"Bitcoin"də iyul ayı gözləntiləri: Analitiklər kritik qiymət səviyyələrini açıqladı

Redaktor

29.06.2026 16:16
53

"Bitcoin"də iyul ayı gözləntiləri: Analitiklər kritik qiymət səviyyələrini açıqladı

Kriptovalyuta bazarının ən böyük aktivi olan "Bitcoin" (BTC) iyun ayında təxminən 18,5 faiz dəyər itirərək son illərin ən kəskin aylıq enişlərindən birini yaşayıb. Hazırda 60 min dollar səviyyəsində möhkəmlənməyə çalışan "Bitcoin" üzrə investorların diqqəti iyul ayına yönəlib.

Valyuta.az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, texniki göstəricilər və tarixi statistika bazarın növbəti istiqamətini müəyyənləşdirmək baxımından mühüm siqnallar verir.

Qısa mövqelərin cəmləşməsi diqqət çəkir

Satış təzyiqinin davam etdiyi bir vaxtda "Binance" platformasında BTC/USDT cütlüyü üzrə likvidasiya istilik xəritəsi cari qiymətin bir qədər yuxarısında böyük həcmdə qısa (short) mövqelərin cəmləşdiyini göstərir.

Analitiklərin fikrincə, bu vəziyyət qiymətin kəskin yüksəlməsi halında "short squeeze" adlandırılan prosesə səbəb ola bilər. Bu halda qısa mövqedə olan investorlar zərərlərini məhdudlaşdırmaq üçün mövqelərini bağlamağa məcbur qalacaq ki, bu da qiymət artımını daha da sürətləndirə bilər.

67 645 dollar əsas müqavimət səviyyəsi hesab olunur

Texniki təhlilə əsasən, 67 645 dollar səviyyəsi bazar üçün mühüm müqavimət zonası hesab edilir.

Bu səviyyədə təxminən 247,39 milyon dollar həcmində ani likvidasiya riski, ümumilikdə isə 2,26 milyard dollar dəyərində qısa mövqe cəmləşib. Analitiklər qeyd edirlər ki, bu cür likvidlik zonaları qiymət hərəkətlərinin sürətlənməsinə səbəb ola bilər.

İyul statistikası nikbinlik yaradır

"CoinGlass"ın məlumatına görə, "Bitcoin" iyun aylarında orta hesabla 1,4 faiz ucuzlaşdığı halda, iyul aylarında orta hesabla 7,6 faiz bahalaşıb. Tarixi göstəricilərə əsasən, "Bitcoin" 2018-ci ilin iyulunda 20,96 faiz, 2022-ci ilin iyulunda isə 16,8 faiz yüksəlib.

Daha yaxın dövrdə isə kriptovalyuta 2024-cü ilin iyulunda 2,95 faiz, 2025-ci ilin iyulunda isə 8,13 faiz dəyər qazanıb.

Mümkün qiymət ssenariləri

Tarixi orta göstəricilər nəzərə alınarsa, iyul ayında orta hesabla 7,6 faizlik artım "Bitcoin"in qiymətini təxminən 64 500 dollara çatdıra bilər. Qiymətin 10,3 faiz artacağı təqdirdə isə məzənnənin 66 100 dollar səviyyəsinə yüksəlməsi mümkündür.

Daha güclü bərpa ssenarisində qiymətin 70–72,5 min dollar aralığına yüksələcəyi ehtimal olunur. Bəzi analitiklər optimist ssenaridə 75 min dollar səviyyəsinin də gündəmdə olduğunu bildirirlər.

Eniş riskləri hələ də qalır

Bununla yanaşı, texniki göstəricilər aşağı istiqamətli risklərin tam aradan qalxmadığını göstərir. Analitiklərin fikrincə, "Bitcoin"in 200 həftəlik sadə hərəkətli orta göstərici olan təxminən 62 445 dollar səviyyəsindən aşağıda ticarət olunması bazarda zəif tendensiyanın davam etdiyini göstərir.

Bundan əlavə, qrafikdə müşahidə olunan "ayı bayrağı" forması aşağı istiqamətdə qırılarsa, satış təzyiqi daha da güclənə bilər.

Mütəxəssislər hesab edirlər ki, "Bitcoin" yaxın müddətdə uzunmüddətli hərəkətli ortalamanın üzərinə qayıda bilməsə, qiymət 55 min dollar səviyyəsinə qədər geriləyə bilər.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

ABŞ-də yüksək maaşlılar üçün yaşamaq ən sərfəli olan ştatlar açıqlandı

29.06.2026

Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır

29.06.2026

Azərbaycanın avtomobil bazarında qiymətlər maya dəyərindən aşağı düşüb

29.06.2026

Startaplar üçün 5 mühüm uğur amili

29.06.2026

Texnologiya tarixinin ən bahalı şirkət satınalmaları

29.06.2026

Qarabağ Universitetində 7,29 milyon manatlıq layihə həyata keçiriləcək

29.06.2026

"Google" "Meta"nın "Gemini" modellərinə çıxışını məhdudlaşdırdı

29.06.2026

"Meta"nın yeni planı üzə çıxdı: "Facebook"a mərc sistemi gələ bilər

29.06.2026

"Bitcoin"də iyul ayı gözləntiləri: Analitiklər kritik qiymət səviyyələrini açıqladı

29.06.2026

Cənubi Koreyadan 1,2 trilyon dollar layihə

29.06.2026

Niyə hələ milyonçu deyilsiniz? Hər gün 1000 nəfər bunu bacarır!

29.06.2026

“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!  ®

29.06.2026

6 minifutbol meydançasının təmiri üçün 1,24 milyon manatlıq layihə

29.06.2026

Sürücü hazırlığına investisiya niyə vacibdir?  ®

29.06.2026

"Instagram" istifadəçilərə alqoritmi dəyişmək imkanı verəcək

29.06.2026

İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

29.06.2026

Mağazalar sizi daha bahalı məhsul almağa necə razı salır?

29.06.2026

Azərbaycanda startap şirkəti 70 min manat maaşa işçi axtarır

29.06.2026

Azərbaycanda kriptoaktivlərlə bağlı metodologiya hazırlanıb

29.06.2026

Avtomobil sənayesində böhran dərinləşir: Avropalı istehsalçılar təzyiq altında

29.06.2026

Məzənnə

Yüklənir...