Redaktor
Uğurlu insanların həmişə dəqiq planı olmur
Bir çox insan uğur qazanmaq üçün əvvəlcədən dəqiq plan qurmağın vacib olduğuna inanır.
Lakin insanların əksəriyyəti plansız olduqları üçün deyil, hərəkətə keçməzdən əvvəl tam aydınlıq gözlədikləri üçün yerində sayırlar.
Valyuta.az xəbər verir ki, Biznes məsləhətçisi Paula Blankenship bildirib ki, aydınlıq çox vaxt plan qurmaqla deyil, hərəkət etməklə yaranır. Onun sözlərinə görə, irəliləmək üçün hər şeyi əvvəlcədən bilmək vacib deyil.
Qərarla başlayın, planla yox
Ekspertin fikrincə, insanlar plan olmadıqda daha çox araşdırmağa, analiz etməyə və gözləməyə meylli olurlar. Halbuki əsas məsələ növbəti addımı müəyyənləşdirməkdir.
"Qarşıdakı 10 addımı deyil, yalnız növbəti addımı müəyyən edin", - deyə Blankenship vurğulayır.
Hərəkət aydınlıq yaradır
Mütəxəssis hesab edir ki, insanlar çox vaxt aydınlıq əldə etdikdən sonra hərəkət edəcəklərini düşünürlər. Lakin təcrübə göstərir ki, əksər hallarda proses əksinə işləyir və aydınlıq məhz hərəkət zamanı formalaşır.
Kiçik addımlarla irəliləyin
Ekspert böyük dəyişikliklərə fokuslanmaq əvəzinə kiçik addımlar atmağı tövsiyə edir. Onun sözlərinə görə, hər bir kiçik addım yeni məlumat və təcrübə qazandırır, bu da sonrakı qərarların daha düzgün verilməsinə kömək edir.
Blankenship bildirir ki, uğurlu insanlar həmişə dəqiq plana malik olmurlar. Onları fərqləndirən əsas cəhət qeyri-müəyyənlik şəraitində belə hərəkətə keçmək bacarığıdır.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Dost-tanış hesabına işə düzəlmək gələcəkdə problem yarada bilər?
24.06.2026ASA sədri: “Məqsədimiz təkcə sığorta həcmlərini böyütmək deyil, onun insanların həyatında daha çox yer tutmasıdır”
24.06.2026İlk 5 ayda nağd xarici valyuta alışı satışdan 311 milyon dollar çox olub
24.06.2026“ByteDance"dan süni intellekt sahəsində yeni addım
24.06.2026
"Bank Respublika" reklam və marketinq xərclərini 20% azaldıb - CƏDVƏL
24.06.2026Mərkəzi Bank uçot faiz dərəcəsini sabit saxlayıb
24.06.2026“Sığorta haqları 23% artaraq 1,5 milyard manata çatıb”
24.06.2026"Kred Aqro" BOKT-da direktor vəzifəsinə təyinat olub
24.06.2026İlon Mask trilyonçu statusunu itirib
24.06.2026