərinə çıxışını məhdudlaşdırdı

29.06.2026

"Meta"nın yeni planı üzə çıxdı: "Facebook"a mərc sistemi gələ bilər

29.06.2026

"Bitcoin"də iyul ayı gözləntiləri: Analitiklər kritik qiymət səviyyələrini açıqladı

29.06.2026

Cənubi Koreyadan 1,2 trilyon dollar layihə

29.06.2026

Niyə hələ milyonçu deyilsiniz? Hər gün 1000 nəfər bunu bacarır!

29.06.2026

“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!  ®

29.06.2026

6 minifutbol meydançasının təmiri üçün 1,24 milyon manatlıq layihə

29.06.2026

Sürücü hazırlığına investisiya niyə vacibdir?  ®

29.06.2026

"Instagram" istifadəçilərə alqoritmi dəyişmək imkanı verəcək

29.06.2026

İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

29.06.2026

Mağazalar sizi daha bahalı məhsul almağa necə razı salır?

29.06.2026

Azərbaycanda startap şirkəti 70 min manat maaşa işçi axtarır

29.06.2026

Azərbaycanda kriptoaktivlərlə bağlı metodologiya hazırlanıb

29.06.2026

Avtomobil sənayesində böhran dərinləşir: Avropalı istehsalçılar təzyiq altında

29.06.2026

Məzənnə

Yüklənir...