Mərkəzi Bank uçot faiz dərəcəsini sabit saxlayıb

Redaktor

24.06.2026 11:04
59

Mərkəzi Bank uçot faiz dərəcəsini sabit saxlayıb

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizinin bütün parametrlərinin dəyişməz saxlanılması barədə qərar qəbul edib.

Valyuta.az xəbər verir ki, İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 6.5%, faiz dəhlizinin yuxarı həddi 7.5%, faiz dəhlizinin aşağı həddi isə 5.5% səviyyəsində saxlanılıb.

2026-cı ilin may ayında 12 aylıq inflyasiya 5,6% təşkil edib və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir.

İllik baza inflyasiyası da 5,6% səviyyəsində qeydə alınıb.

Mərkəzi Bankın məlumatına görə, cari ilin ilk beş ayında valyuta bazarında təklif tələbi üstələyib. Bu dövrdə ölkənin xarici ticarətində 7,2 milyard ABŞ dolları həcmində müsbət saldo formalaşıb, Mərkəzi Bankın valyuta ehtiyatları isə 10,4% artaraq 12,7 milyard ABŞ dollarına çatıb.

Qurum vurğulayıb ki, pul siyasəti alətləri maliyyə bazarlarındakı proseslər və bank sistemindəki likvidlik göstəriciləri nəzərə alınmaqla tətbiq olunur. Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxın səviyyədə formalaşır.

Mərkəzi Bank həmçinin bildirib ki, cari və növbəti ildə illik inflyasiyanın hədəf diapazonunda qalacağı proqnozu qüvvədədir. Bununla yanaşı, qlobal iqtisadi mühitdə baş verən dəyişikliklər fonunda xarici inflyasiya risklərinin artması ehtimalı mövcuddur.

Qeyd edək ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarın ictimaiyyətə açıqlanması və bununla əlaqədar mətbuat konfransının keçirilməsi tarixi dəyişdirilib. Tədbirin əvvəlcədən nəzərdə tutulan 5 avqust 2026-cı il tarixindən 31 iyul 2026-cı il tarixinə keçirilməsi qərara alınıb.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
Dost-tanış hesabına işə düzəlmək gələcəkdə problem yarada bilər?

Dost-tanış hesabına işə düzəlmək gələcəkdə problem yarada bilər?

24.06.2026

ASA sədri: “Məqsədimiz təkcə sığorta həcmlərini böyütmək deyil, onun insanların həyatında daha çox yer tutmasıdır”

24.06.2026

İlk 5 ayda nağd xarici valyuta alışı satışdan 311 milyon dollar çox olub

24.06.2026

“ByteDance"dan süni intellekt sahəsində yeni addım

24.06.2026
"Bank Respublika" reklam və marketinq xərclərini 20% azaldıb

"Bank Respublika" reklam və marketinq xərclərini 20% azaldıb - CƏDVƏL

24.06.2026

Mərkəzi Bank uçot faiz dərəcəsini sabit saxlayıb

24.06.2026

“Sığorta haqları 23% artaraq 1,5 milyard manata çatıb”

24.06.2026

"Kred Aqro" BOKT-da direktor vəzifəsinə təyinat olub

24.06.2026

İlon Mask trilyonçu statusunu itirib

24.06.2026
Şirkətdə ixtisara düşməmək üçün nə etmək lazımdır?

Şirkətdə ixtisara düşməmək üçün nə etmək lazımdır?

24.06.2026

"Təşkilatlarda ən böyük problemlərdən biri ifadə azadlığının olmamasıdır"

24.06.2026

Uğurlu insanların həmişə dəqiq planı olmur

24.06.2026

Maaş artımı tələbiniz qəbul olunmadısa, nə etməlisiniz?

24.06.2026

Süni intellekt təlimində istifadə olunan 21 milyon mahnıdan ibarət baza açıqlandı

23.06.2026

Müasir dünyanın rəqəmsal onurğa sütunu: Fiber optik kabellər necə işləyir?

23.06.2026

Müddətli əmanətlər üzrə ən aşağı faizli regionlar

23.06.2026

"Instagram" olmayanda onlar var idi: Sosial medianın unudulmuş "kralları"

23.06.2026

"SpaceX" süni intellekt startapı ilə 6,3 milyard dollarlıq müqavilə bağladı

23.06.2026

Dünyanın milyarder xəritəsi: Varlılar hansı şəhərlərdə yaşayır?

23.06.2026

Prezident onları təltif etdi - Siyahı

23.06.2026

Məzənnə

Yüklənir...