Bir iş yerində neçə il işləmək məsləhətdir?

Redaktor

26.06.2026 08:30
108

Bir iş yerində neçə il işləmək məsləhətdir?

İş yerinə sadiqlik müsbət xüsusiyyət hesab olunsa da, eyni vəzifədə həddindən artıq uzun müddət qalmaq karyera inkişafına mənfi təsir göstərə bilər. Ekspertlər hesab edirlər ki, müəyyən mərhələdən sonra yeni iş imkanlarını dəyərləndirmək həm peşəkar inkişaf, həm də gəlir baxımından daha faydalı ola bilər. Bəs bir iş yerində nə qədər işləmək artıq risk sayılır?

Valyuta.az xəbər verir ki, "Allen Recruitment" şirkətinin təhlilinə görə, bir vəzifədə 5 ildən artıq qalmaq əksər peşələr üçün optimal hesab edilmir. Bununla belə, bu müddət çalışılan sahədən, şirkətdə irəliləmə imkanlarından və şəxsi karyera məqsədlərindən asılı olaraq dəyişə bilər.

Ekspertlər qeyd edirlər ki, eyni vəzifədə uzun müddət işləmək işçinin peşəkar inkişafını zəiflədə, yeni bacarıqlar əldə etməsini məhdudlaşdıra və əmək bazarında rəqabət qabiliyyətini azalda bilər. Xüsusilə texnologiyaların sürətlə dəyişdiyi dövrdə yenilikləri izləməyən əməkdaşların geridə qalmaq riski artır.

Araşdırmada bildirilir ki, iş yerini dəyişməyin vaxtının çatdığını göstərən əsas əlamətlər bunlardır:

yeni bilik və bacarıqlar qazanmamaq; 
maaşın uzun müddət artmaması; 
vəzifə yüksəlişi və yeni məsuliyyətlərin olmaması; 
işdən narazı qalmaq, lakin dəyişiklikdən çəkinmək. 

Mütəxəssislərin fikrincə, bir şirkətdə uzun müddət vəzifə dəyişikliyi olmadan qalmaq işəgötürəndə əməkdaşın mövcud vəziyyətdən razı olduğu təəssüratı yarada bilər. Halbuki yeni işə keçid həm maaş artımı, həm də daha geniş karyera imkanları təqdim edə bilər.

"Allen Recruitment" namizədlərə iş bazarına çıxmazdan əvvəl CV-lərini yeniləməyi, peşəkar əlaqələrini genişləndirməyi, maraqlandıqları şirkətləri araşdırmağı və müsahibələrə əvvəlcədən hazırlaşmağı tövsiyə edir.

Şirkətin qənaətinə görə, karyera inkişafını davam etdirmək istəyən şəxslər üçün ən vacib məsələ uzun müddət eyni vəzifədə qalmaq deyil, yeni bacarıqlar qazanmaq və inkişaf imkanlarını vaxtında qiymətləndirməkdir.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Süni intellekt marketinqi öldürməyəcək, əsas problem pis marketoloqlardır"

26.06.2026

Bir iş yerində neçə il işləmək məsləhətdir?

26.06.2026

"iPhone 18 Pro" gözləniləndən daha ucuz olacaq - Yeni qiymət açıqlandı

25.06.2026

OpenAI ilk xüsusi süni intellekt çipini təqdim edib

25.06.2026

Ağıllı saat satışları artır: "Samsung" üçün təhlükə siqnalı...

25.06.2026

"Micron"un güclü nəticələri "Apple" üçün xəbərdarlıq siqnalıdır

25.06.2026

Sığorta bazarında ödənişlər 95 milyon manata yaxın artdı

25.06.2026

"Google Play Store" 30%-lik komissiya modelini dəyişir

25.06.2026

ABŞ-də mayda 97 min işçi ixtisarı açıqlandı - 40 faizi süni intellektlə bağlıdır

25.06.2026

"Binance"in MiCA lisenziya müraciəti rədd edilib

25.06.2026

Pasport nəzarəti və növbələr olmadan: Dubayda gələcəyin aeroportu tikilir

25.06.2026

“Qala Sığorta”nın yığımları 55%-ə yaxın azalıb

25.06.2026

Baffetin favorit səhmləri: Uzunmüddətli investisiya üçün 3 şirkət

25.06.2026

Muzey Kompleksi üçün 9,9 milyonluq satınalma elan edilib

25.06.2026

"Süni intellekt startap qurmağın xərcini kəskin azaldıb"

25.06.2026

İlham Əliyev onları təltif etdi

25.06.2026

Fasiləsiz bazar: aktivlərin tokenləşdirilməsi qlobal birjaların maneələrini necə aşır?

25.06.2026

Kredit faizləri banklara nə qədər qazandırıb?

25.06.2026

Yay mövsümündə reyslərin ən çox gecikdiyi Avropa ölkəsi açıqlandı - TOP-20

25.06.2026

Dövlət və özəl banklara kredit qoyuluşu artıb

25.06.2026

Məzənnə

Yüklənir...