Redaktor
ASA sədri: “Məqsədimiz - sığortanın insanların həyatında daha çox yer tutmasıdır”
Azərbaycanda son dörd il ərzində sığorta bazarının təxminən iki dəfə böyüyüb.
Valyuta.az xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova XI Azərbaycan Beynəlxalq Sığorta Forumunun rəsmi açılış hissəsində çıxış edərkən deyib.
O, ölkədə sığorta sektorunun mövcud vəziyyətini və əldə olunan nəticələri diqqətə çatdırıb:
“Bu illər ərzində bizim bir çox nailiyyətlərimiz olub. Və bu inkişaf dövlət tərəfindən müəyyən edilmiş strateji hədəflərə, Azərbaycan Respublikasının Mərkəzi Bankının həyata keçirdiyi islahatlara və bazar iştirakçılarının birgə səylərinə əsaslanır. Bütün bu nailiyyətlər əlbəttə ki, çox sevindiricidir, lakin qarşıda bizi daha böyük imkanlar gözləyir. Azərbaycanda sığorta penetrasiyasının artırılması üçün geniş bir potensial var və bizim məqsədimiz u potensialı reallaşdırmaqdır”.
“Sığorta artıq yalnız bir zərərin ödənilməsi mexanizmi deyil”
Ülviyyə Cabbarova sığorta sektorunun cəmiyyət və biznes üçün daşıdığı yeni fəlsəfəni və əsas missiyasını izah edib:
“Eyni zamanda bizim üçün əsas məsələ təkcə həcmləri böyütmək deyil. Ən böyük məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutmasıdır. Cəmiyyətin və iqtisadiyyatın davamlı inkişafına daha böyük töhfə verməsidir.
Bu gün dəyişən dünyada risklər artır, bu hamıya məlum bir faktdır. Gözləntilər yenilənir və sığortanın rolu əvvəlkindən daha da böyük rol oynayır. Sığorta artıq yalnız bir zərərin ödənilməsi mexanizmi deyil. O, insanların gələcəyə daha inamla baxmasına, ailələrin maliyyə dayanıqlığının qorunmasına, bizneslərin isə gözlənilməz risklər qarşısında daha davamlı olmasına xidmət edir”.
Sektorun qarşısındakı yeni qlobal çağırışlar
Dünyada baş verən proseslərin daxili bazara təsirlərini qiymətləndirən ASA sədri müasir təhdidlərə toxunub:
“Global sığorta bazarında da əsas müzakirə mövzuları dəyişən risklər və bu risklərə uyğun yeni həllər ətrafında formalaşır. Son illərdə təbii fəlakətlərin intensivliyinin artması, kiber risklərin genişlənməsi və əhalinin yaşlanması kimi sığorta sektorunun qarşısında yeni vəzifələr yaradır. Bu çağırışlar bizdən daha çevik olmağı, daha innovativ həllərin yaradılmasını və müştərilərin dəyişən ehtiyaclarına daha sürətli uyğunlaşmasını tələb edir”.
2027-2030-cu illəri əhatə edən Dövlət Proqramı və strateji hədəflər
Müşahidə Şurasının sədri sığorta bazarının gələcək hədəflərini müəyyən edən mühüm sənədin əhəmiyyətini qeyd edib:
“Bu məqsədlə möhtərəm cənab Prezidentin sərəncamı ilə 2027 və 2030-cu illəri əhatə edən maliyyə inklüzivliyinin genişləndirilməsi dövlət proqramı təsdiqlənmişdir. Həmin proqram çərçivəsində sığorta sektorunun inkişafı üçün sığorta xidmətlərinin əlçatanlığının artırılması, rəqəmsal həllərin genişləndirilməsi, könüllü sığortaların inkişafı və maliyyə xidmətlərinin daha geniş istifadə imkanlarının yaradılması qarşıdakı dövr üçün əsas prioritetlər kimi müəyyən edilmişdir. Mən hesab edirəm ki, bu sənəd sadəcə dövlət proqramı layihəsi deyil, həm də sığorta bazarına gələcək inkişafı üçün mühüm bir yol xəritəsidir”.
Sonda Ü.Cabbarova bu hədəflərə çatmağın təkcə dövlət qurumlarının üzərinə düşən öhdəlik olmadığını, prosesin bütün bazar iştirakçılarının birgə məsuliyyəti olduğunu vurğulayaraq əməkdaşlıq şəraitində sığorta sektorunun inkişafını daha da sürətləndirəcəklərinə əminliyini ifadə edib.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAylıq xalis gəliri 5 min manat olan restoran biznesi satışa çıxarılıb
24.06.2026Bakıda və rayonlarda yağış yağacaq
24.06.20264 postsovet ölkəsində pensiya islahatları niyə uğursuz oldu? - Çaba Nadj açıqladı
24.06.2026“PensionsEurope” rəhbəri: “Heç bir pensiya modeli təkbaşına bütün hədəflərə cavab verə bilməz”
24.06.2026
Dost-tanış hesabına işə düzəlmək gələcəkdə problem yarada bilər?
24.06.2026ASA sədri: “Məqsədimiz - sığortanın insanların həyatında daha çox yer tutmasıdır”
24.06.2026İlk 5 ayda nağd xarici valyuta alışı satışdan 311 milyon dollar çox olub
24.06.2026“ByteDance"dan süni intellekt sahəsində yeni addım
24.06.2026
"Bank Respublika" reklam və marketinq xərclərini 20% azaldıb - CƏDVƏL
24.06.2026Mərkəzi Bank uçot faiz dərəcəsini sabit saxlayıb
24.06.2026“Sığorta haqları 23% artaraq 1,5 milyard manata çatıb”
24.06.2026"Kred Aqro" BOKT-da direktor vəzifəsinə təyinat olub
24.06.2026İlon Mask trilyonçu statusunu itirib
24.06.2026