Redaktor
Startaplar üçün 5 mühüm uğur amili
Startap şirkətləri yeni doğulmuş körpələr kimidir; onların inkişafı üçün şirkəti idarə edən şəxslərin maksimum diqqət və səyi tələb olunur. Bu şəxslər biznesi uğurla idarə etməyin yeni yollarını araşdırmalı və bütün detalları dərindən anlamalıdırlar. Şirkətin təsisçisi olaraq, arzuladığınız nəticələrə nail olmaq üçün diqqətinizi hansı məsələlərə yönəltməli olduğunuzu düzgün müəyyənləşdirməlisiniz.
Mövcud 24 saatdan maksimum səmərə ilə istifadə edərək şirkətinizi gəlir gətirən biznesə çevirməlisiniz. İlk növbədə hansı istiqamətə diqqət yetirəcəyinizi bilmək uğurun əsas açarlarından biridir.
Bəs bu kifayət edirmi? Gəlin, startapların uğur qazanmasına təsir edən əsas amillərə nəzər salaq.
1. Təsisçi uğurun əsas amilidir
Təsisçi hər bir startap üçün oksigen rolunu oynayır. Şirkətin uğuru da, uğursuzluğu da böyük ölçüdə ondan asılıdır. Təsisçinin atmalı olduğu ən vacib addımlardan biri uyğun namizədi uyğun vəzifəyə təyin etməkdir. Doğru insanın doğru mövqedə olması şirkətin inkişafına böyük töhfə verə bilər.
Şirkətin səkkiz təsisçisi olması onun avtomatik olaraq güclü olması demək deyil. Əksinə, düzgün idarəetmə olmadıqda belə şirkətlər də qısa müddətdə fəaliyyətini dayandıra bilər.
Bu səbəbdən biznesi hərtərəfli anlamaq və bütün proseslərə bələd olmaq startapın uğur qazanmasının ən mühüm şərtlərindən biridir.
2. Atdığınız addımlar həlledici əhəmiyyət daşıyır
Necə ki, bitkilərin böyüməsi üçün onları hər gün suvarmaq və qidalandırmaq lazımdır, startapın da inkişaf etməsi üçün davamlı dəstəyə və düzgün idarəetməyə ehtiyacı var. Atacağınız addımlar şirkətin sağlam inkişafını təmin etməlidir.
Resursları düzgün istiqamətləndirməsəniz, startap susuz qalan ağac kimi tədricən zəifləyəcək. Buna görə planlarınızı diqqətlə hazırlayın və qərarlarınızı məqsədyönlü şəkildə həyata keçirin.
3. Bazara hansı məhsulu təqdim etmək istəyirsiniz?
Məhsulu bazara çıxarmazdan əvvəl onun bazardakı ən yaxşı həllərdən biri olduğuna əmin olun. Məhsulunuzun yaxşı olduğunu düşünməyiniz onun həqiqətən də müştərilərin ehtiyaclarını qarşılayacağı anlamına gəlmir.
Məhsulu təqdim etməzdən əvvəl geniş araşdırma aparın, bazarı öyrənin və potensial müştərilər arasında sorğular keçirin. Əgər təqdim etdiyiniz məhsul həqiqətən faydalı və dəyərli olarsa, startapınız bazarda möhkəmlənəcək və gəlir əldə edəcək.
4. Münasibətiniz böyük rol oynayır
Uğurunuzun əsas müəyyənedicilərindən biri sizin düşüncə tərziniz və işə münasibətinizdir. Mənfi düşüncə həm sizi, həm də şirkətinizi geriyə aparacaq.
Əgər çalışacağınıza və şirkətin inkişafına töhfə verəcəyinizə inanırsınızsa, biznesiniz daha da güclənəcək və gəlir əldə edəcək. Əksinə, işə mənfi yanaşma şirkətin fəaliyyətinə ciddi mənfi təsir göstərə bilər.
Hər hansı qərarla bağlı tərəddüd edirsinizsə, tələsməyin. Təcrübəli şəxslərlə məsləhətləşin və yalnız bundan sonra qərar verin. Bu yanaşma şübhələrinizin böyük hissəsini aradan qaldırmağa kömək edəcək.
5. Davamlı pul axınını təmin edin
Startapın davamlı inkişafı üçün ən vacib amillərdən biri sabit pul axınının təmin edilməsidir. Biznesinizə investisiya qoymağa hazır olan müxtəlif investorları müəyyənləşdirməli və onlarla əməkdaşlıq qurmalısınız.
Son illərdə investorların perspektivli və özünü doğrultmuş bizneslərə marağı artıb. Belə investorları araşdırın, onlarla etibarlı və uzunmüddətli münasibətlər qurmağa çalışın.
Nəticə etibarilə, uğurlu startap qurmaq üçün beş əsas amil ön plana çıxır: güclü təsisçi, düzgün qərarlar və fəaliyyət planı, bazarın tələblərinə cavab verən məhsul, müsbət və məqsədyönlü yanaşma, həmçinin davamlı maliyyə axınının təmin edilməsi. Bu prinsiplərə əməl etmək startapın uzunmüddətli uğur şansını əhəmiyyətli dərəcədə artırır.
Tənzilə Ağabalayeva